Cümə, 10 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Dağıstanda Ukraynanı dəstəkləyən məktəbli üzr istəməyə məcbur edilib

25 May 2022
A A
Dağıstanda Ukraynanı dəstəkləyən məktəbli üzr istəməyə məcbur edilib

İzberbaşda 11 saylı orta məktəb. Foto: Yandex

Dağıstanın İzberbaş qəsəbəsində orta məktəb şagirdi Ukraynanı dəstəkləyən şüarlar səsləndirərkən çəkilmiş videosu qalmaqala səbəb olub. OC Media yazır ki, videodan sonra “Dagestanskiye İzvestiya” yeniyetmənin ictimaiyyətdən üzr istəmə videosunu yayımlayıb.

Məktəbdə nə baş verib: 11 saylı tam orta məktəbin şagirdi təhsil müəssisəsində keçirilən tədbir zamanı mikrofona yaxınlaşaraq “Müharibəyə yox! Ukraynaya azadlıq! Putin şeytandır!” şüarları səsləndirib.

Daha sonra isə Zuxra Albekova etdiyi hərəkətə görə peşman olduğunu, sadəcə diqqəti özünə çəkmək istədiyini söyləyib:

Son vaxtlar imtahanlar məni narahat edir və bütün bunların fonunda anamla dava edirdim. Səhvimi etiraf edirəm və hamının bayramını pozduğum üçün üzr istəyirəm.

deyib

Yeniyetmənin anası Zuxranın imtahanlara görə stres keçirdiyini, evdə yaşanan problemlərə görə belə davrandığını deyib. O, qızının “emosional və düşüncəsiz davranışına” görə üzr istəyib:

Mən ölkə prezidenti Vladimir Vladimiroviç Putinin siyasətini tam dəstəkləyirəm. Mən ölkəmin vətənpərvər vətəndaşıyam, ona görə də Ukrayna ərazisində davam edən xüsusi əməliyyatları dəstəkləyirəm. Qızımı yetişdirərkən bəzi şeyləri görmədiyim və vacib nələrsə nəzərimdən qaçırdığım üçün çox təəssüflənirəm. Söz verirəm ki, bir daha belə şey yaşanmayacaq.

söyləyib videoda

Ailə necə cəzalandırılıb: Yeniyetmə “Rusiya Federasiyası Silahlı Qüvvələrinin reputasiyasını təhqir etmək”də ittiham olunaraq 100.000 rubla qədər (1.700 ABŞ dolları) cərimə olunub. Anaya isə qızına “dəstək və təhsil verməklə bağlı  öhdəliklərini yerinə yetirmədiyinə” görə inzibati protokol tərtib edilib və onu 5 000 rubla qədər (86 dollar) cərimə gözləyir.

Hadisədən sonra hansı iddialar yayılıb: “Kavkaz.Realii” regional hökumətdən əldə etdiyi məlumata əsasən, Dağıstanın lideri Sergey Melikov İzberbaş merinə zəng edərək hadisəni şəxsən araşdırılmasını istəyib. Daha sonra yerli hakimiyyət ana və qızını üzr istəməyə məcbur edib. Dağıstan və Şimali Qafqazdan xəbərləri yayımlayan “Ask Rasul” teleqram kanalı isə məlumat yayıb ki, Dağıstanın hakimiyyəti İzberbaş şəhərinin təhsil şöbəsinin müdiri və 11 saylı orta məktəbin direktorundan istefa məktubu yazmalarını istəyib.                  

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia