Şənbə, 18 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Çeçenistanda polis siyasi fəalı öldürüb, həyat yoldaşını oğurlayıb

30 May 2022
A A
Çeçenistanda polis siyasi fəalı öldürüb, həyat yoldaşını oğurlayıb

Bisultanovun sərhəddə güllənən qohumu Məhəmməd. Foto: “1 ADAT”

Çeçenistanın təhlükəsizlik qüvvələri tənqidçi, siyasi fəal Müslüm Bisultanovu həyat yoldaşının gözü önündə güllələyib, qadını isə qaçırıb. Bu barədə Çeçenistanın “1ADAT”adlı ictimai hərəkatı məlumat yayıb.

Hadisə barədə nə deyilir: “1ADAT”ın telegram kanalında yayılan məlumata əsasən, mayın 24-də üç çeçen polis Bisultanovu Znamenskoye kəndindəki evindən qaçırmağa çalışıb. Bilsultanov həyat yoldaşını polislərdən qorumaq istəyərkən güllələnib. Qadın isə oğurlanaraq Nadtereçnı rayon polis bölməsinə aparılıb. Hazırda onun vəziyyəti barədə heç bir məlumat yoxdur.

“1ADAT” hərəkatından OC Mediaya bildirilib ki, Bisulatov hakimiyyətə qarşı fikirlərini gizlətməyib:

O, daha əvvəl bir neçə dəfə qaçırılıb. Bu dəfə də onu yenidən qaçırmaq istəyiblər.

deyə vurğulanıb

Çeçenistanda baş verənlər haqda məlumatlar paylaşan digər teleqram kanalı “ASTRA” isə məlumat yayıb ki, Bisultanovun oğurlanması ilə bağlı xüsusi tapşırıq verilib. Bu hadisəyə qarışanlar arasında baş leytenant Rəsul Kusiev, leytenant Adəm Mudayev və mayor Həsən Musayev var. İctimai fəalı öldürən isə mayor Musayev olub.

Bisultanovdan sonra kimlər həbs edilib: Müslüm Bisultanovun qohumu Məhəmməd İslamov federal axtarışa verilib. Rəsmi məlumatlara görə, o, sərhədi keçməyə çalışarkən tapılıb. Atəşə tutulan Məhəmməd hazırda xəstəxana müalicə olunur.

Bisultanovun yaxın dostu İlyas Elmaurzayev atəş səsini eşidəndə dostuna zəng edib. Daha sonra İlyas və əmisi oğlu İslam fedaral  axtarışa verilib. İlyas Çeçenistanı tərk edə bilib, İslam isə könüllü olaraq polisə təslim olub. Onun Nadtereçnı rayonunun polis bölməsində saxlanılaraq işgəncələrə məruz qaldığı iddia edilir.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia