Bazar, 16 Noyabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Tbilisidə 30-a yaxın kişi transgender qadınlara hücum edib

31 May 2022
A A
Tbilisidə 30-a yaxın kişi transgender qadınlara hücum edib

LGBTQ+ bayrağı. Foto: Açıq mənbələr

“Formula 1” kanalının müxbiri Tamuna Museridze feysbuk hesabında bir neçə transgender qadının onlarla kişi tərəfindən fiziki və şifahi təhqir, eyni zamanda təhdidlərə məruz qaldığını bildirib. OC Media hadisə ilə əlaqədar Gürcüstan Daxili İşlər Nazirliyinın araşdırmalara başladığını yazıb. Adının açıqlanmasını istəməyən zərərçəkənlərdən biri gecə saat 02:00-da evə qayıdarkən evdə tanımadığı şəxslə qarşılaşdığını deyib:

Yataq otağımın yanında bir kişinin dayandığını gördüm və məndən onunla cinsi əlaqədə olmağımı tələb etdi. Təbii ki, imtina edib onu mənzildən qovdum. Sonra o, məni hədələyərək “Səni öldürəcəm. Bilirəm ki, tək yaşamırsan””

deyib zərərçəkən

Daha 4 transgenderlə eyni mənzildə yaşayan qadın hadisə barədə polisə məlumat verib və müstəntiqlər hadisə yerinə gəliblər. Onun sözlərinə görə, polisin müdaxiləsindən sonra vəziyyət bir az “sakitləşib”, lakin sonradan yenidən gərginləşib:

İki ev yoldaşım evə qayıdanda taksidən düşən kimi 3 nəfərin hücumuna məruz qalıblar. Həmin şəxsləri dostları da izləyirdi və ümumilikdə 30-a yaxın adam var idi.

deyə bildirib

Binanın sahibi olan, adının açıqlanmasını istəməyən yaşlı qadın “Formula 1” kanalına bildirib ki, çöldən qışqırıqlar eşidib, sonra isə kirayənişinlərinin hücuma məruz qaldığını görüb.

Zərərçəkənlər nə deyiblər: Onların sözlərinə görə, hücum edənlər hamısını hədələyərək yenidən gələcəklərini deyiblər. Qadınlar onu da iddia ediblər ki, kişilər onlara daş atıb və beton bloklarla hücum ediblər. Zərərçəkənlərdən biri üzü tanındığına görə gün ərzində çölə çıxa bilmədiyini, ev yoldaşlarının da eyni vəziyyətdə olduğunu vurğulayıb.

Hadisəyə reaksiya necə olub: “Tbilisi Pride”, “Temida” və Gürcüstanda LGBTQ+ hüquqlarını müdafiə edən təşkilatların hadisəni qınayıblar. QadınTəşəbbüskarlığına Dəstək Qrupunun araşdırmasına görə, transgenderlər digər LGBTQ+ fərdlərinə nisbətən daha çox nifrət zəminində cinayətlərin qurbanı olurlar.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia