Ermənistan ordusunun bölmələri Azərbaycanın iki rayondakı mövqelərini atəşə tutub. Bu haqda Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib:
Müsürskənd və Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən mayın 31-i axşam saatlarından iyunun 1-i gecə saatlarınadək Azərbaycan ordusunun Tovuz rayonunun Ağdam və Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.
deyə qeyd edilib
Məlumatda vurğulanıb ki, Azərbaycan ordusu adekvat cavab tədbirləri görüb.