Bakı sakini Əli Vəliyev 3 iyunda “Koroğlu” metrostansiyasında polis əməkdaşlarının ona qarşı zorakılıq törətdiyini və təhqir etdiyini deyir. Mikroskop Media-ya danışan sakin bildirir ki, hadisə polis əməkdaşlarının başqa bir vətəndaşa zorakılıq törətdiyini videoya çəkəndən sonra baş verib:
Polisin vətəndaşa zorakılıq göstəridiyini telefonla çəkirdim. Polis əməkdaşlarından biri bunu gördü və məni saxlayaraq metrostansiyadakı polis otağına apardı. Orada məni təhqir edib, başıma dəfələrlə sillə vurdular. Telefonumu əlimdən alan polis məni ölümlə təhdid edib. Telefonumda şəxsi şəkillərimə baxdılar və Əli Məlikovla yazışmalarımı oxuyub məni təhqir etdilər.
deyə bildirib
O, vurğulayıb ki, zorakılığa məruz qalan digər vətəndaş polis əməkdaşından şikayətçi olmadığını, dost olduqları üçün sadəcə zarafatlaşdıqlarını deyib.
Xəsarət aldığını deyən şikayətçi ekspertizaya müraciət etmək istəsə də maneə ilə üzləşdiyini bildirib:
Polis mənə tapşırdı ki, boğazımdakı yara izini onun etdiyini deməyim. Tibbi ekspertizaya getmək istəyirdim, lakin iş yerimdən icazə vermədilər.
deyib
4 iyunda “Nəsimi” metrostansiyasında yerlışən polis bölməsində izaha yazan Ə.Vəliyevə tibbi ekspertiza üçün sənəd təqdim olunub. O, baş verənlərlə bağlı prokurorluğa müraciət etmək istəyini qeyd edib.