Bazar ertəsi, 13 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Norveç Ukraynaya 22 haubitsa bağışlayıb

08 İyun 2022
A A
Norveç Ukraynaya 22 haubitsa bağışlayıb

"M109 155 mm" haubitsaları. Foto: FrederikRingnes/Norveç SQ

Norveç Ukraynaya ehtiyat hissələri, sursat və digər avadanlıqlar da daxil olmaqla 22 ədəd “M109 155 mm” özüyeriyən haubitsa hədiyyə edib. Bu barədə Norveç Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib:

Hökumət təhlükəsizlik baxımından hərbi yardımın ictimaiyyətə açıqlanmasını bir müddət gözləməli oldu. Gələcəkdə göndərilən yardımlar barədə məlumat və şərh verilməyəcək.

qeyd edilib məlumatda

 Ölkənin müdafiə naziri Byorn Arild Qram Rusiyanın hücumlarına qarşı Ukraynanın hərbi texnika və silah baxımından Qərbin dəstəyindən asılı olduğunu qeyd edib:

Ukrayna bu növ silahlar üçün müraciət edib. Ukraynada müharibənin gedişatı onu göstərir ki, indi həm daha ağır texnikanı, həm də silah sistemlərini “qurban vermək” lazımdır.

deyə bildirib

Məlumatda vurğulanıb ki, norveçli mütəxəssislər Almaniyada Ukrayna hərbçilərinə sistemdən necə istifadə etmək barədə təlim keçiblər.

Haubitsa nədir: Özüyeriyən artilleriya qurğusu 1953-1960-cı illərdə uğursuz “M44″ü əvəz etmək üçün hazırlanıb. 1962-ci ildən 2003-cü ilə qədər dəfələrlə təkmilləşdirilib. Əsas istehsalçısı ABŞ olsa da, 1990-cı illərdə Cənubi Koreyada lisenziya əsasında istehsal edilib. İlk dəfə Vyetnam Müharibəsində, daha sonra isə ABŞ-ın iştirak etdiyi demək olar ki, bütün hərbi münaqişələrdə istifadə edilib.

405 at gücündə olan qurğunun maksimal sürəti 65 km/saatdır. Haubitsa vasitəsilə 1,8 metr dərinliyinə xəndəyi keçmək, 0,55 metr qalınlığında divarı dağıtmaq mümkündür.

Norveç Ukraynaya necə dəstək olub: Müharibə başlayandan Ukraynaya 4000 ədəd M72 tank əleyhinə silah yollanıb. Bundan başqa, digər hərbi ləvazimatlar da yola salınıb.

Göndərilən hərbi yardımlar:

  • 100 ədəd daşına bilən “Mistral” hava hücumundan müdafiə sistem;
  • 1500 gülləkeçirməz jilet;
  • 5000 dəbilqə;
  • 15000 quru yemək;
  • 1000 filtrli qoruyucu maska;
  • 2000 yataq kisəsi;
  • 10000 yataq döşəyi və bəzi geyimlər.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia