Şənbə, 18 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Bakıda qadına qarşı zorakılıq: “Polis bölmələri işi bir-birinin üstünə atıb”

09 İyun 2022
A A
Bakıda qadına qarşı zorakılıq: “Polis bölmələri işi bir-birinin üstünə atıb”

Polis bölməsi

İyunun 7-i axşam saatlarında paytaxtın Səbail rayon ərazisində 20 yaşlı qız ailə üzvləri tərəfindən şiddətə məruz qalıb. Məsələni ictimailəşdirən sosial işçi, feminist fəal Sənubər Heydərovanın sözlərinə görə, gənc qız məcburi evliliyə qarşı çıxdığı üçün evdən qaçıb və onu tapan ailə üzvləri ona şiddət göstəriblər. Mikroskop Media-ya danışan fəal qızın sol gözünün, qollarının göyərdiyini, üzündə cırmaq izləri olduğunu bildirib.

S.Heydərova bu hadisə zamanı polis əməkdaşlarının laqeydliyini xüsusi vurğulayıb. Onun sözlərinə görə, qıza qarşı fiziki şiddət Səbail rayonunda RPİ-nin 9-cu polis bölməsi ərazisində yaşansa da, məsələ həmin bölgədəki 8 daha sonra isə 41-ci polis bölməsinə yönləndirilib:

Qızın rəfiqələrindən Bayıl qəsəbəsində yaşadığı ünvanı öyrəndik və polisə bildirdik. Bizə dedilər ki, həmin əraziyə PPX əməkdaşları göndərilib, ancaq mənzildə heç kəsi tapmayıblar. İki aktiv mobil nömrə olmasına baxmayaraq 3 polis bölməsi qurbanı tapa bilmədi. Əvvəl məlumatı Səbail rayonundakı 41,8 və 9-cu RPİ yönəltdilər. Polis əməkdaşı bildirdi ki, onların qeyd edilən 3 bölmə ilə koordinasiyası yoxdur, gərək  mən 102 xidmətinə zəng edib məsələnin Mehdibad RPİ-yə yönləndirməsini istəyim.

deyə qeyd edib

Fəalın sözlərinə görə, polis əməkdaşları laqeydlik göstərdiyi üçün Mehdiabad RPİ-nə özü zəng etməli olub. Orada isə deyiblər ki, hadisə ailə münaqişəsidir və məsələyə qarışmağına ehtiyac yoxdur:

Bölməyə zəng etdim, mənə dedilər qızı ailəsindən, anasından çox istəyə bilmərəmvə o, indi ailəsinin yanındadır. Mən hadisənin vətəndaşa qarşı zorakılıq olduğunu xatırladanda bildirdilər ki, müraciət daxil olubsa, nə lazımdı edirlər. Vətəndaş sözünü onlara mən xatırlatdım. Yoxsa, ailə, ana, bibi söhbətləri edirdilər.

bildirib fəal

Sənubər Heydərova əlavə edib ki, zorakılığa məruz qalan gənc qız ayın 8-də qadın sığınacağına yerləşdirilib.

Məsələ ilə bağlı DİN-in mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyevlə əlaqə saxladıq. O, zorakılıq və polis laqeydliyi barədə qeyd edilənlərin araşdırıldığını deyib:

Hadisənin bütün təfərrüatları araşdırılır, nəzarətə götürülüb. Bütün iddialar yoxlanılacaq. Polis bölmələrində laqeydlik göstərilməsi də araşdırılır. Bütün hallarda gənc qızın və ailə üzvlərinin hüquqlarının qorunması istiqamətində qanunla polisin üzərinə düşən vəzifələr icra edilir.

deyib

DİN nümayəndəsi onu da qeyd edib ki, şiddətə məruz qalan gənc qız hazırda mühafizə altındadır və təhlükəsizliyi təmin edilir.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia