Bazar, 18 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Aİ oliqarx İvanişviliyə qarşı sanksiya tətbiq etməyə çağırıb

13 İyun 2022
A A
Aİ oliqarx İvanişviliyə qarşı sanksiya tətbiq etməyə çağırıb

Bidzina İvanişvili. Foto: Getty İmages

Avropa Parlamenti Gürcüstanda media azadlığının vəziyyətinin pisləşməsi ilə əlaqədar yeni qətnaməni qəbul edib. Sənəddə qeyd edilib ki, Avropa İttifaqı “Gürcü Arzusu” partiyasının qurucusu və keçmiş baş nazir Bidzina İvanişviliyə qarşı sanksiyalar tətbiq etməyi nəzərdən keçirməlidir. OC Media-nın məlumatına əsasən, qətnamənin lehinə 308, əleyhinə isə 218 nəfər səs verib. Qətnamə parlamentdə təmsil olunan5 siyasi qrup təqdim edib:

  1. Yaşıllar-Avropa Azad Alyansı;
  • Avropa Mühafizəkarlar və İslahatçılar Alyansı;
  • Avropa Xalq Partiyası;
  • Avropanı Yeniləyin Alyansı;
  • Sosialistlər və Demokratların Proqressiv Alyansı.

Hədəf olaraq göstərilən hakim “Gürcü Arzusu” partiyası Sosialistlər və Demokratların Proqressiv Alyansının üzvüdür.

Qətnamədə nələr qeyd edilib:

  • Avropa Mühafizəkarlar və İslahatçılar Alyansı, Avropa Xalq Partiyası və Avropanı Yeniləyin Alyansı tərəfindən irəli sürülən qətnaməyə qəbul edilmiş düzəlişlər Aİ və digər demokratik ölkələri Gürcüstanın siyasətində, iqtisadiyyatında “dağıdıcı roluna” görə Bidzina İvanişvilini şəxsən sanksiya etməyi nəzərdən keçirməyə çağırılıb.
  • Gürcüstan hökuməti müxalif kanal rəhbəri Nika Qvaramiyanın məhkumluğunu “nəzərdən keçirmək” və keçmiş prezident Mixail Saakaşvilinin xaricdə lazımi müalicə almasına imkan yaradılması, onun humanitar əsaslarla həbsdən azad etməyə çağırılıb.
  • Qvaramiyanın hökmü qınanılıb və əlavə edilib ki, Gürcüstanın məhkəmə sisteminə davamlı inamsızlıq vurğulanıb.
  • 5 iyul 2021-ci ildə fəallara və jurnalistlərə qarşı kütləvi zorakılıq və zorakılığın təşkilatçılarının həbs edilməməsi qeyd edilib.
  • Təhlükəsizlik orqanları tərəfindən jurnalistlərin kütləvi şəkildə izlənilməsi və azərbaycanlı jurnalist Əfqan Muxtarlının Tbilisidə oğurlanması tənqid edilib.
  • “Lelo” partiyasının təsisçisi Mamuka Xazaradze, müstəqil “Pirveli” və “Formula” kanallarının təsisçilərinə qarşı cinayət işlərindən bəhs edilib.

Qətnaməyə reaksiya necə olub: “Gürcü Arzusu” partiyasının sədri İrakli Kobaxidze tez bir zamanda qətnaməni pisləyərək onu dəyərsiz adlandırıb. O, Mixail Saakaşvili və Nika Qvaramiyanın həbsi ilə bağlı tənqidləri rədd edib. Bundan başqa, Kobaxidze iddia edib ki, qətnamənin “Avropa dəyərlərinə heç bir aidiyyatı yoxdur” və “uyğunsuz faktlar” və “yalanlar” var.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia