Şənbə, 8 Noyabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

İnanclı məhbuslar aclıq aksiyası edir – Tələb nədir?

15 İyun 2022
A A
İnanclı məhbuslar aclıq aksiyası edir – Tələb nədir?

MBH-nın mətbuat konfransı. Foto: Amerikanın səsi

Artıq 11 gündür aclıq aksiyası edən Müsəlman Birliyi Hərəkatının sədri Taleh Bağırzadəyə dəstək məqsədilə aksiyaya hərəkatın üzvü olan digər siyasi məhbuslar da qoşulublar. İyunun 6-sından başlayaraq aclığa qoşulanlar Seyfəddin Şirvanov, hərəkatın digər üzvləri Cabbar Cabbarov, Abbas Hüseyn, Razi Hümbətov, Cahad Babakişizadə, Vəli Allahverdiyev, “Gəncə məhbusu” Firudin Zeynalov, Fariz Məmmədov, Elşad İbrahimov və jurnalist Polad Aslanovdur.

İyunun 13-də Müsəlman Birliyi Hərəkatının bir qrup üzvü aclığa başlayan məhbuslarla bağlı mətbuat konfransı keçirib. Hərəkatın sədr müavini Elçin Qasımov aclıq aksiyası edənlər haqda heç bir rəsmi məlumat verilmədiyini vurğulayıb:

Daxili İşlər Nazirliyinin mətbuat xidməti bəyanat yayaraq məsələni təkzib edib. Niyə, ictimaiyyətə aksiyanın səbəbi, etiraz edən məhbusların tələbi haqda məlumat verilmir, münasibət bildirilmir?

deyə bildirib

E.Qasımov vurğulayıb ki, işgəncə verilməsi məsələsini sivil yolla, hüquqi şəkildə həll etməyə çalışsalar da, hakimiyyət bunu istəmir:

Hakimiyyət xalqı, aclıq edən məhbusları, onların ailələrini, xaricdən olan təhdidləri nəzərə almasın. Yalnız Allahı nəzərə alsınlar. Biz 10 gündür səbir edirik, bilmirik səsimizi hansı formada çatdıraq. Niyə, bizim vətəndaşımız dövlət orqanında söyülür, döyülür, dini inancı təhqir olunur? Sualımıza cavab versinlər, təkzib etməsinlər.

deyib konfransda

Hərəkatın sədr müavini bildirib ki, araşdırma aparılmağını və günahkarların cəzalandırılmasını istəyirlər.  

Taleh Bağırzadənin həyat yoldaşı Leyla İsmayılzadə aclıq edən digər məhbusların ailə üzvləri ilə birgə 10 iyunda Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə müraciət etdiklərini bildirib:

Hər birimiz öz məhbusumuz barədə məlumat verdik. İlk öncə Ağali Yəhyayevə baş çəkmələrini, səhhəti ilə maraqlanmalarını xahiş etdik. Çünki onun üzərində işgəncə izləri var. Bizə bildirdilər ki, A.Yəhyayevə tez bir zamanda baş çəkə bilməyəcəklər. Digər məhbuslarla isə 1-2 ay ərzində görüşə bilərlər.

söyləyib

Leyla İsmayılzadə Taleh Bağırzadənin səhhətinə də diqqət çəkib. Onun sözlərinə görə, T.Bağırzadənin 2 gündür qızdırması var, gözü qaralır, səsi zəif gəlir.

Aclıq aksiya niyə başlayıb: Taleh Bağırzadə son dövrlər polis idarələrində vətəndaşlara işgəncələr verilərkən Allahın söyüldüyünü, təhqir edildiyini deyib. O,buna etiraz olaraq aclıq aksiyasına başladığını bəyan edib. T. Bağırzadənin və ona qoşulan digər məhbusların tələbi dini inancın təhqirinə yol verən polis işçilərinin cəzalanmasıdır.

Nə baş verib: Mayın 20-də Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə Müsəlman Birliyi Hərəkatının üzvü Razi Hümbətov 6 il azadlıqdan məhrum edilib. Məhkəməni izləməyə gələn hərəkat üzvlərindən 5-i İmran Məmmədli, Elgiz Məmmədov və Ağəli Yəhyayev polisə müqavimət ittihamı ilə təqsirləndirilərək bir aylıq inzibati həbsə məhkum edilib. Hərəkatın sərbəst buraxılan üzvləri Mail Kərimov və Süleyman Ələkbərov isə Nəsimi RPİ-nin 22-ci polis bölməsində işgəncəyə məruz qaldıqlarını bildiriblər.

İşgəncələrlə bağlı rəsmi açıqlama nə olub: Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov iddiaların polisi vəzifəsindən çəkindirmək üçün atılan uğursuz cəhd adlandırıb. O, Polisin dini təhqir etməsi barədə yayılan məlumatlarım böhtan xarakterli şayiələr olduğunu, Azərbaycan polisinin bütün dinlərə, o cümlədən mənsub olduqları müqəddəs İslam dininə, milli dəyərlərinə böyük hörmət və ehtiramla yanaşdıqlarını deyib.

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025
Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA
Araşdırma

Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA

10 Mart 2025
Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar
Detallı

Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar

18 Noyabr 2024

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia