Bazar ertəsi, 24 Avqust 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Prezident: “Zəngəzur dəhlizi açılmasa, sülhdən danışmaq çətin olacaq”

16 İyun 2022
A A
Prezident: “Zəngəzur dəhlizi açılmasa, sülhdən danışmaq çətin olacaq”

İ.Əliyev IX Qlobal Bakı Forumunda. Foto: president.az

Bakıda 18 iyunadək davam edəcək “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu başlayıb. Bu gün start götürən təbdirin açılış mərasimində prezident İlham Əliyev iştirak edib. O, çıxışı zamanı 10 noyabrda bağlanan bəyanatdan sonra Ermənistanla olan münasibət, Minsk qrupu və Dağlıq Qarabağı əhatə edən digər mövzulara toxunub.

Prezident nələri deyib:

  • Ermənistan hökuməti II Qarabağ müharibəsindən dərs çıxarmalı və Azərbaycana qarşı ərazi iddialarına son qoymalıdır. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alır, Azərbaycanı da onun ərazi bütövlüyünə qarşı analoji addımlar atmağa vadar edir.
  • Əgər Ermənistan Qarabağ erməniləri üçün status tələb etməkdə davam edərsə, niyə, azərbaycanlılar Qərbi Zəngəzur üçün status tələb etməsinlər? Çünki bu ərazinin əhalisi tamamilə azərbaycanlılardan ibarət olub.
  • Ermənistan hökumətindən qondarma Dağlıq Qarabağın statusu barədə bəyanatlar eşidirik. Bu isə həm səmərəli deyil, həm də Ermənistanın özü üçün təhlükəlidir. Ermənistan hökuməti tarixi yenidən yazmaq cəhdlərindən əl çəkməlidir. Tarix artıq yazılıb.
  • Bizim üçün Zəngəzur dəhlizi açılmasa sülh haqqında danışmaq çətin olacaq və Azərbaycanın Ermənistanla normal birgə yaşayış, qonşuluq münasibətlərinə yönəlmiş səyləri uğursuzluğa düçar olacaq.
  • Minsk qrupu 28 il ərzində heç bir nəticə əldə etməyib. Azərbaycan Qarabağ münaqişəsini həll edəndən sonra Minsk qrupuna ehtiyac qalmayıb. Onlar tərəfindən hazırlanan Madrid prinsipləri yerinə yetirilib.
  • Ermənistanla münasibətlərin normallaşması ilə bağlı tərəfimizdən irəli sürülən təkliflərə 2 ölkənin bir-birinin sərhədlərinə qarşılıqlı hörməti də daxildir. Şadıq ki, Ermənistan hökuməti bu 5 prinsipi qəbul etdi.

İlham Əliyev onu da vurğulayıb ki, Ermənistan Azərbaycanın təklif etdiyi 5 prinsipi qəbul etdiyinə görə sadəcə praktiki iş görmək qalıb.

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?
Detallı

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?

16 İyun 2026
Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü
535.1

Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü

16 İyun 2026
“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia