Bazar ertəsi, 5 İyun 2023
Mikroskop
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1
No Result
View All Result
Mikroskop
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1
No Result
View All Result
Mikroskop
No Result
View All Result

“Tərtər işi”nin istintaqı davam edir – Zərərçəkənlər nədən narazıdır?

16 İyun 2022
6 min read
“Tərtər işi”nin istintaqı davam edir – Zərərçəkənlər nədən narazıdır?

Baş Prokurorluğun qarşısında aksiya. Foto: skrinşot Meydan TV

Üzərindən 5 il keçən “Tərtər işi”nin araşdırılması üçün yeni istintaq qrupu 2021-ci ilin dekabrında yaradılıb. Baş prokuror Kamran Əliyev istintaqı xüsusi nəzarətə götürüb, onun birinci müavini Elçin Məmmədova isə istintaq qrupunun ibtidai araşdırmasına prosessual rəhbərlik tapşırılıb. Qrupda yer alan digər şəxslərin adları açıqlanmayıb, ümumi olaraq prokurorluq, daxili işlər və dövlət təhlükəsizliyi orqanlarının əməkdaşlarının olduğu qeyd edilib.

1

Yeni istintaq qrupunun fəaliyyəti

İstintaq qrupuna baş vermiş hadisənin bütün detallarının araşdırılması, prosesdə iştirak edən bütün şəxslərin dindirilməsi və obyektiv nəticənin əldə edilməsi ilə bağlı tapşırıq verilib. İstintaq qrupu “Tərtər işi” üzrə zərərçəkmiş kimi tanınan şəxslər və işgəncələrə məruz qaldığı iddia edilən hərbi qulluqçuları Baş Prokurorluğa dəvət edib.

  • Dövlətə xəyanət ittihamı ilə həbs edilib, sonradan öz təsdiqini tapmadığı üçün hərbi xidmət əleyhinə olan cinayətlərə görə məhkum olunan 16 şəxs barəsində 16 cinayət işi üzrə hökmlər ləğv edilib. Daha 10 nəfər barəsində məhkəmə işi üzrə apellyasiya protesti verilib.
  • İşgəncələr verməkdə ittiham edilən 11 nəfər  145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.2 (işgəncə; amansız, qeyri-insani və ya ləyaqəti alçaltma), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma), 341.2. 3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələrilə ittiham olunaraq həbs edilib.
  • Gəncə Apelyasiya Məhkəməsində yenindən baxılan prosesdə yeni qərara əsasən, işgəncə verməkdə təqsirləndirilən Qurban Cümşüdov və Cavid Ağadadaşovun cəzası artırılaraq, 5 il 3 aydan 6 ilə qaldırılıb. Digər təqsirləndirilən Fuad Ağayevin cəzası isə olduğu kimi – 10 il saxlanılıb.
  • Daha öncə bu işə görə həbs edilsə də, sonradan azadlığa buraxılan Polad Əzizov, Elçin Əliyev, Sənan Maşıyev, baş gizir Cabir Qəhrəmanov və leytenant Ruslan Mikayılov yeni istintaq qrupunun araşdırmasından sonra yenidən həbs ediliblər. Polad Əzizov isə istintaqdan gizləndiyi üçün hazırda axtarışdadır.
2

Tapşırıq verənlər, vəzifəsi dəyişənlər

Tərtər hadisələri zamanı 54 gün zorakılığ, təzyiqlə üzləşdiyini deyən Nemət Məhərrəmov 2017-ci ilin mayında Şıxarx qəsəbəsində həbs olunduğunu deyib. O, işgəncələrin şəxsən general-mayor, 1-ci Ordu Korpusunun komandiri Hikmət Həsənovun əmriylə həyata keçirildiyini, hətta general-mayor və əmisi oğlu Məhərrəm Həsənov tərəfindən işgəncələr gördüyünü deyib.

Hərbçilərə  işgəncə verməkdə ittiham edilən şəxslərdən üçü – hərbi hissə komandirinin hüquq işləri üzrə köməkçisi, mayor Fuad Ağayev, baş gizir Qurban Cümşüdov və kiçik gizir Cavid Ağadadaşov məhkəmədə ittihamla qismən razılaşaraq işgəncə verdiklərini etiraf ediblər. Onlar vurğulayıblar ki, general-mayor Hikmət Həsənovun tapşırığı əsasında addım atıblar.

 Hikmət Həsənov bugünədək nə “Tərtər işi”, nə də bu hadisələrdə adının hallanması ilə bağlı açıqlama verib. O, Tərtər hadisələri zamanı (2017-ci il) 1-ci Ordu Korpusunun komandiri olub, 44 günlük müharibədən bir müddət sonra (2021-ci ilin avqust) isə korpus komandirliyi vəzifəsindən azad olunaraq Hərbi Akademiyanın rəis müavini təyin edilib.

3

Zərərçəkənlər, bəraət alan

Zərərçəkənlər və ekspertlərinməlumatlarına görə, hazırda 25 nəfər dövlətdə xəyanət ittihamı ilə həbsdədir. Lakin onların işgəncə altında ifadə vermələri nəzərə alınmayıb. İşgəncələr Əleyhinə Ümumdünya Təşkilatı 2021-ci il aprelin 13-də bəyanat yayaraq“Tərtər işi”ndə işgəncələrdən 11 nəfərin öldüyünü qeyd edib.

  • Yeni istintaq qrupundan sonra işgəncəyə məruz qalan 280 yeni şəxs zərərçəkmiş şəxs qismində tanınıb. Əvvəlki istintaq zamanı zərərçəkmiş kimi tanınan şəxslərlə birlikdə hal-hazıradək ümumilikdə 397 zərərçəkmiş şəxs müəyyən olunub.
  • İşgəncələr nəticəsində ölən 28 yaşlı MAXE Elçin Mətləb oğlu Quliyev 2021-ci ilin yanvarında bəraət alıb. Qərar fevralın 7-də mərhumun anası Validə Əhmədovaya təqdim olunub.

 

4

Ailələrin etirazı, tələbləri

Zərərçəkənlər, qurbanların ailələri istintaqın gedişatından narazı olduqları üçün müxtəlif vaxtlarda etiraz aksiyaları keçiriblər. Onların növbəti aksiyası 16 iyunda Hərbi Prokurorluğun binası qarşısında baş tutub. Etirazçılar 2021-ci ildə yaradılan yeni istintaq qrupunun fəaliyyətindən narazılıqlarını dilə gətiriblər, öz tələblərini irəli sürüblər.

Tələbləri nədir:

  • Hərbi prokuror Xanlar Vəliyevin istefası;
  • Hərbi Prokurorluğun ləğv edilməsi;
  • sübut olmadan həbs edilən hərbçilərin azad edilməsi;
  • bəraət alan hərbçilərin şikayətlərinə baxılması, dəyən ziyanın ödənilməsi.

Aksiya iştirakçılarından Təranə Səfərsoy işgəncə, ölüm faktları ilə bağlı rəsmi açıqlama verilmədiyi halda, hakimiyyətdəkilərin də istefa etməli olduğunu deyib:

Bacarmırlarsa, dövləti xalqa təhvil versinlər. Bu işlər araşdırılmayana qədər meydanlarda sözümüzü deyəcəyik.

bildirib

Aksiyada iştirak edən keçmiş hərbçilərdən biri Tərtər hadisələrində işgəncə gördüyünü və həbs edildiyini daha sonra isə hökmünün ləğv edildiyini deyib:

Bizi işgəncə verənlərin cəzalarını çəkməsini istəyirik.  Şikayət edirik baxmırlar.

deyə vurğulayıb

O, səslərinin eşidilməsini istədiyini bildirib.

Daha əvvəl baş tutmuş aksiyalarda olduğu kimi bu dəfə də nə Xanlar Vəliyev, nə də digər rəsmi şəxslər etirazçılarla görüşməyiblər.

Son yazılar

Azərbaycanın Pegasus vasitəsilə Ermənistanın rəsmi şəxslərini izlədiyi ehtimal olunur

by Mikroskop
25 May 2023
0
Azərbaycanın Pegasus vasitəsilə Ermənistanın rəsmi şəxslərini izlədiyi ehtimal olunur

Rəqəmsal təhlükəsizlik üzrə mütəxəssislər və qeyri-hökumət təşkilatlarının birgə araşdırması nəticəsində məlum olub ki, Ermənistandan olan vətəndaş cəmiyyəti fəalları NSO Group...

Read more

Azərbaycandakı McDonalds-ın sahibi 230 milyon dollar çirkli pul yumaqda ittiham olunur

by Mikroskop
16 May 2023
0
Azərbaycandakı McDonalds-ın sahibi 230 milyon dollar çirkli pul yumaqda ittiham olunur

Böyük Britaniya Milli Cinayət Agentliyi İran əsilli britaniyalı biznesmen Cavad Marandinin şübhəli ofşor şirkətlərdən 230 milyon dollar aldığını aşkarlayıb. OCCRP...

Read more

Azərbaycan tərəfi açıqlamır, amma medianı nəzarətdə saxlamaq barədə İranla razılığa gəlinib

by Mikroskop
10 Aprel 2023
0
Azərbaycan tərəfi açıqlamır, amma medianı nəzarətdə saxlamaq barədə İranla razılığa gəlinib

7-8 apreldə Azərbaycan və İran Xarici İşlər Nazirliyinin rəhbərləri arasında son günlərdə iki ölkə arasındakı gərginliyi müzakirə etmək məqsədilə ilə...

Read more

Gürcü xalqı Aİ-yə üzv olmaq üçün hökumətin çalışdığına nə qədər inanır?

by Mikroskop
19 Mart 2023
0
Gürcü xalqı Aİ-yə üzv olmaq üçün hökumətin çalışdığına nə qədər inanır?

Gürcüstan uzun müddətdir ki, həm Avropa İttifaqına, həm də NATO-ya üzv olmaq istədiyini bildirir. Qafqaz Araşdırma Resurs Mərkəzinin (The Caucasus...

Read more

Venesiya Komissiyası “Siyasi Partiyalar haqqında” yeni Qanunda nəyi bəyənməyib?

by Mikroskop
15 Mart 2023
0
Venesiya Komissiyası “Siyasi Partiyalar haqqında” yeni Qanunda nəyi bəyənməyib?

Venesiya komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu Azərbaycanda yeni qəbul olunan “Siyasi Partiyalar haqqında” Qanunla bağlı birgə...

Read more
Facebook Twitter Youtube Instagram Telegram

"Keçmişdə senzura informasiya axınını blok edərək işləyirdi. 21-ci əsrdə isə senzura insanları lazımsız informasiya axınına məruz qoyaraq işləyir. İnsanlar sadəcə bilmirlər ki, nəyə diqqət eləsinlər, onlar tez-tez vaxtlarını əhəmiyyətsiz məsələləri araşdırmağa, müzakirə etməyə sərf edirlər. Qədimdə gücə malik olmaq informasiyaya çıxışa malik olmaq anlamına gəlirdi. Bu gün isə güc nəyi iqnor etməyi bilmək anlamına gəlir". (c) Yuval Noah Harari.
Biz lazımsız informasiyanı iqnor edib, bilməli olduğunuz məlumatları çatdırırıq. Bunu da bacardıqca ən qısa, ən izahlı və ən yaxşı vizuallaşdırılmış şəkildə edirik.

Abunə ol

Yeniliklərimizdən xəbərdar ola bilmək üçün saytımıza abunə ola bilərsiniz.

  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1

© MikroskopMedia

  • Azərbaycan