Cümə, 19 İyun 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Avropa Komissiyası: “Gürcüstana namizəd statusu verilməsin”

20 İyun 2022
A A
Avropa Komissiyası: “Gürcüstana namizəd statusu verilməsin”

Gürcüstan və Aİ bayraqları. Foto: Getty İmages

Avropa Komissiyası Gürcüstanın Avropa İttifaqına namizədlik statusunun bu ayın sonunda ləğv edilməsini tövsiyə edib. OC Media yazır ki, komissiyanın sədri Ursula fon der Leyen qərarın bir sıra siyasi və iqtisadi səbəblərə əsaslandığını qeyd edib. Leyen Gürcüstan ilə bağlı təklifin “əsaslı” olduğunu vurğulayaraq ölkənin bir sıra meyarlara cavab verəcəyi halda təkliflərə gələcəkdə yenidən baxılacağını bildirilib:

Nə qədər tez nəticələr əldə etsəniz, bir o qədər sürətli irəliləyiş olar.

deyib

Aİ-nin Qonşuluq Siyasəti və Genişlənmə Danışıqları üzrə Komissarı Oliver Varhelyi bildirib ki, Gürcüstanın ərizəsinə yenidən baxılması üçün bir sıra fundamental meyarlar  yerinə yetirilməlidir.

Hansı meyarlar qeyd edilib:

• demokratiyanın yaxşılaşması,;

• siyasi qütbləşmənin dayandırılması;

• məhkəmə islahatları;

• antikorrupsiya institutlarının müstəqilliyi;

•  mətbuat azadlığı.

Aİ-nin cavabına reaksiya necədir: İqtidarda olan “Gürcü Arzusu” partiyası rədd cavabını qətiyyətlə pisləyib. Partiya sədri İrakli Kobaxidze komissiyanın tövsiyəsini “məyusedici” olaraq dəyərləndirib, bunun obyektiv qərardan  çox siyasi məqsədli olduğunu qeyd edib. Kobaxidzenin sözlərinə görə Ukrayna və Moldovaya namizəd statusu verilməsi Rusiyanın Ukraynaya hücumundan, onun iqtisadi və humanitar nəticələrindən qaynaqlanır və bu ölkələri “cəsarətləndirmək” addımı hesab etmək olar.

Partiya sədri qeyd edib ki, Gürcüstanın bu statusu almaq üçün Ukrayna və Moldovadan fərqli olaraq kifayət qədər fədakarlıq etmədiyini başa düşürlər:

 Biz başa düşürük ki, indiyə qədər 14, xüsusən də 30 il əvvəl tökülən qurbanlar və qanlar, 300 min məcburi köçkün artıq avropalı tərəfdaşlarımız üçün aktual deyil.

bildirib

Gürcüstandakı müxalifətçilər  hökuməti yeni islahatlar həyata keçirməməkdə ittiham edib.

Nə baş verib: Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Gürcüstan, Moldova və Ukrayna Avropa İttifaqına üzv olmaq üçün müraciət ediblər. Lakin, Gürcüstanda demokratiya, qanunun aliliyi ilə bağlı narahatlıqlar Brüsseldə və digər Avropa ölkələrinin paytaxtlarında geniş tənqidlərə səbəb olub. Ukrayna və Moldovaya isə ittifaqa üzv olmaq üçün dərhal namizədliyin təklif edilməli olduğunu bildirilib.

Yekun qərar nə vaxt olacaq: Hər üç ölkənin müraciəti ilə bağlı yekun qərarın iyunun 23-24-də Brüsseldə baş tutacaq görüşdə veriləcəyi gözlənilir. Həmin görüşdə Avropa Şurasına üzv dövlətlərin başçıları bir araya gələcək.

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?
Detallı

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?

16 İyun 2026
Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü
535.1

Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü

16 İyun 2026
“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia