Cümə axşamı, 23 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Gürcüstanda Avropa İttifaqına üzvlük tələbi ilə aksiyalar keçirilir

21 İyun 2022
A A
Gürcüstanda Avropa İttifaqına üzvlük tələbi ilə aksiyalar keçirilir

Nümayişdən sonra Avropa meydanına yürüş edilib. Foto: Mariam Nikuradze/OC Media

Bazar ertəsi Tbilisinin mərkəzində on minlərlə insan ölkənin Avropa İttifaqına üzv olmasına dəstək olmaq üçün aksiya keçirib. OC Media-nın məlumatına görə, bu nümayiş ölkə tarixindəki ən böyük aksiyalardan biri hesab olunur. Aksiyanı Gürcüstanın “Utanc” liberal qrupu təşkil edib.

Aksiya hansı şəhərlərdə baş tutub: Batumi, Kutaisi və Zuqdidi şəhərləri ilə yanaşı, Avropanın 8 şəhərində də aksiyalar keçirilib. Bu sırada London, Praqa, Hannover, Paris, Budapeşt, Berlin, Hamburq və Reykyavik var.

Təşkilatın bəyanı nə olub: Onlar nümayiş zamanı ölkənin Aİ-yə üzvlüyünə əsas maneənin hakim “Gürcü Arzusu” partiyasının yaradıcısı Bidzina İvanişvili olduğunu bildiriblər. Təşkilat üzvləri hökumət qarşısında tələblər siyahısı irəli sürəcək vətəndaş cəmiyyəti qrupları, media qurumları, müxalifət partiyaları, tələbə qrupları və həmkarlar ittifaqlarından ibarət hərəkat yaratdıqlarını açıqlayıblar. Bəyan ediblər ki, tələblər yerinə yetirilməsə, ölkədə kütləvi vətəndaş itaətsizliyi kampaniyasında iştirak edəcəklər.  Bundan başqa, təşkilatçılar cümə günü daha bir aksiyanın keçiriləcəyini bildiriblər.

“Utanc” qrupunun üzvü Şota Diqmelaşvili çıxış edərkən. Foto: Mariam Nikuradze/OC Media

AP deputatlarından aksiyaya dəstək: Avropa Parlamentinin bir neçə üzvü əvvəlcədən lentə alınmış dəstək mesajları ilə kütləyə müraciət edib, bəziləri isə Gürcüstan hökumətini hədəfə alıblar. Avropa Parlamentinin litvalı deputatı Rasa Yuknyaviçene Gürcüstan hökumətini “Aİ Komissiyasının tövsiyəsini rədd etmək üçün əlindən gələni etməkdə” günahlandırıb. O, seçki qutusunun başında dayanıb insanları “Sakartvelonu (Gürcüstanı) Rusiyaya doğru itələyənləri xatırlamağa” çağırıb.

Aksiyaya siyasi reaksiya necə olub: Nümayiş hakim “Gürcü arzusu” partiyasının tənqidi ilə qarşılanıb. Bu elan edildikdən sonra bir neçə partiya lideri mitinqin müxalif Vahid Milli Hərəkat Partiyası tərəfindən təşkil edildiyini dəfələrlə bəyan ediblər.Tbilisi meri Kaxa Kaladze də bənzər iddianı səsləndirib:

Bu, Milli Hərəkatın mitinqidir. Biz hər şeyi öz adı ilə çağırmalıyıq. İnsanlar hər şeyi görür və başa düşürlər. Əgər kimsə hər hansı təbliğatla ictimaiyyəti çaşdırdığını düşünürsə, çox yanılır.

Gürcüstan – Aİ son vəziyyət: Avropa Komissiyası Moldova və Ukraynanın Avropa İttifaqına üzvlüklə bağlı müraciətlərini dəstəkləyib, Gürcüstana isə namizədlik statusundan imtina etməyi tövsiyə edib. Komissiya Gürcüstanın yenidən namizəd olması üçün müəyyən şərtləri yerinə yetirməsini tövsiyə edib və ölkədəki hökümətin demokratik yolla idarə olunmaması haqqında Qərb ölkələrinin tənqidlərini xatırladıb.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia