Çərşənbə, 10 Dekabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Paşinyan: “Azərbaycan yeni müharibəni legitimləşdirməyə çalışır”

28 İyun 2022
A A
Paşinyan: “Azərbaycan yeni müharibəni legitimləşdirməyə çalışır”

Nikol Paşinyan. Foto: Ermənistan PA

Ermənistanın baş naziri Nikol Paşinyan iyunun 27-də onlayn mətbuat konfransı keçirib. O, jurnalistlərə Laçın şəhərinin Azərbaycana verilməsindən danışıb və digər məsələlərlə bağlı iddialarını səsləndirib.

Paşinyan nələr deyib:

  • Bakı Ermənistanın üçtərəfli bəyanatla bağlı öhdəlikləri yerinə yetirmək istəmədiyi görüntüsü yaratmaq istəyir və bununla Ermənistana qarşı yeni müharibəni legitimləşdirməyə çalışır.
  • Laçın dəhlizinə alternativ yolun tikintisi başa çatdıqdan sonra keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətindən kənarda yerləşən ərazilər Azərbaycana veriləcək. Azərbaycanın nəzarətinə keçəcək Laçın (Berdzor) şəhəri və Zabux (Ahavno) kəndinin əhalisi mənzillə təmin olunacaq.
  • Dəmir yolunun tikintisinə başlamağa hazır olduğumuzu bəyan etdim. Bakı bu təklifdən imtina etdi. Sənəd layihəsini komissiyanın rusiyalı həmsədri təqdim edəndə Ermənistan imzalamağa hazır olduğunu bildirib, Azərbaycan tərəfi imtina edib.
  • Əsirlərin  90%-i Rusiya sülhməramlılarının yerləşdirilməsindən sonra götürülüb. Azərbaycan Qarabağdakı sülhməramlıları gözdən salmağa çalışır, bilərəkdən erməni hərbi əsirləri geri qaytarmır.

Baş nazirin konfransda səsləndirdiyi bəzi fikirlərə Azərbaycan tərəfindən cavab gəlib. Bununla bağlı Xarici İşlər Nazirliyi açıqlama yayıb.

XİN nə deyib: Qeyd edilib ki, məhz prezident İlham Əliyev sülh sazişinin imzalanması təklifi ilə çıxış edib. Hətta, Azərbaycan tərəfi sazişin əsaslanmalı olduğu baza prinsiplərini də qarşı tərəfə təqdim edib. Əgər Azərbaycan Paşinyanın dediyi kimi müharibə istəsəydi, Ermənistanın 30 il ərzində yerlə yeksan etdiyi ərazilərin yenidən qurulması üçün işlər görməzdi.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia