Bazar ertəsi, 13 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Gürcüstanda “Qürur həftəsi” hazırlığı – Polis təhlükəsizliyə söz verib

30 İyun 2022
A A
Gürcüstanda “Qürur həftəsi” hazırlığı – Polis təhlükəsizliyə söz verib

Ötən il hücuma məruz qalan "Tbilisi Pride" üzvlərinə dəstək aksiyası. Foto: Vano Şlamov/AFP

Gürcüstanın Daxili İşlər Nazirliyi Tbilisdə “Qürur həftəsi”çərçivəsində baş tutacaq tədbirlər müddətində LGBTQ+ fərdlərini qorumaq üçün “bütün lazımi tədbirləri” görəcəyini vəd edib. OC Media yazır ki, Daxili İşlər Nazirliyi ifrat sağçı Alt İnfo qrupunun hədələrindən sonra belə qərara gəlib. DİN-in yaydığı məlumatda polisin paytaxtda keçiriləcək qapalı tədbirlərin təhlükəsiz şəraitdə keçirilməsini təmin edəcəyi, hər bir şəxsin ifadə və toplaşma azadlığını qoruyacağı bildirilib:

Gürcüstanın Daxili İşlər Nazirliyi zorakılığın bütün formalarını pisləyir və Qürur Həftəsinə qarşı çıxan qrupları qanunlara əməl etməyə çağırır.

bəyanatda deyilir

“Tbilisi Pride” təşkilatının həm-direktoru Mariam Kvaratsxelia keçirdiyi mətbuat konfransında nazirlikdən aydın bəyanat vermələrini xahiş edib. O, eyni zamanda ötən il LGBTQ+ aktivistlərinə və jurnalistlərə qarşı zorakılığı təşkil edənlərin həbsini tələb edib:

Hökumətdən xahiş edirik ki, hər üç tədbirin və Tbilisidə “Qürur Həftəsi”nin hər bir iştirakçısının təhlükəsizliyini, eləcə də tədbirlərin keçiriləcəyi ərazilərdə və bütün şəhərdə ictimai asayişi qoruyacağını açıq şəkildə bəyan etsin.

deyə bildirib

OC Media-ya danışan “Tbilisi Pride” təşkilatının həm-direktoru Anna Subeliani əlavə edib ki, DİN-in bəyanatı “yaxşıya işarədir, lakin qeyri-kafidir”:

Ötən il iyulun 5-də zorakılığı törədənlər və bu il də eyni şeyi edəcəkləri ilə hədələyənlərin həbs edilməsi çox vacibdir. Biz indi bilirik ki, ifrat sağçı liderlər – Koka Morgoşia və Zurab Maxaradze dindirilib.

deyib

Narahatlığın səbəbi nədir: Ötən il 5 iyulda Tbilisidə planlaşdırılan qürur yürüşünü pozmaq üçün ifrat sağçı Alt İnfo qrupu zorakılıq kampaniyasına başlamışdı. Hücum nəticəsində 50-dən çox jurnalist xəsarət almışdı. Müdafiəni təmin etməkdən dəfələrlə imtina edən polis qətliamın qarşısını almaq üçün heç bir tədbir görməyib, zorakılığın təşkilatçıları həbs olunmayıb.

Hökumətin reaksiyası necədir: Bu il iyunun 22-sində (“Qürur Həftəsi”ndən 6 gün əvvəl) parlamentdə çıxışında baş nazir İrakli Qaribaşvili “Qürur yürüşü” təşkilatçılarının “milli dəyərlər və dövlət əleyhinə təxribat” törətdiklərini deyib. O, hətta yürüşü Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili təşkil etdiyini iddia edib. İyunun 27-də Gürcüstan hakimiyyəti zorakılıq çağırışları və təhdidlərlə bağlı təhqiqat başlatdıqlarını açıqlayıb. Lakin builki qürur festivalını pozacağını vəd etdikdən sonra Alt İnfo liderlərindən heç birinə qarşı ittiham irəli sürməyib.

Hücumlara beynəlxalq reaksiya:  Aİ-yə namizəd olmaq istəyən Gürcüstana Avropa Komissiyasının tövsiyələrində 2021-ci ilin 5 iyulunda zorakılıq hadisələrini törədənlərin mühakimə olunmaması da yer alıb. Komissiyanın 17 noyabrda yaydığı məlumatda qeyd edilib ki, Gürcüstan həssas qrupların insan hüquqlarının müdafiəsini gücləndirmək, o cümlədən zorakılıq törədənləri və təhrikçiləri daha effektiv şəkildə məsuliyyətə cəlb etmək üçün hərəkətə keçməlidir.

“Qürur həftəsi”nə builki hazırlıq, etirazlar

LGBTQ+ hüquqlarını müdafiə edən “Tbilisi Pride” təşkilatı paytaxtda keçirməyi planlaşdırdığı “Qürur Həftəsi”nə film nümayişi ilə başlayıb. “Khidi” gecə klubunda gürcü rejissoru Elene Naverianinin homofobiyadan bəhs edən “Yaş qum” filmi nümayiş etdirilib. Tədbirdə ABŞ, İsveç, Hollandiya, Fransa və İsrail də daxil olmaqla bir çox Qərb ölkələrinin səfirləri iştirak edib və öz dəstəklərini təklif ediblər.

Etirazçılar “Khidi” klubunun qarşısında. Foto: Mariam Nikuradze/OC Media

Bir qrup insan klubun yanından keçərək avtomobillərində siqnal verib, tədbirə etiraz ediblər. Polis nümayişin keçirildiyi gecə klubu və onun ətrafını ultra-mühafizəkar liderlər Quram Palavandişvili, Levan Çaçua, pravoslav keşiş David İsakadze və ifrat sağçı Alt-İnfo qrupunun üzvləri də daxil olmaqla, etirazçılardan qoruyub.

LGBTQ+ bayrağı asılan “Mziuri” kafesi

Ekstremist keşiş David İsakadenin rəhbərlik etdiyi Pravoslav Valideynlər Birliyi filmin nümayiş olunduğu “Khidi” klubundan LGBTQ+ üzvlərinə həmrəylik üçün göy qurşağı bayrağı asılan “Mziuri” kafesinə üz tutublar.  Qrup üzvləri “Sodomitlərin leqallaşdırılması və təbliği soyqırımdır” yazılmış plakat tutaraq bayrağın kafedən götürülməsini və “homoaeksuallıq təbliğatına” qarşı qanunun qəbulunu tələb ediblər. Polis onların kafeyə yaxınlaşmasına mane olub.

Pravoslav Valideynlər Birliyi nədir:  Bu qrup Gürcüstanın ən qədim dini qruplarından biri hesab olunur. Birlik üzvləri 2008-ci ildə Tbilisinin mərkəzində “Hallowen” bayramına, 2 ildən sonra isə Kavkasia kanalında canlı tok-şou proqramına hücum ediblər. 

İftar sağçıların hücum hazırlığı

Alt İnfo qrupu bu il planlaşdırılan tədbirləri də pozacaqlarını bəyan ediblər və bununla bağlı hazırlıqlar görməyə başlayıblar. Qrup rəhbərləri planlaşdırılan “Qürur Həftəsi”ni pozmaq üçün bölgələrdən insanları Tbilisiyə gətirəcəklərini söyləyiblər. Alt İnfonun liderləri, o cümlədən onların siyasi partiyasının rəhbəri Zurab Maxaradze səfər xərclərinin ödənməsi üçün ianə istəyiblər. Maxaradze ölkənin 2 ən böyük bankı olan “Bank of Georgia” və “TBC” bankdakı hesablar haqda məlumatları açıqlayıb.

Bankların münasibəti necədir: Qrupun keçmişdəki zorakılıq aktlarına baxmayaraq, bankların heç biri ödənişləri qəbul etməkdən imtina etməyib. “Bank of Georgia”nın nümayəndəsi konkret cavab verməkdən imtina edib. Onlar müəyyən edilmiş qaydalara, Mərkəzi Bank tərəfindən müəyyən edilmiş daxili siyasət və prosedurlara əməl etdiklərini, müştəri tərəfindən qanun pozuntusu baş verərsə, bankın “adekvat cavab verəcəyini” əlavə ediblər. TBC Bank isə “Alt İnfo” qrupu ilə əlaqələri ilə bağlı sualları cavabsız qoyub.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia