Cümə, 10 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Tbilisidə “Qürur Festivalı” bitdi – Həbslər, etirazlar olub

04 İyul 2022
A A
Tbilisidə “Qürur Festivalı” bitdi – Həbslər, etirazlar olub

Etirazçılar "Gürcü Arzusu" partiyasının ofisi qarşısında. Foto: Mariam Nikuradze/OC Media

Gürcüstan polisi iyulun 2-də baş tutan “Qürur Festivalı”na mane olmağa çalışan ifrat sağçı Alt info qrupunun bir neçə lideri də daxil olmaqla bir çox şəxsi ayın 1-də həbs edib. OC Medianın məlumatına əsasən, həbslər “Qürur Festivalı”nın başlamasına təxminən 15 saat qalmış baş verib.

Kimlər həbs edilib: Alt İnfo qrupunun üzvləri söyləyib ki, həbs edilənlər arasında qrupun 2 tanınmış lideri – Zurab Maxaradze, İrakli Martinenko, həmçinin tanınmış ifrat sağçı fəal Quram Palavandişvili və oğlu da var.

Alt İnfonun digər tanınmış lideri Şota Martinenko isə öz telekanalında canlı yayım edərək tərəfdarlarını festival keçirilən gün küçələrə çıxmağa səsləyib, birbaşa zorakılığa çağırış edib:

Biz hökumətin Qərblə razılığa gəldiyini bilirik. Hər kəsi çölə çıxmağa çağırırıq. Ölkəni bu iyrənclərin əlində qoymayaq.

deyib

O, etiraz etmək üçün hər kəsi Tbilisiyə səsləyib.

Festival günü nə baş verib: İyulun 2-də səhər tezdən Alt İnfo qrupunun üzvləri, eləcə də bir neçə gürcü pravoslav keşişi Tbilisidə festivalın keçirildiyi Mtasminda dağında məkanı zəbt etməyə, tədbiri pozmağa cəhd ediblər. Onların içəri girməsinə mane olan polis qrup rəhbərləri də daxil olmaqla 26 nəfəri həbs edib.

Etirazçılar parlament binası qarşısında bayraqları cırıb. Foto: Mariam Nikuradze/OC Media

Mtastmindada şənlik keçirilən zaman ifrat sağçı Alt İnfo qrupunun minlərlə üzvü və tərəfdarı Tbilisi küçələrinə axın ediblər. Parlament binasının qarşısına toplaşanlar NATO və Aİ bayraqlarını, eləcə də göy qurşağı bayraqları cırararaq yandırıblar. Hətta parlament binasının qarşısında toplaşan etirazçılardan biri üzərinə benzin tökərək özünü yandırıb. Ətrafdakılar dərhal onu fəvvarəyə atıblar. Həmin şəxs təcili yardım maşını ilə xəstəxanaya çatdırılıb.

“Qürur Festivalına gələn qonaqlar. Foto: Tata Shoshiashvili/OC Media

Festival necə yekunlaşıb: “Tbilisi Pride” təşkilatının həm-direktoru Mariam Kvaratskelia tədbirin uğurla başa çatdığını bildirib. O, polisin tədbirə nəzarət etdiyini, zorakılıq cəhdlərinin qarşısının alındığını söyləyib:

Mən bunu alqışlayıram. Biz gördük ki, ‘Qürur Tədbirləri’ni qorumaq üçün siyasi iradə olarsa, onlar bunu çox yaxşı bacarar.

deyə bildirib

Kvaratskelia vurğulayıb ki, gələcəkdə də polisin belə davranacağına ümid edir.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia