Şənbə, 18 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Ermənistanda artan inflyasiya insanların həyatını çətinləşdirir

22 İyul 2022
A A
Ermənistanda artan inflyasiya insanların həyatını çətinləşdirir

Ermənistan pul vahidi dram. Foto: Shutterstock

Rusiyanın Ukraynaya hücumundan sonra Ermənistanda da inflyasiya sürətlə artmağa davam edib, dolların bahalaşması erməni ixracatçılarına zərbə olub. Bu, ermənilər üçün ikiqat iqtisadi böhrana səbəb olub. OC Media yazır ki, may ayında Ermənistanda meyvə- tərəvəz qiymətləri ötən illə müqayisədə 2 dəfə artıb. Süd məhsullarının qiymətlərində isə 10-27% artım müşahidə edilir.

Ermənistanda son durum necədir?

İyun ayına olan məlumata əsasən, ölkədə inflyasiya 10%-dən çox olub. Buna səbəb kimi ilin əvvəlində inflyasiya nəticəsində ölkənin milli valyutası olan dramın və Rusiya rublunun ucuzlaşması göstərilib. Lakin o vaxtdan sonra Ermənistanın milli valyutası yenidən kəskin şəkildə bahalaşıb. İyul ayında 1 dollar 400 drama qədər yüksəlib, bu da 2014-cü ildən bəri dramın dollar qarşısında ən çox yüksəldiyi dövr hesab olunur. Son 4 il ərzində orta hesabla bir dollar 485 dram təşkil edib. Lakin bu, bu gözlənildiyi kimi inflyasiyanın azalmasına səbəb olmayıb.

Marketdə qiymət artımı. Foto: Ani Avetisyan/OC Media

İnflyasiyada Rusiyanın və rusların rolu: Qeyd olunur ki, bahalaşmanın səbəblərdən biri pandemiya ilə bağlı davam edən logistik problemlər və Rusiyanın Ukraynaya hərbi müdaxiləsidir. İqtisadi cəhətdən Rusiya Ermənistanın ən böyük tərəfdaşı olduğu üçün ölkə bu münaqişənin təsiri altında qalıb. Hesab olunur ki, külli miqdarda rublla Ermənistana köçən ruslar dramın bahalaşmasında həlledici rol oynamış ola bilərlər. Məsələn, 100 mindən çox Rusiya vətəndaşı Ermənistana gələrək ölkə banklarında on minlərlə hesab açıb.

İqtisadçı şərhi necədir: Qrant Mikaelyanın fikrincə, Ermənistanın Rusiyada aldığı qazın pulunu rublla ödəmək qərarı dramın bahalaşmasına səbəb olub. Lakin, dramın və digər amillərin səbəb olduğu artıma Ermənistan Mərkəzi Bankının etirazı olmayıb:

Ermənistan Mərkəzi Bankı həmişə qiymətli dramların dalınca qaçmaq siyasətinə sadiq qalıb. Mən hesab edirəm ki, bu səhv siyasətdir.

bildirib

İqtisadçı hesab edir ki, yerli biznesdə gəlirli ixracı təmin etmək üçün dramın sabitləşməsinə ehtiyacı var. Bununla belə, Mikayelyanın fikrincə, Ermənistan Rusiyanın Ukraynaya hücumunun iqtisadi təsirlərinin böyük bir hissəsinin qarşısını ala bilib:

Rusiya Ermənistana ən böyük taxıl tədarükçüsüdür. Digər ölkələrə ixracı dayandırsa belə, Avrasiya İqtisadi İttifaqına üzv ölkələr, o cümlədən Ermənistan üçün istisnalar olacaq.

deyə söyləyib

İqtisadçı əlavə edib ki, Rusiya ilə nisbətən müsbət münasibətlər sayəsində Ermənistan taxıl, çörək qıtlığı ilə üzləşməyəcək.

İnflyasiya qarşısında hökumətin mövqeyi: Ölkənin iqtisadiyyat naziri Vahan Kerobyan Mərkəzi Bankdan vəziyyətə müdaxilə etməyi və dramın dəyərinin aşağı salınmasına kömək göstərməsini xahiş edib. Artıq Ermənistan hökuməti də nazirlə eyni fikrə gəlib.

Mərkəzi Bank necə reaksiya verib: Bank nazirin xahişini rədd edib. Mərkəzi Bankın rəhbəri Martin Qalstyanın fikrincə, Bank və hökumət dramın bahalaşması səbəbindən yaranmış problemləri həll etmək üçün “məqsədli yanaşma” tətbiq etməlidir.Qalstyanıntəklif etdiyi variantlardan biri dramın süni şəkildə devalvasiyasıdır:

Lakin bu halda biz daha kəskin inflyasiya vəziyyəti yaradacağıq ki, bu da bütün Ermənistan vətəndaşlarına, o cümlədən ixracatçılara zərbə endirəcək.

deyib

Qeyd olunub ki, Mərkəzi Bank ilin sonuna 8% inflyasiya gözləyir.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia