Çərşənbə, 15 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Gürcüstanda seçki saxtakarlığı iddiası – Sızdırılan sənəddə nələr var?

23 İyul 2022
A A
Gürcüstanda seçki saxtakarlığı iddiası – Sızdırılan sənəddə nələr var?

Gürcüstanda mer seçkiləri. Foto: Zurab Kurtisikidze/ EPA/TASS

Gürcüstanda seçkilərə nəzarət edən iki böyük müşahidəçi qrupu Gürcüstan hökumətini son illərdə genişmiqyaslı seçki saxtakarlığı sxemini idarə etməkdə ittiham ediblər. Onlar iddianı Dövlət Təhlükəsizliyi Xidmətinin keçmiş direktor müavini Soso Qoqaşvilinin sızdırılmış sənədlərinə istinad edərək səsləndiriblər. OC Medianın məlumatına görə, cümə axşamı Beynəlxalq Ədalətli Seçkilər və Demokratiya Cəmiyyəti (ISFED) və “Transparency International Georgia” (TI) açıqlama yayıb.

Açıqlamada qeyd edilənlər:

  • hökumət qeyri-qanuni olaraq əfv təklif edib;
  • hökumət dövlət qulluqçularına təzyiq göstərib;
  • seçki nəticələrinə təsir etmək üçün inzibati resurslardan sui-istifadə edilib.

Hər iki təşkilatın məlumatına görə, inzibati resurslardan sui-istifadə, səslərin satın alınması və qeyri-qanuni səsvermə mexanizmi 2018-2020-ci illərdə keçirilən prezident, həmçinin parlament seçkilərinin nəticələrini şübhə altına ala bilər.

S.Qoqaşvilinin sızdırılmış sənədlərindən biri. Foto: OC Media

ISFED və TI-nin iddiası nədir: Hər iki təşkilat 2018-2019-cu illərdə hakim “Gürcü Arzusu” partiyasına aid olduğu iddia edilən e-poçt məktublara və ötən ilki sənədləri gözdən keçiriblər. Onlar bu sənədlərə istinadən iddia ediblər ki, hakim partiyaya seçkilərdə kömək edən minlərlə insana müxtəlif dövlət qurumlarının güzəştlər etdiyi ehtimal olunur.

Qeyd olunan güzəştlər:

  • şərti cəzaların ləğv olunması;
  • həbsdən vaxtından əvvəl azad olunma;
  • ləğv edilən sürücülük vəsiqələrinin bərpası;
  • davam edən cinayət işlərində ittihamların yenidən dəyərləndirilməsi;
  •  həbsxanada şəraitin yaxşılaşdırılması;
  • hərbi xidmətdən möhlət.

İddialar necə əsaslandırılıb: Milli Probasiya Agentliyindən əldə edilmiş məlumatlara əsasən, 2018-ci il prezident seçkiləri dövründə, ikinci turdan əvvəlki və sonrakı aylar da daxil olmaqla bu dövrdə cəzası ləğv edilmiş və sürücülük vəsiqəsi bərpa edilmiş şəxslərin sayı digərlər illərlə müqayisədə xeyli çox olub.  Qeyd edilib ki, Probasiya Agentliyinin sənədlərində həmin şəxslərin şərti cəzası, şəxsi məlumatları və bu cəzaların azaldılması ilə bağlı müraciətləri yer alıb. Hətta bəzi şəxslərin iqtidar partiyasına hansı yolla köməklik göstərdikləri barədə şərhlər də yer alıb.

Hesabatda başqa nələr deyilir, kimlərin adı hallanır?

2020-ci ilin sənədlərinə istinad edən TI və ISFED iddia edir ki, Dövlət Təhlükəsizlik Xidmətinin köməyi ilə hakim partiya dövlət işçiləri, o cümlədən dövlət məktəblərinin rəhbərləri haqqında “siyasi dosyelər” hazırlayıb. Hökumət siyasi baxışlarına görə onlarla dövlət məktəbi direktorunun vəzifə müddətini 2020-ci ilin payızından 2021-ci ilin yayına qədər olan müddətdə uzatmayıb. Dosyelərdə belə şərhlər yer alıb: Onların hökumətə qarşı müxalif münasibəti var. Onların bu vəzifəyə təyin edilməsi ağlabatan deyil.

DTX-nin məktəb direktoru ilə bağlı yazdığı şərhlərdən biri. Foto: OC Media

TI və ISFED-in yaydığı hesabatda seçkilərdəki saxtakarlıq sxeminə keçmiş ədliyyə nazirinin müavini Giorgi Pataridze və Daxili İşlər Nazirliyinin Baş Müfəttişliyinin keçmiş rəhbəri Aleksandr Xojevanişvilinin birbaşa nəzarət etdiyi bildirilir Həmçinin, qeyd olunub ki, Pataridze və Xocevanişviliyə məxsus olduğu iddia olunan elektron poçtlara  göndərilən 20-yə qədər sorğuda bəzi cəzaların daha yüngül cəza ilə əvəzlənməsi xahiş olunur.

                           

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia