Bazar ertəsi, 20 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Ermənistanda əqli sağlamlığını itimiş şəxslər məcburi qısırlaşdırıla bilər

27 İyul 2022
A A
Ermənistanda əqli sağlamlığını itimiş şəxslər məcburi qısırlaşdırıla bilər

Əməliyyata hazırlıq prosesi. Foto: Dario Lo Presti

Ermənistanın Səhiyyə Nazirliyi əqli çatışmazlığı olan şəxslərin könüllü qısırlaşdırılması ilə bağlı 1990-cı illərdə qəbul olunan qanuna dəyişiklik edilməsini təklif edib. Bununla nazirlik məhkəmələrə həmin şəxslərin qısırlaşdırılması ilə bağlı qərar qəbul etmə səlahiyyəti verilməsini istəyib. OC Media yazır ki, qanun layihəsi avqustadək ictimaiyyətin müzakirəsinə çıxarılacaq, daha sonra hökumətə təqdim olunacaq.

Qanun layihəsində nə deyilir: Səhiyyə Nazirliyinin təklif etdiyi düzəlişlər məhkəmələrə “qabiliyyətsiz” insanların sterilizasiyası barədə göstəriş verməyə icazə verir. 1998-ci il qanunu isə fərdlərin könüllü sterilizasiyası ilə bağlı müddəaları təmin edirdi.

Bundan başqa, təklif olunan layihədə “qabiliyyətsizlik” müəyyən edilmir. Vazektomiya və boruların bağlanması vasitəsilə tibbi sterilizasiyanın “nisbətən geri dönməz müdaxilə” olduğu bildirilir, müraciət edənlərə müvafiq məlumat, qərar vermək üçün vaxtın verilməsinin vacibliyi vurğulanır.

“Doğru və ya yanlış, insan özü qərar verir”

Əlilliyi olan şəxslərin hüquqlarını müdafiə edən “Disability Rights Agenda” təşkilatından Muşeg Hovsepyan hazırkı ilkin qanunun “problemli” olmasına baxmayaraq, ən azından insanlara zərər vermədiyini deyib. O əlavə edib ki, təklif olunan dəyişikliklər qanunun könüllülük mahiyyətini dəyişir və sözügedən şəxsdən başqa heç kimin əlilliyi olan şəxsin uşaq sahibi olub-olmamasına qərar vermək hüququ yoxdur:

Əlilliyi olmayan insanlar bu cür qərarları özləri verə bilirlərsə, deməli, əlilliyi olan şəxslər də  belə edə bilərlər. Doğru və ya yanlış, insan özü qərar verir.

deyib

Hovsepyan vurğulayıb ki, bir insana “qabiliyyətsiz” damğası vurmaq artıq insan hüquqlarının pozulması deməkdir. O, əlilliyi olan şəxslərə lazımi dəstək almaları üçün kömək etməyi və onlara könüllü qısırlaşdırılmanın hansı nəticələrə gətirib çıxara biləcəyini “sadə və əlçatan üsulda” izah etməyi təklif edib:

Heç vaxt onların yerinə qərar verməyin. Bu haqda nə qəyyum, nə məhkəmə, nə də başqa qurum qərar verə bilməz.

bildirib

Səhiyyə Nazirliyi isə Hovsepyanın təkliflərini nəzərə alacaqlarını və qanun layihəsinə düzəlişlər ediləcəyini bildirib.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia