Cümə, 19 İyun 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Gürcüstanın həbsdəki DTX rəsmisi: “Əfqan Muxtarlı İvanişvilinin əmri ilə oğurlanıb”

27 İyul 2022
A A
Gürcüstanın həbsdəki DTX rəsmisi: “Əfqan Muxtarlı İvanişvilinin əmri ilə oğurlanıb”

Əfqan Muxtarlı. Foto: Şəxsi arxiv

Azərbaycanlı araşdırmaçı jurnalist Əfqan Muxtarlının 2017-ci ildə Tbilisidə oğurlanaraq Bakıya göndərilməsi ilə bağlı yeni iddialar səsləndirilib. Bu haqda Gürcüstan Dövlət Təhlükəsizlik Xidmətinin keçmiş rəis müavini, hazırda həbsdə olan Soso Qoqaşvili məktubunda yazıb.

Məktubda nə deyilir: Qoqoşvili iddia edib ki, 5 il əvvəl Əfqan Muxtarlı hakim “Gürcü Arzusu” partiyasının qurucusu, milyarder Bidzina İvanişvilinin əmri ilə oğurlanıb. O, vurğulayıb ki, bu iş üzrə bütün sübutlar Gürcüstan DTX-nin Əməliyyat-Texniki İdarəsi tərəfindən məhv edilib.

Ə.Muxtarlı iddia haqda nə deyib: Gürcüstanın “Mtvari” xəbər portalı jurnalistin fikirlərini öyrənib. O, oğurlanmasında Gürcüstanın Təhlükəsizlik Xidməti, Müdafiə Nazirliyi, Sərhəd və Gömrük Xidmətinin iştirak etdiyini deyib:

Oğurlanmağımı şəxsən daxili işlər naziri Vaxtanq Qomelauri planlaşdırmışdı. Bundan o vaxtkı baş nazir Giorgi Kvirikaşvilinin də xəbəri var idi. Vəkillə məsləhətləşdikdən sonra necə davam edəcəyimizə qərar verəcəyik. Biz mütləq çalışacağıq ki, Soso Qoqaşvilini mənim oğurluğumla bağlı prokurorluğa ifadə versin.

əlavə edib

Jurnalist onu da qeyd edib ki, oğurlanmasına görə Azərbaycan tərəfi Gürcüstanın təhlükəsizlik xidmətinə 3 milyon dollar ödəyib, bu barədə ona Azərbaycandan məlumat verilib.

Jurnalist necə həbs olunmuşdu: 2014-ci ildən ailəsi ilə Gürcüstanda yaşayan Ə.Muxtarlı 2017-ci ilin mayında Gürcüstanın təhlükəsizlik qüvvələri tərəfindən oğurlanaraq Azərbaycana təhvil verilib. Azərbaycanın rəsmi orqanları jurnalistin sərhədi qanunsuz keçdiyi və üzərində 10 min avro nağd pul tapıldığını bəyan edib. Ona qarşı dövlət sərhədini qanunsuz olaraq keçmə və qaçaqmalçılıq maddələri ilə cinayət işi açılıb.

Hansı maddələrlə cəza almışdı: O, 6 il müddətinə azadlıqdan məhrum edilib, 2020-ci il martın 17-də isə azadlığa buraxılıb. Bundan sonra jurnalist Almaniyaya ailəsinin yanına mühacirət edib.

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?
Detallı

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?

16 İyun 2026
Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü
535.1

Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü

16 İyun 2026
“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia