Cümə, 23 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Media ötən il LGBTIQ+ ilə bağlı xəbərləri necə işıqlandırıb?

02 Avqust 2022
A A
Media ötən il LGBTIQ+ ilə bağlı xəbərləri necə işıqlandırıb?

Budapeştdə LGBTQ əleyhinə qanunu etiraz. Foto: Marton Monus/Reuters

Mediada LGBTIQ+ qarşı münasibəti araşdıran “QueeRadar” təşəbbüs qrupu ötən ilə dair hesabat hazırlayıb. 2021-ci ilin yanvarından dekabra qədər olan dövrü əhatə edən araşdırmada LGBTIQ+lara qarşı törədilən cinayətlər, hadisələrlə yanaşı onlayn mediada işlədilən nifrət nitqinin monitorinqi də yer alıb.

Araşdırma necə aparılıb: Geniş auditoriyası olan, sosial-siyasi mövzuların dərc edildiyi 23 media orqanından nifrət ifadələri yer alan 501 material nəzərdən keçirilib. Nəticələrə görə, materialların böyük qismi qərəzli olub:

  • qərəzli – 62.5%
  • neytral – 37.5%

Hesabatda qeyd edilib ki, LGBTIQ+lardan bəhs edən məqalə və xəbərlərdə “üzdəniraq”, “mavi”, “azlıqlar”, “petux” kimi alçaldıcı ifadələrdən istifadə olunub.

“Kütləvi informasiya vasitələri hökumətə yaxın siyasətçi və məşhurlara queerfob bəyanatlar səsləndirmək üçün geniş imkan yaradıb. Monitorinq nəticələri göstərib ki, medianı nifrət nitqi, eləcə də LGBTIQ+ları hədəfə çevirmək üçün vasitə kimi istifadə edənlər müxtəlif sahələrdə çalışan fiqurlardır” – hesabatda deyilir. Monitorinqin nəticələri göstərir ki, belə bəyanatlar səsləndirənlər arasında əksəriyyət jurnalistlərdir:

  • jurnalist – 51.35%
  • politoloq – 8.11%
  • siyasi partiya rəsmisi – 8.11%
  • şair/yazıçı – 8.11%
  • deputat – 5.41%

Hesabatda vurğulanır ki, nifrət xarakterli ifadələr səsləndirənlərin ümumilikdə 2.7 %-i psixoloq, hüquq müdafiəçisi, bloqer, dinşünas, şou-biznes nümayəndəsi və astroloqlar olub.

Yekun nəticə necədir: Araşdırmalar göstərib ki, mediada Azərbaycandakı LGBTIQ+ların vəziyyətinə və hüquqlarına toxunan materialların sayı daha azdır, media qurumları ayrıseçkilik xarakterli nifrət nitqi materiallarına geniş yer verib. Bununla yanaşı, ölkə mediasında LGBTIQ+ların haqq və azadlıqlar kontekstində işıqlandırılması əvvəlki illərə görə daha çoxdur. Hesabat müəllifləri hesab edir ki, bunun səbəbi LGBTIQ+ aktivizmi, müxtəlif təşəbbüs qruplarının fəaliyyətləridir.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia