Bazar ertəsi, 20 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Hərbi əməliyyat, ölüm, səfərbərlik; Qarabağda bu gün ərzində nə baş verib?

03 Avqust 2022
A A
Hərbi əməliyyat, ölüm, səfərbərlik; Qarabağda bu gün ərzində nə baş verib?

Azərbaycan Silahlı Qüvvələrinin bu gün keçirdiyi əməliyyat zamanı çəkilmiş dron video görüntüsündən skrinşot. Mənbə: Eynulla Fətullayev

Azərbaycan Müdafiə Nazirliyi bu gün Laçında bir hərbçinin həlak olduğu barədə rəsmi məlumat yayıb. Məlumatda deyilir ki, Rusiya Sülhməramlılarının yerləşdiyi ərazidəki erməni silahlılarının açdığı intensiv atəş nəticəsində əsgər Anar Kazımov aldığı güllə yarasından həlak olub.

Anar Kazımov kimdir: 2004-cü il təvəllüdlü Anar Kazımov aprel ayında hərbi xidmətə çağırılıb. O, Şəmkir rayonunda doğulduğu Qaracəmirli kəndində dəfn olunacaq.

Hadisəyə rəsmi reaksiya: Faktla bağlı Qubadlı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Azərbaycan Xarici İşlər Nazirliyi isə hadisəni pisləyən bəyanat yayıb. Bəyanatda deyilir ki, Ermənistan tərəfi üçtərəfli razılaşmanı pozur və münasibətlərin normallaşması istiqamətində səylərə xələl gətirir.

Ermənistan nə deyir: Azadlıq Radiosunun Ermənistan bürosunun yaydığı məlumata görə, tanınmamış Dağlıq Qarabağ Respublikasının Müdafiə Nazirliyi bu gün təmas xəttində Azərbaycanın PUA-lardan istifadə edib və nəticədə 1 əsgər həlak olub, 8 hərbçi yaralanıb.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan isə Ermənistan-Azərbaycan sərhəddində heç bir gərginlik olmadığını açıqlayıb.

Report İnformasiya Agentliyi axşam saatlarında Azərbaycanın Rusiya Sülhməramlılarının yerləşdiyi ərazidəki erməni silahlılarına qarşı “antiterror əməliyyatı”nın keçirildiyini yayıb. Müdafiə Nazirliyinin hələ ki, təsdiqləmədiyi məlumatda bildirilir ki, qarşı tərəfdən 4 nəfər ölüb, 15 nəfər yaralanıb.

Əməliyyat zamanı həm də sığınacaq və mövqelərə zərbələr endirilib, silah-sursat anbarları sıradan çıxarılıb. Hərbi əməliyyatla bağlı Report İnformasiya Agentliyi “Caliber”ə istinadən məlumat yayıb ki, Kəlbəcər rayonunun Heyvalı kəndində artilleriya hərbi hissəsi və azı bir post dağıdılıb.

Armenpress.am yazır ki, tanınmamış Dağlıq Qarabağ Respublikasının prezidenti Arayik Arutyunyan qismən hərbi səfərbərlik elan edib.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia