Çərşənbə, 17 İyun 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Gürcüstan ukraynalılara yardımı dayandırıb – Qaçqınlar otellərdən çıxarılır

04 Avqust 2022
A A
Gürcüstan ukraynalılara yardımı dayandırıb – Qaçqınlar otellərdən çıxarılır

Tbilisidə ukraynalı qaçqınların yerləşdiyi otel. Foto: Nino Memanişvili/JAMnews

Tbilisi Meriyası və Acariya bölgəsinin Turizm Departementi ukraynalı qaçqınların otellərdə yerləşdirilməsi və yemək üçün verilən maliyyəni dayandırıb. Belə ki, martın əvvəlində Gürcüstan hökuməti ilkin olaraq onlara 1 ay müvəqqəti mənzillə təmin edəcəyini açıqlayıb. Bu proqramın müddəti bir neçə dəfə uzadıldıqdan sonra Ukrayna vətəndaşlarının avqustun 1-də otelləri tərk etməli olduqları bildirilib.

OC Medianın məqaləsində qeyd olunur ki, Batumidə yerləşən ukraynalı qaçqınlardan olan qadın jurnalistlərə gedəcək yerləri olmadığını deyib:

Gürcüstanda getməyə yeri olmayan çox sayda ukraynalı qaçqın var. Biz kobudluq etmək istəmirik, amma uşaqlarımızla hara gedəcəyimizi bilmirik.

deyə bildirib

Digər qadın isə Batumiyə Ukraynanın Mariupol şəhərindən qızı və nəvəsi ilə birgə qaçdığını bildirib:

Dörd aydır ki, buradayam. Pulumuz, getməyə heç bir yerimiz yoxdur. Xahiş edirik, bizə kömək edin.

söyləyib

Qadının sözlərinə görə, Batumidə qızını maşın vurub, müalicəyə xeyli xərcələri çıxdığı üçün yeni yaşayış yeri tapmağa pulları qalmayıb.

Qaçqınlara nə vəd edilib: Paytaxt meriyası Səhiyyə Nazirliyinin avqust ayından etibarən ukraynalı qaçqınların qayğısına qalacağını, həmçinin onlara digər güzəştlər ediləcəyini də açıqlayıb:

  • Növbəti 3 ay üçün hər ailəyə 300 lari (təxmini 100 dollar) və hər bir ailə üzvünə isə 45 lari (təxmini 15 dollar) ödəniləcəcək.
  • Ukraynalı qaçqınlar ictimai nəqliyyatdan, bələdiyyənin tabeliyində olan uşaq bağçalarından,incəsənət və idman məktəblərindən pulsuz istifadə etməyə davam edə biləcəklər.

Nə qədər xərc çəkilib: Tbilisi Meriyasının rəsmi açıqlamasına görə, paytaxtda 5 mindən çox ukraynalı qaçqının ev və qida ilə təmin olunub. Buna indiyədək 14 milyon lari (5 milyon dollar) xərclənib.

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?
Detallı

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?

16 İyun 2026
Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü
535.1

Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü

16 İyun 2026
“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia