Çərşənbə, 22 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Sülhməramlıların fəaliyyətinin detallarının dəqiqləşdirilməsi: Paşinyan istəyir, Lavrov təklif gözləyir

05 Avqust 2022
A A
Sülhməramlıların fəaliyyətinin detallarının dəqiqləşdirilməsi: Paşinyan istəyir, Lavrov təklif gözləyir

İllustrasiya Mikroskop Media

Ermənistan Baş naziri Nikol Paşinyan Qarabağdakı Rusiya sülhməramlı missiyasının fəaliyyətinin dəqiqləşdirilməsini istəyir. Baş nazir rəsmi Moskvanın bununla bağlı lazımi addımları atmasını gözləyir.

Paşinyanın tələbinin səbəbi nədir: Ermənistan rəsmisi hesab edir ki, bölgədə sistemli xarakter daşıyan problemlər üzə çıxıb və buna görə də sülhməramlı missiyasının fəaliyyətini dəqiqləşdirmək mütləqdir. TASS yazır ki, baş nazir bu təkliflə avqustun 3-də baş verən gərginlikdən sonra çıxış edib. Onun sözlərinə görə, 2020-ci il dekabrın 11-də Xocavənd rayonunun Hintağlar və Çaylaqqala kəndlərinin, 2022-ci il martın 24-də isə Fərrux kəndinə nəzarətin Azərbaycan tərəfinə keçməyi və atəşkəs rejiminin mütəmadi pozulması onu narahat edir.

Sülhməramlıların fəaliyyətinin dəqiqləşdirilməsi onların bölgədə yerləşdirilməsi ilə paralel şəkildə aparılmalı idi. 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın 3-cü bəndində Dağlıq Qarabağda təmas xəttinin mövcud olduğu açıq şəkildə qeyd olunub. Məhz bu ərazi Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin məsuliyyət zonası adlanır. Biz gözləyirik ki, təmas xəttini keçmək cəhdinin qarşısı Rusiya sülhməramlı kontingenti tərəfindən alınacaq və Azərbaycan bölmələri geri çəkiləcək.

Rusiya nə deyir: Paşinyanın sülhməramlılarla bağlı fikirlərinə Rusiya Xarici İşlər naziri Sergey Lavrov münasibət bildirib. TASS yazır ki, nazir indi bu barədə danışmağın onun üçün çətin olduğunu, çünki konkret təkliflərin olmadığını deyib.  

Ermənistanın Baş nazirinin Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı missiyasının detallarını dəqiqləşdirməklə bağlı müzakirəyə çıxarmaq istədiyi konkret təklifləri görməmişik. Azərbaycan, Rusiya və Ermənistan rəhbərləri arasında razılıq əldə olunan məsələlərlə bağlı təbii ki, bütün tərəflərin təklif irəli sürmək hüququ var. Lakin biz hələ ki, bunu görməmişik.

Nə baş verib: Azərbaycan Müdafiə Nazirliyinin avqustun 3-də yaydığı rəsmi məlumata görə, Laçında Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Anar Kazımov aldığı güllə yarasından həlak olub. Onun Rusiya Sülhməramlılarının yerləşdiyi ərazidəki erməni silahlılarının açdığı intensiv atəş nəticəsində yaralandığı bildirilib. Faktla bağlı Qubadlı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.12-ci (milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Müdafiə Nazirliyinin gün ərzində yaydığı digər rəsmi məlumatda isə bildirilib ki, ərazidə Azərbaycan ordusu “Qisas” adı verilən antiterror əməliyyatı keçirib. Əməliyyat nəticəsində;

  • Bir neçə döyüş mövqeyi dağıdılıb
  • Keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib
  • Qarşı tərəfdən canlı qüvvə həlak olub və yaralanıb
  • Bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları sıradan çıxarılıb.
“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia