Cümə axşamı, 9 Fevral 2023
Mikroskop
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1
No Result
View All Result
Mikroskop
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1
No Result
View All Result
Mikroskop
No Result
View All Result

ABŞ Belarus hakimiyyətinin 100 nümayəndəsinə viza məhdudiyyəti qoyub

09 Avqust 2022
3 min read
ABŞ Belarus hakimiyyətinin 100 nümayəndəsinə viza məhdudiyyəti qoyub

ABŞ bayrağı. Foto: Spencer Platt/Getty Images

Amerika Birləşmiş Ştatları Belarus hakimiyyətinin 100 nümayəndəsinə viza məhdudiyyəti qoyduğunu elan edib. Bu haqda ABŞ-ın dövlət katibi Entoni Blinkenin bəyanatında bildirilib:

Bu gün biz 100 rejim məmuruna və onların qohumlarına Belarusda demokratik təsisatları sarsıtmaqda və ya zədələməkdə və ya demokratiyaya keçidə maneçilik törətməkdə iştirak etdiklərinə görə viza məhdudiyyəti tətbiq etmək üçün addımlar elan edirik.

qeyd olunub

Siyahıdakı şəxslərin adları açıqlanmasa da, onların hansı qurumlarda çalışdığı qeyd olunub və yüksək vəzifələrdə çalışdıqları vurğulanıb:

  • Prezident Administrasiyası;
  • Daxili İşlər Nazirliyi;
  • Dövlət Təhlükəsizlik Komitəsi;
  • Mərkəzi Seçki Komissiyası
  • Baş Prokurorluq;
  • İstintaq Komitəsinin Mərkəzi Aparatı;
  • Nəqliyyat və Rabitə Nazirliyi;
  • Mütəşəkkil Cinayətkarlıqla və Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi;
  • “Belteleradio” Milli Dövlət Televiziya və Radio Şirkəti;
  • İkinci Milli Televiziya Şirkəti;
  • Hərbi Hava Qüvvələri;
  • Hava Hücumundan Müdafiə Qoşunları.

ABŞ rəsmisi əlavə edib ki, sanksiya siyahısına həmçinin, parlament üzvləri, rayon hakimləri, təhlükəsizlik işçiləri, icra komitələrinin üzvləri və dövlət universitetlərinin rəhbərləri daxildir:

Bu şəxslər işgəncələrə cəlb olunublar, dinc nümayişçilərin zorakılıqla həbsində, jurnalistlərin, müxalifət üzvlərinin və fəalların evlərinə, ofislərinə basqınlarda, eyni zamanda, seçki saxtakarlığında və tələbələrin aksiyalarda iştirakına görə universitetdən qovulmasında iştirak ediblər.

bildirilib açıqlamada

Bəyanatda daha nə deylir: Blinken Minsk OMON-un komandanı Dmitri Balaba və Belarus daxili işlər nazirinin müavini Nikolay Karpenkovun ailə üzvlərinin ABŞ-a girişinə qadağa qoyulduğunu açıqlayıb. O, bu qərarı Balaba və Karpenkovun 2020-ci ildə keçirilmiş prezident seçkilərindən sonra baş verən repressiyalarda rol oynamaları ilə əsaslandırıb.

Seçkilərdən sonra nə baş verib: 2020-ci il avqustun 9-da Belarusda prezident seçkiləri keçirilib və rəsmi nəticələrə görə, qalib hazırkı prezident Aleksandr Lukaşenko olub. Seçkilərin nəticələri ABŞ, Böyük Britaniya, Avropa İttifaqı və bir sıra ölkələr tərəfindən tanınmayıb. Seçkilər bitdikdən sonra Belarusda  kütləvi etiraz aksiyaları başlayıb, hüquq-mühafizə orqanları əməkdaşları ilə dinc əhali arasında  toqquşmalar yaşanıb.

ABŞ Belarusa nə sanksiyalar tətbiq edib: Birləşmiş Ştatlar 2021-ci ilin yayında Belarus prezident Aleksand Lukaşenkonun mətbuat katibi Natalya Eysmont və Respublika Şurasının sədri Natalya Koçanova da daxil olmaqla 16 Belarus vətəndaşına sanksiya tətbiq edib. Bundan başqa, 2022-ci il fevralın əvvəlində Belarusun bir neçə vətəndaşı xaricdəki müxaliflərə qarşı yönələn fəaliyyətləri ilə əlaqədar sanksiyalara məruz qalıb. Ümumilikdə, 2020-ci ildən bəri ABŞ 297 nəfərə qarşı viza sanksiyaları tətbiq edib.

Son yazılar

Rusiya MN: Azərbaycanla Ermənistan arasında atışma olub

by Mikroskop
07 Fevral 2023
0
Azərbaycan Müdafiə Nazirliyi Rusiya sülhməramlılarına çağırış edib

Azərbaycanla Ermənistan arasında 7 fevralda atəşkəsin pozulduğu barədə məlumat yayılıb. Məlumat Rusiya Müdafiə Nazirliyinin Dağlıq Qarabağla bağlı gündəlik xəbər bülletenində...

Read more

ABŞ-ın Ukraynanın 20%-ni Rusiyaya vermək qarşılığında sülh təklif etdiyi iddia olunur

by Mikroskop
03 Fevral 2023
0
ABŞ-ın Ukraynanın 20%-ni Rusiyaya vermək qarşılığında sülh təklif etdiyi iddia olunur

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Berns yanvar ayında Kiyev və Moskvaya səfər edib və Ukrayna-Rusiya arasındakı münaqişənin nizamlanma ehtimalı...

Read more

İran-Azərbaycan gərginliyi; DİN və DTX “İran casusları” tapır

by Mikroskop
01 Fevral 2023
0
İran-Azərbaycan gərginliyi; DİN və DTX “İran casusları” tapır

31 yanvarda Daxili İşlər Nazirliyinin əməkdaşları xüsusi əməliyyat keçirib. Əməliyyatla bağlı paylaşılan qısa məlumatda İranın Azərbaycanda olduğu iddia edilən casus...

Read more

Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı nələri bilirik və kim nə reaksiya verib?

by Mikroskop
27 Yanvar 2023
0
Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı nələri bilirik və kim nə reaksiya verib?

Yanvarın 27-də Bakı vaxtı ilə 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla...

Read more

Laçındakı aksiyada iştirak edən “eko-aktivistlər” hökumətdən nə qədər qrant alıb? Mikroskop-un araşdırması

by Mikroskop
18 Yanvar 2023
0
Laçındakı aksiyada iştirak edən “eko-aktivistlər” hökumətdən nə qədər qrant alıb? Mikroskop-un araşdırması

Laçın koridorunda təxminən 40 günə yaxındır ki, Azərbaycan hökumətinin təşkil etdiyi etiraz aksiyası keçirilir. Aksiya iştirakçıları iddia edir ki, onların...

Read more
Facebook Twitter Youtube Instagram Telegram

"Keçmişdə senzura informasiya axınını blok edərək işləyirdi. 21-ci əsrdə isə senzura insanları lazımsız informasiya axınına məruz qoyaraq işləyir. İnsanlar sadəcə bilmirlər ki, nəyə diqqət eləsinlər, onlar tez-tez vaxtlarını əhəmiyyətsiz məsələləri araşdırmağa, müzakirə etməyə sərf edirlər. Qədimdə gücə malik olmaq informasiyaya çıxışa malik olmaq anlamına gəlirdi. Bu gün isə güc nəyi iqnor etməyi bilmək anlamına gəlir". (c) Yuval Noah Harari.
Biz lazımsız informasiyanı iqnor edib, bilməli olduğunuz məlumatları çatdırırıq. Bunu da bacardıqca ən qısa, ən izahlı və ən yaxşı vizuallaşdırılmış şəkildə edirik.

Abunə ol

Yeniliklərimizdən xəbərdar ola bilmək üçün saytımıza abunə ola bilərsiniz.

  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1

© MikroskopMedia

  • Azərbaycan