Cümə axşamı, 23 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Latviya parlamenti Rusiyanı terrorizmi dəstəkləyən ölkə kimi tanıdı

11 Avqust 2022
A A
Latviya parlamenti Rusiyanı terrorizmi dəstəkləyən ölkə kimi tanıdı

Latviya Seyminin bugünkü iclasından. Foto: Juris Vīgulis

Latviya Seymi qəbul etdiyi qərarla Rusiya Federasiyasının Ukraynada və digər ölkələrdə dinc əhaliyə qarşı zorakı hərəkətlərini terrorizm, özünü isə terrorizmi dəstəkləyən ölkə kimi rəsmən tanıyıb. Bəyanat Seymin rəsmi saytında yayımlanıb. Protokola əsasən, Seymin 67 deputatı qərarın lehinə səs verib.

Parlamentin Xarici Əlaqələr Komitəsinin sədri Rihards Kols bildirib ki, Rusiya dəfələrlə birbaşa və ya dolayı yolla terrorçu rejimlərə dəstək verib, xüsusən də Suriya hakimiyyətini silahla təmin edib:

Rusiya 2014-cü ildə “Boeing MH17” nin qəzasına görə, eləcə də 2018-ci ildə Britaniyada Skripal ailəsinin zəhərlənməsi kimi hadisələrdə birbaşa və ya  dolayı yolla terrorçu rejimləri və təşkilatları dəstəkləyərək maliyyələşdirib. Hazırda isə Rusiya Ukraynada beynəlxalq səviyyədə qadağan olunmuş silah və sursatlardan istifadə edərək, mülki əhalini və ictimai obyektləri hədəf alır.

deyə bildirib

Parlamentin bəyanatında vurğulanıb ki, 2014-cü ildən Rusiya Ukraynanın Donetsk və Luqansk vilayətlərində, eləcə də işğal olunmuş Krımda separatizmə, dinc əhaliyə qarşı zorakılığa hərbi, maliyyə və siyasi dəstək verib.

Bəyanatda daha nə deyilir: Avropa ölkələrinə təcili olaraq Rusiyaya qarşı hərtərəfli sanksiyaları gücləndirmək təklif olunub. Həmçinin qeyd olunub ki, Avropa İttifaqına üzv ölkələr Rusiya ilə turizmi dərhal dayandırmalı, Rusiya, həmçinin Ukraynada müharibəni dəstəkləyən Belarusun vətəndaşlarına viza verilməsini məhdudlaşdırmalıdır.

Latviyanın Rusiyaya qarşı atdığı addımlar: Maydan etibarən Rusiya və Latviya arasında Latviyada yaşayan rus hərbi pensiyaçılarının, onların ailə üzvlərinin sosial müdafiəsi haqqında saziş dayandırılıb. Avqustun 1-dən isə Rusiya ilə olan iqtisadi əməkdaşlıq sazişinə xitam verilib.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia