Cümə axşamı, 15 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

“Sevilfest”in açılışı: Ölkədən çıxışına qadağa qoyulan iranlı qadın rejissorun filmi nümayiş olunub

16 Avqust 2022
A A
“Sevilfest”in açılışı: Ölkədən çıxışına qadağa qoyulan iranlı qadın rejissorun filmi nümayiş olunub

"Sevilfest"in treylerindən skrinşot

Adını Cəfər Cabbarlının Azərbaycanda qadın azadlığını təmsil edən “Sevil” pyesindən götürən Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalının açılışı baş tutub. Sayca 3-cü dəfədir ki, baş tutan festival bu dəfə təkcə Bakıda yox, həm də Şəki və Lənkəran şəhərlərində də təşkil olunacaq. Festival 20 avqusta qədər davam edəcək.

Həmtəsisçi Aygün Rəşid deyir ki, bu, yenilikçi bir festivaldır və indiyədək belə bir təcrübə olmayıb:

Təcrübə olmadığı üçün biz hələ bilmirik hansı şəhərdə nə ola bilər, biz onları müzakirə edirik, festivaldan əvvəl onun araşdırmasını edirik. Şəhərlərə səyahətlər edirik, insanlarla görüşürük, gənclərlə məkanlara baxırıq və hər il ağlımıza yeni ideyalar gəlir.

bildirib

Festivalda nələr var: Builki festivalda 30-a yaxın sənədli film nümayiş olunacaq. Seçki komissyasının seçdiyi filmlər 3 kateqoriya üzrə yarışacaq:

  • ən yaxşı uzunmetrajlı film;
  • ən yaxşı qısametrajlı sənədli film;
  • ən yaxşı yerli sənədli film.

Bununla yanaşı festival çərçivəsində çoxsaylı yerli və beynəlxalq uzun, eləcə də qısametrajlı sənədli filmin nümayişi, masterklasslar, panel müzakirələr, filmlərdən sonra müzakirə sessiyaları olacaq. Festivalın ilk günündə iranlı rejissor Firuzə Xosrovaninin “Ailənin rentgenoqramı” filmi nümayiş etdirilib. Bu nümayiş ölkədən çıxışına qadağa qoyulan rejissora dəstək məqsədi ilə edilib.

Təşkilatçılar bildirir ki, festival Almaniyanın “goEast” film festivalı ilə əməkdaşlığa başlayıb və “Sevilfest”-in qalib rejissoru “goEast” tərəfindən təşkil edilən “East-West Talent Lab”da iştirak haqqı qazanacaq.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia