Şənbə, 20 İyun 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Estoniya turist vizası olan Rusiya vətəndaşlarını ölkəyə buraxmır

18 Avqust 2022
A A
Estoniya turist vizası olan Rusiya vətəndaşlarını ölkəyə buraxmır

2020-ci il, Tallinndə rusiyalı turistlər. Foto: Siim Lovi/ERR

Avqustun 18-dən etibarən Estoniya ölkə konsulluqlarından alınmış turist vizası olan Rusiya vətəndaşlarını öz ərazisinə buraxmayacaq. ERR nəşrinin məlumatına əsasən, hazırda təxminən 25 min Rusiya vətəndaşının belə etibarlı vizası var.

Məhdudiyyətlər kimlərə aiddir:

  • turizm məqsədilə viza alanlar;
  • idman tədbirlərində iştirak üçün viza alanlar;
  • mədəniyyət tədbirlərində iştirak üçün viza alanlar;

Estoniyanın Polis və Sərhəd Mühafizəsi Departamentinin direktor müavini Egert Beliçev bildirib ki, istisnalar valideynlərini, övladlarını, yaxud həyat yoldaşını ziyarət edən şəxslərə şamil olunacaq. Bundan başqa, dəfn mərasimləri kimi humanitar məqsədlər üçün ziyarətlər də istisna edilir.

Artıq Estoniyada olanların aqibəti necə olacaq: Avqustun 18-dən əvvəl ölkəyə gələnlər Estoniyadan çıxarılmayacaq, lakin Şengen zonasını tərk edərkən onların vizaları ləğv ediləcək. İstisnalar sanksiyalar başlamazdan əvvəl Estoniyadan transit kimi istifadə edib üçüncü ölkəyə gedənlərə şamil edilir.

XÜSUSİ QEYD: Digər Şengen ölkələrindən viza almış Rusiya vətəndaşları Estoniyaya buraxılacaqlar. Lakin xarici işlər naziri Urmas Reynsalu onları birtərəfli qaydada qadağan etmək imkanı olduqlarını deyib:

Hazırda mütəxəssislər bunun üzərində işləyirlər. İndi mən bizim çalışdığımız siyasi məqsəddən danışıram. Biz bunu mütləq bütün hüquqi aspektləri nəzərə alaraq edəcəyik.

deyə bildirib.

Nazir əlavə edib ki, artıq Estoniyanın şimal qonşuları da verdikləri turist vizalarının sayını məhdudlaşdırmaq qərarına gəliblər.

Viza məhdudiyyəti olan ölkələr:

  • Rusiya Ukraynaya hücum etdiyi gündən etibarən Litva şengen viza verməyi məhdudlaşdırıb.
  • Avqustun 5-də Latviya səfirliyi ruslara qeyri-müəyyən müddətə viza verilməsini dayandıracağını bəyan edib.
  • Çexiya iyunun 23-dən 2023-cü ilin mart ayının sonuna qədər ruslara viza və yaşayış icazəsi verməkdən imtina edib.
  • Finlandiya sentyabrın 1-dən ruslara verilən turist vizalarının sayı 10 dəfə azaldacaq. Bu qərar bəzi Aİ ölkələrinin Rusiya vətəndaşlarına turist vizalarının verilməsini tamamilə dayandırmaq çağırışları fonunda açıqlanıb.

Zelenski Qərbdən nə istəyir:  Ukrayna prezidenti Vladimir Zelenski Qərb ölkələrinə səslənərək Rusiya vətəndaşlarının öz ərazilərinə girişini qadağan etməyə çağırıb. Onun fikrincə, sərhədlər ruslar üçün bağlı olsa, onlar Putinə təzyiq göstərmək məcburiyyətində qalacaqlar və onu yalnız kütləvi müqavimət dayandıra bilər.

Aİ-nin çağırışa münasibəti necədir: Aİ ölkələri rusiyalı turistlərə viza verilməsi məsələsi ilə bağlı razılaşdırılmış qaydaların müəyyən edilməsi üçün müzakirələr aparır. Avropa Komissiyasının nümayəndəsi Anitta Hipper vurğulayıb ki, vizaların verilməsinin məhdudlaşdırılması hər bir ölkənin öz qərarıdır.

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?
Detallı

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?

16 İyun 2026
Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü
535.1

Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü

16 İyun 2026
“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia