Cümə, 19 İyun 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Gürcüstanda üç televiziya kanalı hakim partiyanı tənqid edən reklam yayımladığına görə cərimələnib

01 Sentyabr 2022
A A
Gürcüstanda üç televiziya kanalı hakim partiyanı tənqid edən reklam yayımladığına görə cərimələnib

Hakim partiyanı tənqid edən reklamdan kadr. Skrinşot: OC Media

2022-ci ilin iyun ayında Avropayönümlü etiraz aksiyaları ərəfəsində “Formula”, “Pirveli” və “Mtavari Arxi” telekanallarında hakim “Gürcü arzusu” partiyasını tənqid edən reklamlar yayımlanıb. Bununla əlaqədar olaraq partiya hər 3 telekanalı məhkəməyə verib. 

Gürcüstan Milli Kommunikasiya Komissiyası (GMKK) seçki olmayan dövrdə siyasi reklam yayımladığına görə kanalların cəzalandırıldığını açıqlayıb. 

Nə cəza verilib: “Formula” və “Pirveli” ötən illər ərzində başqa bir qanun pozuntusuna yol vermədiyi üçün onlara sadəcə yazılı xəbərdarlıq edilib.  Müxalifətə yaxın hesab olunan “Mtavari Arxi” televiziya kanalı illik gəlirinin 1 faizi məbləğində, yəni 119 min lari (təxminən 70 min AZN) cərimələnib. GMKK deyir ki, həmin telekanal 2019-cu ildən bəri ən azı beş dəfə oxşar pozuntuya yol verib.

“Mtavari Arxi” nə deyir: Telekanal bir ildən çoxdur ki, maliyyə böhranı yaşadığını açıqlayıb. Həmçinin kanalın direktoru Nika Qvaramiya may ayında vəzifə səlahiyyətlərindən sui-istifadə və mənimsəmə ittihamı ilə həbs edilib. 

Kanalın icraçı direktoru Giorgi Qabuniya kanalın onsuz da maliyyə böhranı yaşadığını və təyin olunan cəriməni ödəməyəcəklərini deyib.

Avropanı təbliğ edən bir video yayımladığımıza görə bir daha cərimə olunduq və bu, əlbəttə ki, məni təəccübləndirmədi. Bizə birbaşa hədə-qorxu gəliblər ki, belə davam etsə və daha bir Avropayönümlü video yayımlasaq, lisenziyamız ləğv oluna bilər. Eybi yoxdur, biz bu cəzanı ödəməyəcəyik. Qərar ilə bağlı apelyasiya şikayəti verəcəyik.

icraçı direktor deyib.

Reklam çarxı nədən bəhs edir: Telekanalların cəzalandırılmağına səbəb olan video Gürcüstanın Avropa İttifaqına üzvlüyə qəbul edilməsi barədədir və “Home to Europe” vətəndaş cəmiyyəti qrupu hazırlayıb. Əhalinin  Avropayönümlü aksiyalarda iştirak etmələri üçün çağırış ediən video-çarxda “Gürcü arzusu” partiyasının üzvləri və onların tərəfdarları Rusiyanın Ukraynaya hərbi müdaxiləsini müzakirə edir və Aİ-nin Gürcüstanla bağlı qətnaməsini tənqid edirlər.

Bu yazı OC Media ilə əməkdaşlığın tərkib hissəsidir. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiz.

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?
Detallı

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?

16 İyun 2026
Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü
535.1

Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü

16 İyun 2026
“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia