Cümə axşamı, 16 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Əvəz Zeynallı və Elçin Sadıqov 5 günə necə həbs edildilər? Xronoloji ardıcıllıqla

12 Sentyabr 2022
A A
Əvəz Zeynallı və Elçin Sadıqov 5 günə necə həbs edildilər? Xronoloji ardıcıllıqla

İllustrasiya: Mikroskop Media

11 sentyabrda “Xural TV”-nin rəhbəri Əvəz Zeynallı və vəkil Elçin Sadıqov barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri seçildi. Bu həbs uzun müddət sonra ölkədə ən çox danışılan və etiraz edilən həbs oldu. Onların həbsində əsas rolu jurnalist Eynulla Fətullayev oynadı.

Mikroskop Media bu iki şəxsin 5 gün ərzində necə həbs edildiyinin xronologiyasını təqdim edir.

7 Sentyabr

Jurnalist Eynulla Fətullayev Əvəz Zeynallının vəkil Elçin Sadıqovun müvəkkili Rasim Məmmədovun ailəsindən 20 min AZN rüşvət aldığını iddia etdi. Jurnalistin həmin məbləği Rasim Məmmədovu tənqid etməmək üçün aldğını deyən Fətullayev səs yazısı yayaraq iddiasını əsaslandırmağa çalışdı. Həmin səs yazısında Əvəz Zeynallı bir şəxsə (Elçin Sadıqov olduğu iddia edilir) səsli mesaj göndərir. “Heç bir problem yoxdur, əgər elədirsə, görüşək o məsələni mən iadə edim, qaytarım” – o deyir. Eynulla Fətullayev burada söhbətin puldan getdiyini deyir. Bir gün sonra isə Əvəz Zeynallı açıqlama yayaraq bu iddiaları təkzib edəcəkdi.

Hələlik Oxu.az, BakuTV, Baku.ws, qafqazinfo.az kimi saytlar bu iddianı tirajlayır, Əvəz Zeynallının əleyhinə yazılar və videolar dərc edirdi.

Gecə saatlarında Eynulla Fətullayev Facebook sosial şəbəkəsində “pulu qaytardılar” yazaraq post paylaşdı.

8 Sentyabr

Əvəz Zeynallı səhər saatlarında “Xural TV”-də canlı yayımda ötən gün ərzində baş verənlərə münasibət bildirdi və iddiaları təkzib etdi. Onun sözlərinə görə, yayılan səs yazısında söhbət puldan yox, sənədlərdən gedir. Ə.Zeynallı bildirdi ki, vəkil Elçin Sadıqov ona müvəkkili, “Baku Steel Company” şirkətinin Müşahidə Şurasının sabiq sədri, hazırda həbsdə olan Rasim Məmmədovun cinayət işi ilə bağlı vacib sənədlər verib. Söhbət həmin sənədlərin geri qaytarılmasından gedir.

9 Sentyabr

Eynulla Fətullayev ona dəstək olduqları üçün “Real TV”-nin rəhbəri Mirşahin Ağayevə, “Qafqazinfo” saytının rəhbəri Elbrus Əruda və Qlobal Media Holdinqin idarə heyətinin üzvü Elnur Abdullayevə təşəkkür etdi. Qlobal Media Holdinqə “Oxu.az” və “Baku TV” media orqanları daxildir.

Elə həmin gün Eynulla Fətullayev Vəkillər Kollegiyasının sədri Anar Bağırova müraciət edərək Elçin Sadıqovun kollegiyadan uzaqlaşdırılmasını istədi. O, Elçin Sadıqovu vəkil etikasını pozmaqda ittiham edib.

10 Sentyabr

Elçin Sadıqov “Facebook”da post paylaşaraq prokurorluq əməkdaşlarının onun ofisinə axtarışa gəldiklərini açıqladı. Bir müddət sonra məlum oldu ki, axtarış həm də onun evində aparılır. Elə eyni dəqiqələrdə Əvəz Zeynallının saxlanıldığı və onun da ofisində axtarış edildiyi məlum oldu.

Axtarışdan sonra Əvəz Zeynallı jurnalistlərə qısa açıqlama verməyə imkan tapdı və bildirdi ki, bu, hakimiyyətin azad sözü və internet televiziyalarını susdurmaq planıdır.

Elçin Sadıqovun ofisində isə axtarışlar hələ də davam edirdi. Bitəndə isə məlum oldu ki, vəkilə aid bütün sənədlər götürülüb.

Onların hər ikisi prokurorluğa aparılaraq barələrində cinayət işinin açıldığı elan edildi. Həm jurnalist, həm də vəkil Cinayət Məcəlləsinin 311.3.3-cü, rüşvət amaq maddələri ilə ittiham edildilər.

Elə həmin gecə onlar Binəqədi rayon məhkəməsinə aparıldılar.

11 Sentyabr

Gecə başlayan məhkəmə şənbə günü səhər saat 05:00-a qədər davam etdi. Jurnalist Əvəz Zeynallı və vəkil Elçin Sadıqov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçildi.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia