Bazar, 12 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Saat 13:00. Dünən gecədən bəri Azərbaycan-Ermənistan sərhədində nələr baş verib?

13 Sentyabr 2022
A A
Azərbaycan ordusunun daha bir hərbçisi həlak olub

Azərbaycan Silahlı Qüvvəlləri.Foto:mod.gov.az

Azərbaycanla Ermənistan arasında gərginlikdə hər iki tərəfin itkiləri var. Ermənistan açıqlasa da Azərbaycanda rəsmi rəqəmlər açıqlanmır. Lakin qeyri-rəsmi məlumatlara görə, Azərbaycan ordusunun 8 hərbçisi həlak olub. Ermənistanda isə 49 nəfər həlak olub.

Bu yazıda dünən gecədən saat 13:00-a qədər baş verənləri qeyd etmişik.

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ Dövlət katibi Entoni Blinkenə zəng edib. Tərəflər Ermənistan-Azərbaycan sərhədindəki vəziyyəti müzakirə edib. Blinken vəziyyətdən narahat olduğunu və vəziyyətin daha da gərginləşdirilməsini yolverilməz hesab etdiyini deyib.

Elə dərhal da Blinken bəyanat yayıb. Bəyanatda deyilir: ABŞ Ermənistan və Azərbaycan sərhədində baş verən toqquşmalardan dərin narahatdır və buna görə də tərəfləri atəşi dərhal dayandırmağa çağırır.

Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramov ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfridə zəng edib. Zəngdə deyib ki, Ermənistanın genişmiqyaslı təxribat törədib və nəticədə toqquşmalar və gərginlik yaranıb. Karen Donfrid bölgədə artan gərginlik və hərbi toqquşmalardan narahatlığını diqqətə çatdırıb, hərbi əməliyyatların dərhal dayandırılmasına çağırış edib.

Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov Azərbaycanda akkreditə olunmuş xarici hərbi attaşelər üçün brifinq keçirib. Bildirilib ki, Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribatlar törədib.

Ermənistan Müdafiə naziri Suren Papikyan və rusiyalı həmkarı Sergey Şoyqu arasında telefon danışığı olub.

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Azərbaycan-Ermənistan sərhədində baş verənlərə münasibət bildirib.

Azerbaycan Dışişleri Bakanı kardeşim Jeyhun Bayramov’la Azerbaycan-Ermenistan devlet sınırındaki Ermeni provokasyonlarını ele aldık.

Ermenistan artık tahrikleri bırakmalı. Azerbaycan’la vardıkları uzlaşı çerçevesinde barış müzakerelerine ve işbirliğine odaklanmalı. 🇹🇷🇦🇿

— Mevlüt Çavuşoğlu (@MevlutCavusoglu) September 13, 2022

Dövlət Sərhəd Xidməti Ermənistanın Azərbaycanla sərhəddə Zəngilan rayonu istiqamətində də təxribat törətməyə cəhd etdiyini açıqlayıb.

Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanla sərhəddəki gərginlikdə ölən erməni hərbçilərin sayını açıqlayıb. O, Ermənistan Silahlı Qüvvələrinin 49 hərbçisini itirdiyini bildirib.

Gürcüstan Azərbaycanla Ermənistan arasında gərginliyin azaldılması istiqamətində vasitəçiliyini təklif edib. Bu barədə hakim “Gürcü arzusu” partiyasının sədri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında deyib.

Nikol Paşinyan İran Prezidenti İbrahim Rəisiyə zəng edib. Həmkarına sərhəddə baş verənlərlə bağlı məlumat verib. İbrahim Rəisi Cənubi Qafqaz regionunda yeni müharibənin qəbuledilməz olduğunu və İranın hadisələrin gedişatını diqqətlə izlədiyini deyib.

Azərbaycan Respublikasının müdafiə naziri Zakir Həsənov Türkiyənin milli müdafiə naziri Hulusi Akara zəng edib. O, türkiyəli həmkarına sərhəddə baş verən gərginliklə bağlı məlumat verib. Hulusi Akar Türkiyənin bu gün də Azərbaycanın yanında olduğunu qeyd edib.

Rusiya XİN Azərbaycan və Ermənistan sərhədindəki gərginliklə bağlı bəyanat yayıb.

Bəyanatda deyilir: Biz rəsmi Bakı və Yerəvanla sıx əlaqə saxlayırıq. Ermənistan rəhbərliyindən mövcud ikitərəfli razılaşmalara uyğun olaraq və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) vasitəsilə vəziyyətin həllinə kömək göstərilməsi xahişi ilə müraciət daxil olub. Biz gözləyirik ki, Rusiyanın vasitəçiliyi nəticəsində bu il sentyabrın 13-də Moskva vaxtı ilə saat 9.00-dan etibarən atəşkəslə bağlı əldə olunan razılıq tam həcmdə həyata keçiriləcək.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia