Bazar ertəsi, 20 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Azərbaycan hərbçilərinin hərbi cinayət törətdiyi iddia edilir

16 Sentyabr 2022
A A
Azərbaycan hərbçilərinin hərbi cinayət törətdiyi iddia edilir

Eduard Asryan. Collage: Mikroskop

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eduard Asryan Azərbaycan hərbçilərinin hərbi cinayət törətdiyini deyir.

Azərbaycan Telegram kanallarından birində Azərbaycan hərbçilərinin Ermənistan Silahlı Qüvvələrinin snayperinin üzərində zorakılıq izləri olan cəsədinin video görüntüləri yayılıb. Videodakı qadının bədəninə “052 YAŞMA” yazıldığı görünür. 

Həmin video sentyabrın 15-i səhər saatlarında yayılıb və videoda səs yoxdur. 

Bu gün Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Eduard Asryan 30 ölkənin səfir və diplomatlarına həmin görüntülər barədə danışıb.

Diqqətinizə Azərbaycan ordusunun hərbçi qadına qarşı törətdiyi vəhşiliyi çatdırıram. Mənim telefonumda foto və video materiallar var. Onları sizə göstərə bilərəm. Orada elə vəhşiliklər var ki, baxmaq mümkün deyil. Siz orada qadının çılpaq olduğunu, barmağının kəsildiyini, gözünün çıxarıldığını görəcəksiz. Bu, beynəlxalq hüququn pozulmasıdır.

o deyib.

Yayılan video 1 dəqiqə 16 saniyə davam edir. 

Görüntünü paylaşan Telegram kanalına 16 sentyabr səhər saatlarına qədər abunə olmadan daxil olmaq mümkün olsa da, sonradan bu dəyişib. Hazırda materialları yalnız kanala abunə olanlar görür və o, +21 xəbərdarlığı ilə paylaşılır. 

Həmin snayper kimdir: Öldürülən hərbçinin Suzanna Marqaryan olduğu iddia edilir. Ötən gün Ermənistan mediası Suzanna Marqaryan adlı hərbçinin öldüyü barədə məlumat yaymışdı. Buna baxmayaraq yayılan video görüntülərdəki şəxsin məhz Suzanna Marqaryan olduğu təsdiqini tapmayıb. 

Azərbaycanda rəsmi və qeyri-rəsmi məlumatlar nələrdir: Sentyabrın 15-i media.az saytı Baku TV-nin Suzanna Marqaryan adlı hərbçi ilə bağlı hazırladığı reportajı yayımlayıb. Həmin materialda vurğulanır ki, S.Marqaryan terrorçudur. 

Azərbaycan hökumətinə yaxın olan Media.az və Baku Tv “Global Media Group”-un tərkibindədir.

Azərbaycan Müdafiə Nazirliyi isə bu iddia ilə bağlı hələlik heç bir məlumat yaymayıb.  

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia