Bazar, 18 Yanvar 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Gürcüstanda banka girən silahlı şəxs 8 saat sonra saxlanılıb

21 Sentyabr 2022
A A
Gürcüstanda banka girən silahlı şəxs 8 saat sonra saxlanılıb

Hərbi formalı soyğunçu və girov Foto: OC Media/ videodan skrinşot

Ötən gün səhər saat 11.30 radələrində Gürcüstanın qərbindəki Kutaisi şəhərində yerləşən “Gürcüstan Bankı”nın filialına silahlı hücum edilib. Silahlı bankda olan insanları 8 saat girov saxlayıb. Oc Medianın verdiyi məlumata əsasən, ölkənin Daxili İşlər Nazirliyi 37 yaşlı soyğunçunun həbs edildiyini, girov saxlanılan 14 nəfərin xəsarət almadan sərbəst buraxıldığını açıqlayıb.


Silahlı şəxs haqda nə məlumdur: Bankdakı girovlardan biri silahlı basqının ilk anlardan etibarən müəyyən fasilələrlə canlı yayımda edib. Bu videolardan birində maskalı, hərbi geyimli soyğunçunun sinəsində partlayıcı qurğu, həmçinin qolunda bıçaq və qumbara olduğu görünüb.

Tələbi nə olub: Silahlı şəxs girovların azad edilməsi müqabilində 2 milyon dollar, “Mercedes Sprinter” markalı avtomobil, vertolyot, Rusiya bayrağı və qarmaq tələb edib. Girov tərəfindən “facebook”da yayımlanan videoda danışıqlar aparan polis əməkdaşının tələbləri eşidəndə təəccübləndiyi görünüb:


Mən zarafat etmirəm, xanım. İndi niyə zarafat edim ki?

deyib


Daha sonra soyğunçu tələblərini dəyişərək 1,5 milyon dollar istəyib və 2 girovdan başqa hamını azad etmək niyyətində olduğunu bildirib.

8 saatda nələr yaşanıb: Yayılan çoxsaylı videolardan məlum olub ki, polis silahlı şəxsi bankdakı qadınları azad etməyə razı salmağa çalışsa da, buna nail ola bilməyib. Bundan başqa, telefonla birbaşa danışıq aparmaqdan imtina edən soyğunçu əsəbiləşərək qəfildən telefonu girovun əlindən alaraq danışıqlar aparmaq istəyən şəxsi söyüb.

Növbəti videolardan birində onun bankın qapılarına partlayıcı yerləşdirdiyini deməsi eşidilib:

Bombalar lazerlərə bərkidilib və qapı açılan kimi partlayacaqlar.

bildirib

Rəsmilər nə deyir: Daxili İşlər nazirinin müavini Aleksandr Daraxvelidze qeyd edib ki, cinayəti törədən şəxs “yaxşı silahlanmış” olub, qumbaranı işə salmaq istəyərkən onun qarşısını alan polis əməkdaşlarına müqavimət göstərib. Daxili İşlər Nazirliyi hücumu “terror hücumu, terror məqsədləri üçün girov götürmə, habelə qanunsuz silah-sursat əldə etmə, saxlama və daşıma” kimi qiymətləndirdiyini bildirib.

Bu yazı OC Media ilə əməkdaşlığın tərkib hissəsidir. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiz.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia