Şənbə, 18 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Azərbaycan – Ermənistan münaqişəsinə son qoyulması tələbilə bəyanat yayılıb

23 Sentyabr 2022
A A
Ermənistan Azərbaycana 6 maddəlik sülh təklifini açıqlayıb

Ermənistan-Azərbaycan cəbhəyanı bölgəsi. Foto: Əziz Kərimov/Reuters

Azərbaycanla Ermənistan arasında sonuncu dəfə 44 gün davam edən müharibədən artıq iki il keçsə də hələ də iki ölkə arasında sülh imzalanmayıb və ayrı-ayrı vaxtlarda yenidən gərginlik yaşanır. Sonuncu dəfə 12-13 sentyabr tarixlərində sərhəddə baş verən toqquşmalarda hər iki tərəfdən yüzlərlə hərbçi həlak oldu və yaralandı. 

Keçmiş Sovet respublikalarından olan yüzdən çox şəxs iki ölkə arasında sülhə çağırış edən bəyanat hazırlayıb. Bu bəyanata Azərbaycan, Ermənistan, Gürcüstan, Türkiyə, Rusiya, ABŞ, Almaniya, Belçika və digər ölkələrdən olan yüzlərlə şəxs imza atıb. 

Bəyanatda nə deyilir: PostSovietPeace tərəfindən dərc edilən bəyanatda deyilir ki, rəsmilər hərbi üsulların münaqişəni həll etmədiyini, iki ölkə arasındakı uçurumu daha da dərinləşdirdiyini başa düşməlidirlər. 

Biz postsovet məkanından və onun qonşuluğundakı ərazilərdən olan bir qrup sülhsevər insan olaraq arası kəsilməyən müharibələr və güclənən imperialist rəqabətdən əziyyət çəkirik. Azərbaycanın son vaxtlar Ermənistana qarşı genişmiqyaslı hücumu bizi qəzəbləndirir. Rusiyanın Ukraynaya hücumu, eləcə də Qırğızıstan və Tacikistanın sərhədəyanı bölgələrində hərbi toqquşmaların yenidən başlaması təkcə Ermənistan-Azərbaycan deyil, gələcəkdə postsovet məkanındakı digər münaqişələri də tətikləyəcəyi ilə bağlı ciddi narahatlıq yaradır.

bəyanatda deyilir. 

Bəyanat hər iki tərəfə çağırışlar edir və düzgün addımların atılmasını tələb edirlər. 

Azərbaycan tərəfi anlamalıdır ki, hərbi hücumla “dəhlizlər” açıla, sülh razılaşması əldə oluna bilməz. Bununla yanaşı, Ermənistan hakimiyyəti 30 il ərzində aparılan sərt danışıq prosesinin vurduğu zərəri, yüz minlərlə azərbaycanlının öz yurd-yuvasından didərgin edildiyini, Ermənistanın güzəştə getməkdən və münaqişəni vaxtında həll etməkdən imtina etdiyini etiraf etməlidir.

Konkret tələblər nələrdir: Bəyanatda vurğulanır ki, regional müharibələr birləşərək qlobal müharibəyə çevrilə bilər. İmzalayanlar bunu əsas gətirərək tələblərini belə sadalayıb: 

  • Biz sülhə çağırış etmirik, sülh tələb edirik!
  • Biz hökumətlərdən güc tətbiq etməmək öhdəliyini öz üzərlərinə götürmələrini, prioritet kimi insan təhlükəsizliyinə əhəmiyyət verən diplomatik həll yolları axtarmalarını, hərbi müdaxilələri dayandırmalarını, eyni zamanda insan münasibətlərini və sülh quruculuğunu davam etdirmələrini tələb edirik.
  • Biz rəsmi danışıqlarda iştirak edən beynəlxalq subyektlərdən münaqişənin təsirinə məruz qalan insanların səsinin eşidilməsi, xalqlararası danışıqlar və insan təhlükəsizliyi problemlərinin ən azı rəsmi danışıqlar prosesi ilə eyni səviyyədə olmasını təmin etmələrini tələb edirik.

Bəyanatı necə imzalamaq olar: Bəyanat imzalanmaya açıqdır və qoşulmaq istəyənlər ad, soyadı, yaşadığı ölkə və peşəsi haqında qeyd əlavə edərək postsovietpeace@gmail.com ünvanına göndərə bilər. Bəyanatın tam mətni PostSovietPeace tərəfindən dərc olunub.

Bu yazı OC Media ilə əməkdaşlığın tərkib hissəsidir. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiz.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia