Cümə, 22 Sentyabr 2023
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
No Result
View All Result

İranda qadınlar niyə hicabını yandırır və aksiya iştirakçılarına hansı təzyiqlər var? İzah edirik!

22 Sentyabr 2022
6 min read
İranda qadınlar niyə hicabını yandırır və aksiya iştirakçılarına hansı təzyiqlər var? İzah edirik!

Etirazçılar Tehran küçələrində. Foto: AFP/Getty Images

İranda sentybarın 16-dan etibarən qadınlar baş örtüyü əleyhinə aksiyalar keçirir və etiraz əlaməti olaraq hicablarını yandırıb, saçlarını kəsirlər. Gecə saatlarından başlayaraq davam edən etirazlar paytaxt Tehranla yanaşı, Məşhəd, Təbriz, Rəşt, İsfahan və Şirazda davam edib. Etirazlara nə səbəb olub? Aksiya iştirakçılarına qarşı hansı təzyiqlər olub? İzah edirik!

1

Etiraz aksiyalarının səbəbi nədir?

Hazırda İranın bir neçə şəhərində davam edən aksiyalar 22 yaşlı Məhsa Əmininin polis idarəsində vəziyyətinin pisləşməsi və daha sonra ölməsindən sonra başlayıb.

Qohumlarına baş çəkmək üçün Kürdüstandan Tehrana gedən Məhsa Əmini sentyabrın 13-də saxlanılıb. Qardaşı Kiaraşla birlikdə şəhərdə gəzən Məhsanı “əxlaq polisi” baş örtüyünü düzgün geyinməməkdə ittiham edib. Polis əməkdaşları Məhsanı zorla maşına mindirib və onlarla başqa qadının saxlanıldığı Vozara prospektindəki polis bölməsinə aparıb. Qardaşına isə bir saatlıq “tərbiyə dərsi” veriləndən sonra sonra gənc qızın buraxılacağını vəd ediblər.

Hadisə şahidlərinin sözlərinə görə, Məhsa küçədə saxlanılan zaman”əxlaq polisi” əməkdaşları Əmininin başını maşına vurub, onu dəyənəklə döyüblər. Daha sonra bölməyə aparılan Əmini Əxlaq Polis İdarəsindən ağır xəsarətlərlə birbaşa Tehranın Kəsra xəstəxanasına çatdırılıb. Ailə üzvləri bildirib ki, Məhsa polis idarəsində döyülüb, burnu sınıb və ayaqları əzilib.

The real news of Iran is this not nuclear deal or Ebrahim Raisi’s speech at the UN.
Iranian women removing their hijab, facing guns and bullets alongside men and chanting against Islamic Republic.
Regime os cutting the internet in some cities. Be voice voiceless. #مهسا_امینی pic.twitter.com/l1zAZgEfoP

— Masih Alinejad 🏳️ (@AlinejadMasih) September 21, 2022
2

Gənc qızın ölümü ilə bağlı rəsmi qurumlar nə deyir?

Hüquq-mühafizə orqanları gənc qıza işgəncə verildiyini təkzib edib və onun infarkt keçirdiyinə görə xəstəxanaya aparıldığını bildiriblər. 3 gün xəstəxanada koma vəziyyətində qalan Məhsa sentyabrın 16-da vəfat edib. Əmininin yaxınlarının dediyinə görə, onun ürəyində heç vaxt problem olmayıb və ailə üzvlərinə dəfndən əvvəl cəsədi görməyə icazə verilməyib.

3

Aksiyalar necə başladı?

Sentyabrın 17-də Məhsan doğulduğu Saqqız şəhərində dəfn edilərkən yüzlərlə insan etiraz aksiyasına çıxıb. Onunla vidalaşmağa gələn qadınlar həmrəylik əlaməti olaraq başlarındakı örtükləri çıxarıblar. Bundan sonra aksiyaların əhatə dairəsi genişlənərək Tehran, Məşhəd, Təbriz, Rəşt, İsfahan, Şiraz və digər şəhərlərə yayılıb. Günlərdir küçələrə axın edən etirazçılar polis zorakılığına, İran hakimiyyətinin addımlarına etiraz edirlər. Onların hökumətdən əsas tələbi Məhsanın ölümünün ədalətli şəkildə araşdırılmasıdır.
Sosial şəbəkələrdə yayılan bəzi görüntülərdən məlum olub ki, aksiya iştirakçıları İranın ali dini lideri Ayətullah Əli Xameneyini nəzərdə tutaraq “Diktatora ölüm” şüarı səsləndiriblər.

Etiraz əlaməti olaraq saçını kəsən qadın. Foto: Yasin Akgül/Getty Images
4

Etirazlarla bağlı beynəlxalq ictimaiyyətin reaksiyası nə olub?

BMT-nin İnsan Haqları üzrə Ali Komissarının səlahiyyətlərini icra edən Nada əl-Naşif hadisə şahidlərinin sözlərinə, yayılan xəbərlərə istinad edərək Əminin döyülmə faktını pisləyib:

Məhsa Əmininin faciəli ölümü, işgəncə və pis rəftar iddiaları müstəqil səlahiyyətli orqan tərəfindən dərhal, qərəzsiz və effektiv şəkildə araşdırılmalıdır. Bu, onun ailəsinin ədalət və həqiqətə çıxışını təmin edəcək.

deyə bildirib

Hijab-burning protest in Iran gathers momentum and spreads around the country. Iran witnesses unprecedented defiance. pic.twitter.com/cS7mcZ4txC

— Ashok Swain (@ashoswai) September 21, 2022
5

Aksiyalarda polis və hökumət hansı addımları atıb?

Hüquq-mühafizə orqanları əməkdaşları etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib, onları dəyənəklərlə döyüblər. “Hengaw” İnsan Hüquqları Təşkilatının 21 sentyabra olan məlumatına görə, aksiyalar zamanı azı 7 nəfər öldürülüb, 450 nəfər isə xəsarət alıb. Lakin hökumət bununla bağlı açıqlama verməyib.

İranın hökumət mediası yazır ki, prezident İbrahim Rəisi Daxili İşlər Nazirliyinə gənc qızın ölüm səbəbinin araşdırılması barədə tapşırıq verib və başsağlığı vermək üçün Əmininin ailəsinə zəng edib.
Mediada yayılan digər məlumata görə, Ali dini lider Ayətullah Əli Xameneyinin köməkçisi bazar ertəsi Əmininin ailəsinə baş çəkib. O, Əmini ailəsinə “bütün qurumlar pozulmuş hüquqları qorumaq üçün hərəkətə keçəcək” vədini verib.

Hökumət hazırda ölkədə davam edən etiraz aksiyalarında xaricdən gələn müxalifəti günahlandırır və hesab edir ki, həmin qüvvələr iğtişaşları alovlandırmaq üçün Məhsanın ölümündən istifadə edirlər.

Polislər Tehranın mərkəzində nümayişçiləri dağıtmağa çalışır. Foto: AP

Son yazılar

Ermənistan tək qarantının Rusiya olmasını istəmir. Rusiya isə eyni fikirdə deyil

by Mikroskop
08 Sentyabr 2023
0
Ermənistan tək qarantının Rusiya olmasını istəmir. Rusiya isə eyni fikirdə deyil

Ermənistanla Rusiya arasında onsuz da gərgin olan münasibətlər Ermənistanın atdığı son addımlardan sonra bir az da gərginləşib. Söhbət hansı addımlardan...

Read more

Naxçıvanda tibb işçilərinə smartfonla işə gəlmək qadağan edilib

by Mikroskop
07 Sentyabr 2023
0
Naxçıvanda tibb işçilərinə smartfonla işə gəlmək qadağan edilib

Naxçıvanda Səhiyyə Nazirliyinin yeni tapşırığına əsasən, tibb işçilərinə kamerası olan smartfonlarla işə gəlmək qadağan olunub. Bu qadağa hələlik Naxçıvan MR...

Read more

Avropa Məhkəməsi Qubad İbadoğlunun işinə dərhal baxacaq

by Mikroskop
05 Sentyabr 2023
0
Avropa Məhkəməsi Qubad İbadoğlunun işinə dərhal baxacaq

Avropa İnsan Hüquqları Məhkəməsi 39-cu qaydanı əsas tutaraq iqtisadçı professor Qubad İbadoğlunun işinə dərhal baxılmasına qərar verib. Bu barədə məlumatı...

Read more

Gürcüstanda parlament daxilində etiraz aksiyaları keçirmək qadağan edilir

by Mikroskop
05 Sentyabr 2023
0
Gürcüstanda parlament daxilində etiraz aksiyaları keçirmək qadağan edilir

Gürcüstan parlamenti parlamentin daxilində etiraz aksiyalarının keçirilməsini qadağan edən tənzimləmələr tətbiq edə bilər. Bu tənzimləmələr çərçivəsində parlamentə daxil olmaq üçün...

Read more

Susuz, dərmansız, işıqsız. “Dağlıq Qarabağ”ın əhalisi təkcə aclıq çəkmir

by Mikroskop
04 Sentyabr 2023
0
Susuz, dərmansız, işıqsız. “Dağlıq Qarabağ”ın əhalisi təkcə aclıq çəkmir

Azərbaycanın Laçın dəhlizini bağlamasından sonra davam edən böhran ən ağır fazasına keçib. Son 9 ayın ən çətin dövrünü yaşayan “Dağlıq...

Read more
Facebook Twitter Youtube Instagram Telegram

"Keçmişdə senzura informasiya axınını blok edərək işləyirdi. 21-ci əsrdə isə senzura insanları lazımsız informasiya axınına məruz qoyaraq işləyir. İnsanlar sadəcə bilmirlər ki, nəyə diqqət eləsinlər, onlar tez-tez vaxtlarını əhəmiyyətsiz məsələləri araşdırmağa, müzakirə etməyə sərf edirlər. Qədimdə gücə malik olmaq informasiyaya çıxışa malik olmaq anlamına gəlirdi. Bu gün isə güc nəyi iqnor etməyi bilmək anlamına gəlir". (c) Yuval Noah Harari.
Biz lazımsız informasiyanı iqnor edib, bilməli olduğunuz məlumatları çatdırırıq. Bunu da bacardıqca ən qısa, ən izahlı və ən yaxşı vizuallaşdırılmış şəkildə edirik.

Abunə ol

Yeniliklərimizdən xəbərdar ola bilmək üçün saytımıza abunə ola bilərsiniz.

  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1

© MikroskopMedia

  • Azərbaycan