Bazar, 12 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Çeçenistanda səfərbərliyə qarşı aksiya keçirilib

23 Sentyabr 2022
A A
Çeçenistanda səfərbərliyə qarşı aksiya keçirilib

Ukraynaya göndərilən çeçen əsgərlər. Foto: Kadırovun teleqram hesabı/Videodan skrinşot

Çeçenistanda sentyabrın 15-i elan edilən səfərbərliyə qarşı paytaxt Qroznıda etiraz aksiyaları keçirilib. Ölkə rəhbəri Ramzan Kadırov şəxsi “Telegram” kanalında paylaşdığı videomüraciətdə bunu təsdiqləyib. OC Media yazır ki, bu, Kadırovun respublikaya rəhbərlik etdiyi 15 il ərzində hakim rejimə qarşı ilk etiraz aksiyasıdır. Kadırov deyib ki, aksiya Rusiyada sentyabrın 21-i elan edilən qismən səfərbərliyin əleyhinə keçirilib.

Aksiya barədə nə məlumdur: İlk məlumatı müxalifətə yaxın hesab edilən “1 ADAT” teleqram kanalı paylaşıb. Qeyd edilib ki, aksiya sentyabrın 20-i səhər saat 10:00-a planlaşdırılsa da, etirazçılar toplaşana qədər artıq ərazi hasarlanıb.

Sentyabrın 21-də isə kanal məlumat yayaraq mitinqin başlamasına yarım saat qalmış paytaxtın mərkəzində bir qrup qadının toplaşdığını, lakin hamısının Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanıldığını, Qroznı şəhər meriyasına aparıldığını bildirib. Elə həmin axşam Çeçenistanın “Vayfond” hüquq müdafiə təşkilatı Qroznının mərkəzində insanların toplaşdığını əks etdirən foto paylaşıb və oradakıların əsgərlik yaşına çatan oğlanların anaları olduqlarını deyib.

Rəsmi açıqlama nədir: Çeçenistan hakimiyyəti aksiya barədə məlumatı təkzib edib. Bildirilib ki, yayılan foto Ukraynada öldürülən çeçen döyüşçülərin şərəfinə keçirilən dini mərasimdəndir.

Kadırov etirazlar barədə nə deyib: Onun sözlərinə görə, aksiyada 15-20 qadın iştirak edib, onlardan ikisi yeganə oğlunu döyüşə göndərməli olub. Mitinq çağırış yaşı uyğun olan kişilərin anaları tərəfindən keçirilsə də, Kadırov Rusiya prezidenti Vladimir Putinin sentyabrın 21-də elan etdiyi qismən səfərbərliyə qarşı etirazlarda iştirak edənləri “xalq düşmənləri” adlandırıb və onların həbs olunaraq döyüşə göndərilməli olduğunu deyib.

Bundan başqa, ölkə lideri etirazçıların bəzilərini “Avropa təşkilatları” tərəfindən pul almaqda ittiham edib:


Onlardan “Nə istəyirsən və niyə buradasan?” soruşanda mənzil və sosial problemləri olduqlarını dedilər. Mən dedim ki, əgər evlərində onları saxlayıb baxacaq kişi yoxdursa… o zaman onlar da Rusiyanın xüsusi əməliyyat keçirdiyi ərazidə olmalıdırlar.

bildirib

Etirazçılar nə deyib: “1ADAT”ın məlumatına əsasən, aksiyada iştirak edənlər yalnız bir neçəsinin oğlunun Ukraynaya göndərildiyini, digərlərinin isə oğullarının döyüşə çağırılacağından qorxduqları üçün mitinqə qoşulduqlarını deyiblər. Bundan əlavə, teleqram kanalı etirazçılardan birinin mesajını yayımlayıb:


130-a yaxın qadın mitinq zamanı saxlanılıb. Onların hər biri Kadırovun 3-5 adamı tərəfindən aparılıb.

deyilir mesajda

“1ADAT” onu da əlavə edib ki, mitinqdə iştirak edən qadınların oğulları saxlanılaraq Qroznıdan 36 kilometr şərqdə yerləşən Qudermes şəhərinə aparılıblar.

Bu yazı OC Media ilə əməkdaşlığın tərkib hissəsidir. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia