Bazar ertəsi, 19 May 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Dağıstanda səfərbərlik əleyhinə aksiyalarda azı 100 nəfər saxlanılıb

29 Sentyabr 2022
A A
Dağıstanda səfərbərlik əleyhinə aksiyalarda azı 100 nəfər saxlanılıb

Maxaçkalada etiraz aksiyasına toplaşanlar. Foto: "Çernovik"/Ruslan Alibekov

Şimali Qafqazın Kabardin-Balkar və Dağıstan Respublikalarında müharibə əleyhinə etiraz aksiyaları zamanı ən azı 100 nəfər saxlanılıb. OC Medianın məlumatına görə, Rusiya prezidenti Vladimir Putinin sentyabrın 21-də qismən səfərbərlik elan etməsindən sonra Dağıstan və Kabardin-Balkar Respublikalarında bir çox şəhərlərdə minlərlə insan küçələrə axın edərək etiraz aksiyalarına başlayıb.


Etirazlar haqda nə məlumdur:
Son bir həftə ərzində Dağıstanın Mahaçqala və Xasavyurd şəhərlərində, eyni zamanda Kabardin-Balkarın Nalçik şəhəri və Nartkala qəsəbəsində etiraz aksiyaları keçirilib. Yerli medianın yaydığı məlumata görə, Mahaçqalaya gedən magistral yollar etirazçılar tərəfindən 2 dəfə bağlanıb, onlar havaya atəş açılıraq dağıdılıb.

Bazar ertəsi Nalçik şəhərində hökumət binasının qarşısına toplaşan 100-ə yaxın insanı hakim Vahid Rusiya Partiyasının yerli şöbəsinin katibi Muayid Dadov qarşılayıb. Hadisə yerindən yayılan videolarda onun etirazçılarla mübahisə etdiyi görünüb.


Media nə yazıb: Rusiyadakı siyasi təqiblərin monitorinqini aparan “OVD-info” media layihəsinin çərşənbə axşamı yaydığı məlumata görə, təkcə Mahaçqalada keçirilən etiraz aksiyaları zamanı azı 101 nəfər saxlanılıb.

Dağıstanın “Çernovik” qəzeti bazar ertəsi baş tutan mitinqlərdə yetkinlik yaşına çatmayan 27 nəfərin, həmçinin “Novoe Delo” qəzetinin əməkdaşı İdris Yusupov və “RusNews” xəbər agentliyinin əməkdaşı Sergey Aynbinderin saxlanıldığını yazıb. Bazar günü isə “Kavkazskiy Uzel” saytının jurnalisti Murad Muradov etirazları işıqlandırarkən saxlanılıb. O, aksiyada icazəsiz iştirak etməkdə ittiham olunub.

Sosial şəbəkələrdə isə təhlükəsizlik qüvvələri əməkdaşlarının etirazçıları döydüyünü və onlara qarşı gözyaşardıcı qazdan istifadə etdiyini əks etdirən videolar yayılıb.

Rəsmilər nə deyir: Dağıstanın rəhbəri Sergey Melikov etirazçıları xarici ölkələrin idarə etdiyini iddia edib:


90-cı illərdə Dağıstanı qana, çirkaba və yoxsulluğa məhz bu qüvvələr sürükləyib. Biz hələ də bu vəziyyətdən çıxmağa çalışırıq.

deyib açıqlamasında

Bununla yanaşı, Melikov respublikada səfərbərliklə bağlı qərarı dəstəklədiyini, hətta Şimali Qafqaz respublikalarının ən böyük və ən sıx məskunlaşdığı Dağıstanda səfərbərlik komissiyasına şəxsən rəhbərlik edəcəyini qeyd edib.

Parlamentin spikeri Zaur Əskəndərov isə bildirib ki, qismən səfərbərlik tədbirləri zamanı vətəndaşların hüquqlarının pozulması ilə bağlı müxtəlif orqanlara müraciətlər çoxalıb, və o, insanlara kömək etmək üçün parlamentin tərkibində kiçik qərargah yaradacaq:


Rusiya Federasiyası prezidentinin sərəncamı ilə qəbul olunmuş qismən səfərbərlik qaydalarına Dağıstan Respublikasında ciddi şəkildə riayət olunmalıdır.

deyə vurğulayıb

Bu yazı OC Media ilə əməkdaşlığın tərkib hissəsidir. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz.

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025
Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA
Araşdırma

Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA

10 Mart 2025
Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar
Detallı

Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar

18 Noyabr 2024
Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya
Detallı

Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya

12 Noyabr 2024
Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib
Detallı

Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib

11 Noyabr 2024
Ərkivan qəsəbəsində sakinlər evlərinin yanında tır parkı salınmasından narazıdır
Xəbər

Ərkivan qəsəbəsində sakinlər evlərinin yanında tır parkı salınmasından narazıdır

09 Noyabr 2024

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia