Cümə, 14 Noyabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Krım körpüsünün partladılmasına görə 1 erməni, 2 gürcü saxlanılıb

13 Oktyabr 2022
A A
Krım körpüsünün partladılmasına görə 1 erməni, 2 gürcü saxlanılıb

Kerç körpüsünün bombalanması. Foto: AP

Rusiya ilə Krımı birləşdirən Kerç körpüsünün partladılması ilə əlaqədar Rusiya xüsusi xidmət orqanları bir Ermənistan vətəndaşını həbs edib, iki Gürcüstan vətəndaşının isə təqsirləndirildiyini açıqlayıb. OC Media yazır ki, xüsusi xidmət orqanları partlayıcı maddələrin Gürcüstan və Ermənistan vasitəsilə gətirildiyini iddia edir. Gürcüstan vətəndaşları hadisənin iştirakçısı kimi saxlanılıb.

Rəsmi açıqlama nədir: Partlayışdan 4 gün sonra Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) və İstintaq Komitəsi məlumat yayaraq hadisədə azı 10 nəfərin, o cümlədən Gürcüstan vətəndaşları Sandro İnosaridze, Levan adlı vasitəçi və Ermənistan vətəndaşı Artur Terçanyanın iştirak etdiyini deyib. Qurumun bəyanatında iddia olunur ki, həmin 3 nəfər Ukraynanın Odessa şəhər limanından göndərilən, daha sonra Bolqarıstan, Gürcüstanın Poti limanı, Ermənistan və yenidən Gürcüstandan keçirilən partlayıcı maddələrin daşınmasında iştirak edib. 

Təhlükəsizlik xidmətinin məlumatına görə, partlayıcılar Rusiyaya oktyabrın 4-də Gürcüstanın Yuxarı Lars keçid məntəqəsi vasitəsilə yük kimi tikinti polietilen plyonkaların arasında gizlədilərək gətirilib. Rusiyanın digər səlahiyyətli şəxsləri də açıqlamalarında 8 nəfərin həbs edildiyini, onların arasında Ermənistan vətəndaşının da olduğunu deyiblər.

Ermənistan nə deyir: FTX-nin açıqlamasından dərhal sonra Ermənistan Milli Təhlükəsizlik Xidməti iddiaları araşdırmaq üçün cinayət işi başladıb. Ölkənin Dövlət Gəlirləri Komitəsi də nəqliyyat vasitəsinin Ermənistan ərazisinə daxil olması ilə bağlı açıqlama yayıb və qəbul edilmiş “Avrasiya İqtisadi İttifaqının təcrübəsi”nə uyğun olaraq texniki baxış keçirildiyini, bu zaman heç bir şübhəli hal aşkarlanmadığını deyib:

Yüklərin Ermənistana gətirilməsi, onun gömrük nəzarəti, rentgen müayinəsi, gömrük rəsmiləşdirilməsi, sənədləşmə və ixrac prosesləri lazımi qaydada və qanuni şəkildə həyata keçirilib.

bildirilir açıqlamada

Gəlirlər Komitəsinin məlumatında qeyd olunub ki, Gürcüstanda yaşayan Ermənistan vətəndaşı Artur Terçanyanın idarə etdiyi avtomobil sentyabrın 27-də Gürcüstandan Ermənistana daxil olub və oktyabrın 1-də Rusiya istiqamətinə yollanıb. 

Gürcüstan nə deyir: Ölkənin Daxili İşlər nazirinin müavini Aleksandr Daraxvelidze və Maliyyə nazirinin birinci müavini Giorgi Kakauridze Rusiya FTX-nin ittihamlarını rədd edib. Kakauridze heç bir yük maşınının TNT və ya digər partlayıcı maddələrlə Gürcüstanın gömrük sərhədindən keçmədiyini bildirib:

Həm siyasətçilər, həm də xüsusi xidmət orqanları sübutlarla təsdiqlənməyən ittihamlar səsləndirirlər. Kimisə nəyəsə görə ittiham etmək asandır, amma bu sübut olunmursa, çılğınlıqdan başqa bir şey deyil.

deyib nazir müavini

Kakauridze əlavə edib ki, yükün Gürcüstan sərhəddindən keçməsi ilə bağlı iddia əsaslandırılarsa, araşdırmalara başlayacaqlar.

Bu yazı OC Media ilə əməkdaşlığın tərkib hissəsidir. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

13 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia