Cümə, 19 İyun 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Ukrayna Gürcüstanın sabiq baş nazirinin qohumlarına sanksiya tətbiq edib

21 Oktyabr 2022
A A
Ukrayna Gürcüstanın sabiq baş nazirinin qohumlarına sanksiya tətbiq edib

Bidzina İvanişvili. Foto: “Gürcü arzusu”nun mətbuat xidməti.

Ukrayna Gürcüstanın hakim “Gürcü arzusu” partiyasının qurucusu, milyarder və keçmiş baş nazir Bidzina İvanişvilinin dörd yaxın qohumuna qarşı sanksiya tətbiq edib. OC Medianın məlumatına görə, bununla bağlı Ukrayna prezidenti Vladimir Zelenski oktyabrın 19-da fərman verib. 

Ukrayna nə bəyan edib: Hələ sentyabrda Ukraynanın dövlət antikorrupsiya məlumat bazası “Müharibə və Sanksiyalar” bir neçə Gürcüstan vətəndaşını Rusiya ilə əlaqələrinə və Ukraynaya qarşı hərbi kampaniyasına görə “sanksiyalara məruz qalacaq şəxslər” siyahısına əlavə edib. Rəsmi Kiyev həmin şəxslərin Ukraynadakı sərvətləri barədə heç bir məlumat verməsə də, onların ölkədəki aktivlərinin dondurulacağını qeyd edib. Eyni zamanda, bu şəxslərin Ukraynada kommersiya əməliyyatları yerinə yetirməsinə də qadağa qoyulub.

Siyahıda kimlər var: Ukraynanın Milli Təhlükəsizlik və Müdafiə Şurasının sanksiya tətbiq etdiyi 256 nəfərin arasında Bidzina İvanişvilinin qardaşı Aleksandr İvanişvili, Aleksandrın həyat yoldaşı Ketevan Xaraidze, həmçinin Bidzina İvanişvilinin dayısı oğlu Uça Mamatsaşvili və oğlu Tate Mamatsaşvili var. Bununla yanaşı, sanksiya ilə üzləşənlər sırasında Rusiyada yaşayan gürcü iş adamları David Yakobaşvili, Aleksandr Caparidze və Georgi Caparidze də yer alıb.

Siyahıdakılar haqda nə deyilib: Adı açıqlanan gürcülərin sanksiya ilə üzləşmə səbəbləri Vladimir Zelenskinin verdiyi fərmanda göstərilməyib. Lakin “Müharibə və Sanksiyalar” məlumat bazasındakı qeydlərdən aydın olur ki, əsas amil hamısının Bidzina İvanişvili ilə əlaqələridir. Belə ki, məlumat bazası “Gürcüstanın qeyri-rəsmi rəhbəri” İvanişvilinin qardaşı Aleksandr İvanişvilinin öz həyat yoldaşı vasitəsilə “Rusiya siyasi elitaları” ilə işgüzar əlaqələr yaratdığını, həmçinin Rusiyaya qarşı sanksiyalardan qaçmaq üçün Rusiyanın varlı şəxslərindən birinə lobbiçilik etdiyini iddia edib. 

Bununla yanaşı, B.İvanişvilinin digər qohumu Tate Mamatsaşvilinin Rusiya hökuməti üçün mühüm gəlir mənbələrindən olduğu deyilən “Geo Organics” şirkətinin qurucusu olduğu vurğulanıb. Tatenin atası Uça Mamatsaşvilinin isə qısa müddət hakim “Gürcü Arzusu”partiyasında siyasi idarə heyətinin üzvü olduğu, İvanişvili ilə əlaqəsi olan, dövlətə məxsus “Partner Fund” investisiya şirkətinin direktor müavini və Gürcüstan Birgə İnvestisiya Fondunun səhmdarı olduğu qeyd olunub.

Gürcüstanda səsləndirilən iddialar: Ukraynanın “Müharibə və Sanksiyalar” məlumat bazasında qeyd olunanlara bənzər iddiaları daha əvvəl Gürcüstandakı qeyri-hökumət təşkilatları və ölkə müxalifətinin nümayəndələri də səsləndiriblər. “Transparency International-Georgia” (TI) müşahidəçi qrupu apreldə yaydığı hesabatda qeyd edib ki, Aleksandr İvanişvili ilə həyat yoldaşı, həmçinin Uça Mamatsaşvili və oğlu “Geo Organics” şirkəti vasitəsilə Sankt-Peterburqun keçmiş qubernatoru Georgi Poltavçenko, eyni zamanda digər rusiyalı şəxslərlə ortaq biznesə sahibdir.

Bundan başqa, TI daha əvvəl David Yakobaşvili barədə də məlumat yayıb. Qeyd olunub ki, Yakobaşvilinin həm də Bidzina İvanişvili, həm də Gürcüstanın keçmiş müdafiə naziri və müxalif yönümlü “Formula” telekanalının hazırkı sahibi Davit Kezeraşvili ilə əlaqələri var.

İyun ayında isə gürcü müxalifət lideri Elene Xoştariya D.Yakobaşvilini Rusiyanın sanksiyaya məruz qalmış “Rosneft” enerji şirkətinə məxsus yüklərin Batumiyə daşınmasında iştirak etməklə ittiham edib. 

Bu yazı OC Media ilə əməkdaşlığın tərkib hissəsidir. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz.

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?
Detallı

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?

16 İyun 2026
Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü
535.1

Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü

16 İyun 2026
“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia