Cümə, 19 İyun 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Soçidə Əliyev, Putin və Paşinyan hansı razılığa gəlib?

01 Noyabr 2022
A A
Soçidə Əliyev, Putin və Paşinyan hansı razılığa gəlib?

Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və Rusiya prezidenti Vladimir Putinin üçtərəfli görüşü. 31 Oktyabr 2022. Soçi, Rusiya. Mənbə: kremlin.ru

Bu gün Soçidə Azərbaycan prezidenti İlham Əliyev, rusiyalı həmkarı Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli görüş baş tutub. İki saata yaxın çəkən toplantıda birgə bəyanatla bağlı razılığa gəlinsə də, Qarabağla bağlı bütün məsələlər üzrə razılıq əldə edilməyib. Görüşdən sonra yayılan birgə bəyanatda Qarabağla bağlı heç bir ifadəyə yer verilməyib.

Bəyanatda nə deyilir: Azərbaycanla Ermənistan güc tətbiq etməkdən və ya onu həyata keçirəcəyi ilə hədələməkdən çəkinmək barədə razılığa gəliblər. Qeyd olunub ki, tərəflər problemli məsələləri yalnız BMT Nizamnaməsinə və Alma-Ataya uyğun olaraq həll etəcəklər. Bundan başqa, sənəddə aşağıdakı digər məqamlar qeyd olunub:

  • Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına fəal hazırlığın vacibliyi;
  • Rusiya sülhməramlı kontingentinin təhlükəsizliyin təmin edilməsi, regionda vəziyyətin sabitləşdirilməsi istiqamətində fəaliyyətinin aktuallığı;
  • Rusiyanın yardımı ilə ictimaiyyət nümayəndələri, ekspertlər və dini liderlər arasında dialoqun davam etdirilməsi üçün müsbət atmosferin yaradılması;
  • Azərbaycan və Ermənistan xalqları arasında etimadı gücləndirmək üçün üçtərəfli parlamentlərarası təmasların başlanmasının vacibliyi.

Üçtərəfli toplantıdan sonra jurnalistlərə açıqlama verən Rusiya prezidenti Vladimir Putin görüşün çox faydalı olduğunu, Ermənistan və Azərbaycanın gələcəklə bağlı razılığa gəlmək bacarığı nümayiş etdirdiyini deyib:

Bugünkü müzakirə onu deməyə əsas verir ki, biz həm də bütün ölkələrimizin gələcəyi ilə bağlı danışıqlar apara bilərik. Bütün ölkələrimiz deyəndə mən Rusiyanı, Azərbaycanı, Ermənistanı, regionun bütün dövlətlərini nəzərdə tuturam. Çünki burada yaşayan bütün xalqlar münasibətlərin normallaşmasında maraqlıdırlar.

Putin

Rusiya lideri onu da vurğulayıb ki, Ermənistan və Azərbaycan arasında yekun nizamlanmaya nail olmaq üçün Rusiya hər şeyi edəcək.

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?
Detallı

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?

16 İyun 2026
Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü
535.1

Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü

16 İyun 2026
“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia