Çərşənbə axşamı, 16 İyun 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

DTX iddia edir ki, İranın xüsusi xidmət orqanının nəzarətindəki silahlı birləşməni ifşa edib

01 Noyabr 2022
A A
DTX iddia edir ki, İranın xüsusi xidmət orqanının nəzarətindəki silahlı birləşməni ifşa edib

DTX İran xüsusi xidmət orqanının nəzarəti altında yaradılmış qanunsuz silahlı birləşməyə qarşı əməliyyat keçirib. Foto: DTX video skrin

Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti İran xüsusi xidmət orqanlarının nəzarəti altında olan qanunsuz silahlı birləşmənin üzvlərini saxladığı haqda məlumat yayıb. DTX-nin rəsmi saytında qeyd edilib ki, qruplaşma üzvü olan Azərbaycan vətəndaşları İranın xüsusi xidmət orqanları tərəfindən ölkədən kənarda hərbi təlimlərə cəlb olunub və maliyyələşdiriliblər.

Nə iddia edilir: DTX-nın açıqlamasına görə, qruplaşma üzvləri “Müsəlman Birliyi” hərəkatının üzvləri arasından seçilib:

Onlar 3-cü ölkələrin ərazisindən keçirilməklə Tehran şəhərinə yollanıblar, orada mobil telefon və pasportları götürülməklə, dini ləqəblər verildikdən sonra saxta sənədlərlə hərbi yük təyyarələrində Suriyanın Dəməşq şəhərinə aparılıblar. Həmin şəxslər Suriyada hərbi təlimlərə cəlb olunub və buna görə müxtəlif məbləğlərdə pul vəsaitləri alıblar.

DTX məlumatında qeyd edir.

Qurum bildirir ki, bu hərbi təlimlərdə iştirak edən 19 nəfər Azərbaycan vətəndaşı istintaqa cəlb olunub, təlimlər barədə barədə sübutlar, Azərbaycanda yayılması qadağan olan dini kitablar və videomateriallar götürülüb.

Kimlərin adı hallanır: Cinayət işi üzrə İskəndər Hüseynov, Tural Haqverdiyev, Eltun Şükürov Eltun və digərləri Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrdə iştirak etmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək saxlanılıb. Orxan Əsədov qruplaşma üzvlərini hərbi təlimlərə cəlb etməkdə ittiham olunur və rəsmi məlumata görə, o, 3-cü ölkə ərazisində həbs olunub.

DTX-nın yaydığı rəsmi məlumatda həm də İranın Azərbaycandakı səfirliyi ittiham olunur. Bildirilir ki, hərbi təlimlərdə iştirak edən Fəqan Məmmədov üzərində dini şüarlar yazılan köynəkləri ölkənin bəzi rayonlarında keçirilməsi planlaşdırılan aksiyaların iştirakçılarına paylayıb. Onun həmin köynəkləri səfirliyə məxsus maşınla Azərbaycana gətirdiyi iddia edilir.

Məlumatda daha nələr deyilir: DTX-nın açıqlamasına görə, birləşməyə rəhbərlik hazırda İranda olan Tohid İbrahimbəyli, Rövşən Əsədov, Orxan Məmmədov, Elşad Hacıyev və digərlərinə həvalə edilib. Adıçəkilən şəxslər barəsində 2018-ci ildə həbs qətimkan tədbiri seçilib və beynəlxalq axtarışa veriliblər.

Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü
535.1

Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü

16 İyun 2026
“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia