Çərşənbə, 22 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Xorvatiyadan sığınacaq istəyən 50-dən çox çeçen təcridxanaya salınıb

10 Noyabr 2022
A A
Xorvatiyadan sığınacaq istəyən 50-dən çox çeçen təcridxanaya salınıb

Bosniya və Xorvatiya sərhəd polisi sərhəd keçidində. Foto: Marko Djurica/Reuters arxivi

Balkan ölkələri vasitəsilə  Rusiyadan Avropaya mühacirət etmək istəyən 50-dən çox çeçen Xorvatiyanın paytaxtı Zaqrebdə istintaq təcridxanasında saxlanılıb. OC Media yazır ki, Avropadakı çeçenlərin Assambleyası fiziki və psixoloji təzyiqə məruz qalan həmin şəxslərin ekstremist fəaliyyətdə iştirakda şübhəli bilindikləri üçün saxlanıldığını bildirib.

Nə iddia edilir: Avropadakı Çeçenlər Assambleyası immiqrantların Rusiyadakı hərbi səfərbərlikdən qaçmağa cəhd etdiyini deyir. Assambleyanın insan hüquqları şöbəsinin rəhbəri İsa Daduyev OC Mediaya bildirib ki, saxlanılanlar Xorvatiyada sığınacaq hüququndan imtina etməyə məcbur edilib, qohumları və vəkilləri ilə əlaqə saxlamağa icazə verilməyib:

Onlara təzyiq göstərilib, döyülüblər. Yalnız prokurorluq və hüquq-mühafizə orqanlarının nümayəndələrindən biri bu düşərgəyə gəlib qaçqınlarla görüşəndən sonra onlara qarşı münasibət dəyişib. Bu halın nə qədər davam edəcəyini bilmirik.

deyə bildirib

Daduyev onu da əlavə edib ki, həmin şəxslərə hüquqi yardım göstərmələri üçün müraciət etdikləri vəkillərin çoxu bundan imtina ediblər:

Xorvatiyadakı bəzi hüquqşünaslar kömək etməyə razılaşsalar da, ekstremizmlə bağlı ittiham olduğunu eşidən kimi geri çəkildilər. Onlar ya bu işi götürmək istəmirlər, ya da nəinki milli, həm də dini zəmində nifrət edirlər.

bildirib OC Mediaya

Assambleya rəsmisi bu həbslərin qeyri-qanuni olduğunu vurğulayıb, saxlanılan çeçen mühacirlərin azad edilməsini sürətləndirmək üçün Xorvatiya və Avropadakı insan haqları təşkilatlarına məktublar və müraciətlər hazırladıqlarını bildirib. 

Saxlanılanlar haqda nə deyilir: Xorvatiyada sığınacaq axtaranlara dəstək göstərən Sülh Araşdırmaları Mərkəzi Xorvatiyanın Daxili İşlər Nazirliyindən sözügedən çeçenlər haqda məlumat tələb etsə də, cavab ala bilməyidiyini deyib. Daha sonra mərkəz bu məsələ ilə bağlı Xorvatiyanın Xalq Müdafiəçisini məlumatlandırıb. Onlar bununla bağlı aldıqları qeyri-rəsmi məlumatı bölüşüblər:

 Saxlanılan çeçenlərdən 10 nəfərə yaxını sığınacaq axtaran şəxslərdir. Onlar daha əvvəl Zaqrebdəki Porin qəbul mərkəzində yerləşdiriliblər. 

deyib Xalq Müdafiəçisinin nümayəndəsi

Bundan başqa, RFE/RL Xorvatiyada polis əməkdaşlarının fəaliyyətinə  nəzarət edən Müstəqil Mexanizmin də bu məsələni müzakirə etməyi planlaşdırdığını qeyd edib. Mexanizmin koordinasiya komitəsinin sədri Robert Markt bildirib ki, hazırda Zaqrebdəki qəbul mərkəzində Rusiyadan olan 153 nəfər saxlanılır.

Bu yazı OC Media ilə əməkdaşlığın tərkib hissəsidir. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia