Bazar, 12 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Gürcüstanda kişi keçmiş arvadını yandıraraq öldürüb

28 Noyabr 2022
A A
Gürcüstanda kişi keçmiş arvadını yandıraraq öldürüb

Terjolada qadının qətlə yetirildiyi marketin qarşısı. Foto: IPN

Gürcüstanın qərbindəki Terjola bölgəsində qadın keçmiş əri tərəfindən yandırılaraq qətlə yetirilib. Bu, ölkədə son aylar ərzində baş verən səs-küylü qadın qətli və qadınlara qarşı zorakılıq hallarının sonuncusudur.

Media nə yazıb: TV Mtvarinin məlumatına görə, hadisə noyabrın 24-də gecə saatlarında, qadının menecer kimi çalışdığı supermarketdə baş verib. Kişi keçmiş həyat yoldaşının üzərinə benzin tökərək yandırıb, daha sonra otaqda bağlayaraq öldürüb. Hücum zamanı marketin bir neçə işçisi xəsarət alıb, hadisəni törədən şəxs isə ağır xəsarətlərlə xəstəxanada süni nəfəs aparatına qoşulub. 

Rəsmi açıqlamada nə deyilir: Daxili İşlər Nazirliyindən OC Mediaya bildirilib ki, artıq xüsusi amansızlıqla qəsdən adam öldürmə maddəsilə istintaq başlayıb. Qeyd olunub ki, ittiham olunan şəxsi 16 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzası gözləyir. 

Qadın qətlləri ilə bağlı vəziyyət necədir: Gürcüstanda oktyabrın əvvəlində təkcə bir həftə ərzində üç qadın öldürülüb. Parlamentin spikeri Şalva Papuaşvili bu qətllər barədə danışarkən 2005-ci ildən bəri qadın cinayətlərinin sayının azaldığını deyib, lakin 1 həftədə 3 qətlin baş verməsini “dəhşətli fakt” adlandırıb. 

Ölkə prokurorluğunun statistikasına görə, 2014-2022-ci illər ərzində 186 qadın qətli qeydə alınıb. Lakin qadın hüquqlarını müdafiə edən “Sapari” təşkilatının rəhbəri Baya Pataraya bunun əksini deyir. O, OC Media-ya bildirib ki, Gürcüstanda son illərdə qadın cinayətlərinin sayı artıb:

Əvvəllər vəziyyət belə deyildi. Daxili işlər naziri Georgi Qaxaria , müavini Natia Mezvrişvili olanda cinayətə görə mühakimə siyasəti çox sərt idi və qadın qətli xeyli azalmışdı. İndi isə biz  keçmişdəki çox yüksək rəqəmlərə qayıdırıq. 

o bildirib

Gürcüstanın İnsan Hüquqları üzrə Tərəfdaşlıq Qrupunun (PHR) hüquqşünası Ana Tavxelidzenin sözlərinə görə, əvvəllər dövlətin məişət zorakılığı ilə bağlı çox sərt siyasəti olub və məhkəmələrdə də öz əksini tapıb:

Azadlıqdan məhrum etmə cəzası tətbiq edilirdi və işə zərərçəkmiş şəxsin nöqteyi-nəzərindən baxılırdı. Lakin indi məhkəmələr öz təcrübələrini dəyişməyə başlayıblar və daha güclü sübut tələb edirlər. Bu, isə milli və beynəlxalq hüquqa ziddir. Məhkəmə son dərəcə yüksək standart sübut tələb edə bilməz, çünki bu cinayətin əsas xüsusiyyəti onun bağlı qapılar arxasında baş verməsidir. Əsas sübut zərərçəkmişin ifadəsi olmalı, məhkəmə bunu rəhbər tutmalıdır.

deyə qeyd edib

Tavxelidzenin fikrincə, “kifayət qədər sübut olmadığı üçün” məişət zorakılığı törədən kişilərə bəraət verilməsi onları cinayətə sövq edə bilər.

Hökumət hansı addımı atıb: Noyabrın 25-də hökumət qadınlara qarşı zorakılıqla bağlı 16 günlük beynəlxalq kampaniyada iştirak edəcəyini bəyan edib. Açıqlamada bildirilib ki, onlar “qadınlara qarşı zorakılıq və məişət zorakılığı ilə mübarizəyə koordinasiyalı və kompleks yanaşma” öhdəliyi götürürlər. 

Ana Tavxelidze problemi həll etmək üçün ədliyyə sistemində düzəlişlərə ehtiyac olduğunu və mövcud vasitələrdən düzgün istifadə etməyin vacibliyini vurğulayıb:

İttiham olunan şəxsə verilən həbs qətimkan tədbiri cəzası çox vaxt səhv işləyir, ona nəzarət mexanizmi yararsızdır. Bu mexanizmə yenidən baxmaq lazımdır.

deyib

Baya Pataraya isə əlavə edib ki, bəzi hallarda polis məişət zorakılığı törədən şəxsi dindirdikdən sonra sərbəst buraxıb və ittiham olunan şəxs qadını qətlə yetirib:

Ümumiyyətlə, cinayətkarın davranışını proqnozlaşdırmaq çətindir. Ancaq zərərçəkmişlə sorğu-suala aparıldıqdan sonra risklərin qiymətləndirilməsi anketi var və bu,doldurulmalıdır. Lakin əsas problem polisin anketi ciddi qəbul etməməsi və onu doldurmağa tənbəllik etməsidir.

qeyd edib

Pataraya vurğulayıb ki, elektron bilərziklərdən istifadə edilən ölkələrdə qadın qətlləri demək olar ki, baş vermir. Gürcüstanda bu elektron bilərziklər olsa da, lakin onlardan az istifadə olunur. 

Bu yazı OC Media ilə əməkdaşlığın tərkib hissəsidir. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia