Cümə, 19 İyun 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Gürcüstanda feminist Gürcü Yaşılları Partiyası yaradılıb

29 Noyabr 2022
A A
Gürcüstanda feminist Gürcü Yaşılları Partiyası yaradılıb

Gürcü Yaşıllarının yaradıcılarından olan Tamar Jakeli. Mənbə:Tata Şoşiaşvili/OC Media

Gürcüstanda kuir və qadınların hüquqlarını, eləcə də ətraf mühitin mühafizəsini təbliğ etməyi vəd edən Gürcü Yaşılları Partiyası fəaliyyətə başlayıb. OC Medianın məlumatına görə, Mtkvarze gecə klubunda keçirilən açılış mərasimində yüzlərlə tərəfdar iştirak edib. Partiyanın liderlərindən və təsisçilərindən biri olan Tornike Kuziani artıq 400-ə yaxın üzvün qeydiyyatdan keçdiyini bildirib.

Hədəf nədir: Partiyanın qurucularından olan 27 yaşlı Tamar Cakeli 1990-cı ildə yaradılan “Gürcüstan Yaşılları” hərəkatı ilə heç bir əlaqələri olmadığını, tamamilə müstəqil sol mərkəzli partiya olduqlarını bildirib. Cakelinin sözlərinə görə, əsas məqsədləri 2 yöndə mühüm məsələləri gündəmə gətirməkdir: 

  • ekologiya, iqlim, ətraf mühitin mühafizəsi;
  • bərabərlik məsələləri; 
  • etnik və dini azlıqların hüquqları;
  • kuirlərin, qadınların, fiziki məhdudiyyətli şəxslərin hüquqları;
  • sosial təminatı az olan insanların hüquqlarının qorunması.

Cakeli onu da qeyd edib ki, ictimai fəallar və vətəndaş cəmiyyəti təşkilatları ilə məsləhətləşənə qədər konkret siyasi bəyanatlar verməməyə çalışacaqlar:

Əgər parlamentdə yer alsaq, hansı siyasəti izləyəcəyimizi müəyyən etmək üçün müntəzəm görüşlər və ardıcıl proses vasitəsilə konkret məqamlar üzərində işləmək istəyirik.

qeyd edib

Bundan başqa, partiya liderləri hakimiyyətə gələcəkləri halda Gürcüstanda sistemli dəyişikliklər etməyi planlaşdırdıqlarını bildiriblər. Partiyanın təsisçilərindən olan Tornike Kuzianinin fikrincə, son bir neçə ildir ölkədə vətəndaş fəallığının ənənəvi formaları ümumiyyətlə fəaliyyətini dayandırıb:

Çünki insan bir ay parlamentin qarşısında çadır qura bilər, amma yenə də hakimiyyət tərəfindən ona məhəl qoyulmur. Başa düşdük ki, sistemlə xaricdən mübarizə aparmaqla yanaşı, daxildən də mübarizə aparmaq lazımdır.

deyə bildirib

Kuzianın sözlərinə görə, onlar ictimaiyyətin rəğbətini qazanmaq üçün dəyərlərindən güzəştə getməyəcəklər və hüquqları pozulan bütün şəxslər üçün platforma yaratmaq istəyirlər.

Bu yazı OC Media ilə əməkdaşlığın tərkib hissəsidir. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz.

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?
Detallı

Azərbaycanda Media və Yayım Şurası yaradılacaq. Bu şura niyə yaxşı heç nə vəd etmir?

16 İyun 2026
Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü
535.1

Sifarişçi Prezident Administrasiyası, icraçı Daxili İşlər Nazirliyidir – 8 il azadlıqdan məhrum edilən Rüfət Səfərovun son sözü

16 İyun 2026
“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia