Çərşənbə, 20 May 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Sentyabr toqquşmalarından sonra evlərinə qayıdan erməni sakinlər nə danışırlar?

15 Dekabr 2022
A A
Sentyabr toqquşmalarından sonra evlərinə qayıdan erməni sakinlər nə danışırlar?

Sentyabr toqquşmalarında Cermukda dağılmış ev. Foto: 15 sentyabr,2022/Karen Minasyan/AFP

Bu il 13-14 sentyabrda Azərbaycan-Ermənistan sərhədində baş verən toqquşmalar zamanı 7600-ə yaxın erməni evini tərk edib. Sakinlərin əksəriyyəti daha sonra geri qayıtsa da, sərhəddə vəziyyətin daha da gərginləşəcəyindən qorxurlar. 

OC Media yazır ki, atışma nəticəsində yaşayış məntəqələrini birləşdirən yollar demək olar ki, sıradan çıxıb, bütün sərhədyanı erməni yaşayış məntəqələrindən ən çox Qeqarkunik vilayətindəki Sotk kəndi zərər çəkib. Orada 60-a yaxın ev dağılıb, 117-si ziyan görüb. 

İnsident günü necə xatırlanır: Sərhəddə atışmalar zamanı evlər atəş altında qalsa da, bəzi sakinlər evlərini tərk etmək istəməyiblər. 82 yaşlı Qreta Melkumyan Sotkda dağılan evindən çıxmayıb, sentyabr toqquşmalarından sonra bir neçə həftə maşında yatmalı olub:

Gecə bərk yatmışdım, gəlinim məni oyadıb getməli olduğumuzu dedi. Dedi ki, getməliyik. Bu, müharibədir.

OC Mediaya müsahibəsində deyir
Gündüzlər dağılmış evinə qayıdıb yemək hazırlayan Qreta Melukyan. Foto: Armine Avetisyan/OC Media

Qreta da bir çoxu kimi sabitliyə və uzunmüddətli atəşkəsə ümid edir:

Artıq maşında yatmıram, amma hələ də yata bilmirəm. Hər gün müharibənin yenidən başlayacağından qorxuram. Çox şey istəmirəm: xalqımız üçün yalnız sülh.

bildirir

82 yaşlı qadın onu da əlavə edib ki, onlara Martunidə ev təklif edilsə də, kəndi, şəxsi fermasını tərk etmək istəməyiblər. Melkumyanın sözlərinə görə, bu yaxınlarda fransız hüquqşünaslar Sotka baş çəkərək atəş nəticəsində dəymiş ziyanı sənədləşdiriblər.

Sotk kəndinin rəhbəri Sevak Xaçatryanın 13-14 sentyabrda baş verənləri xatırlayarkən ilk zərbənin saat 00:05-də olduğunu, bundan sonra davamlı olaraq atışmalar başladığını deyir:

Sentyabrın 13-nə keçən gecə kənd sakinləri kütləvi şəkildə evlərini tərk etməyə başladılar. Kənddəki 900 sakindən çoxu səhərə qədər Sotkdan təxliyə edilib.

deyir jurnalistə

Xaçatryanın sözlərinə görə, atışmalardan 3 ay sonra səlahiyyətlilər kəndi zibillərdən təmizləyiblər və yenidənqurma işləri davam edir. O, kənddən çıxanların böyük qisminin geri qayıtdığını, kənd təsərrüfatı ilə məşğul olduqlarını bildirib.

Hökumət necə yardım göstərib: Azərbaycanla həmsərhəd olan şərq əyalətlərindəki şəhər və kəndlərə geri qayıdan insanlara Ermənistanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi kömək göstərib. Belə ki, nazirliyin yaratdığı Əsas Ehtiyacların İnventarlaşdırılması Platforması vasitəsilə sakinlər qida, geyim, dərman və ya ehtiyacı olan digər xidmətlərlə bağlı yazıblar. Onların ərizləri regional administrasiyalara və yerli hakimiyyət orqanlarına ötürülüb və ehtiyacları təmin olunub.

Bundan başqa, nazirlik ayrı-ayrı şəxslər və təşkilatların təklif etdiyi resursları inventarlaşdırmaq, Qırmızı Xaç Cəmiyyəti ilə əməkdaşlıq edərək döyüşlərdən zərər çəkənlərə humanitar yardım göstərmək üçün ayrıca platforma işə salıb.

Zərər barədə nə deyilir: Sentyabrın 13-14-də baş verən toqquşmalarda təxminən 40 yaşayış məntəqəsi Azərbaycan tərəfindən atəşə tutulub. Rəsmi açıqlamalara görə, sərhəddə 192 yaşayış binası, 3 otel, 2 məktəb və 1 tibb məntəqəsi qismən və ya tamamilə dağılıb.

Bu yazı OC Media ilə əməkdaşlığın tərkib hissəsidir. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia