Bazar ertəsi, 20 Aprel 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

İran-Azərbaycan gərginliyi; DİN və DTX “İran casusları” tapır

01 Fevral 2023
A A
İran-Azərbaycan gərginliyi; DİN və DTX “İran casusları” tapır

Azərbaycan prezidenti İlham Əliyev və İran prezidenti İbrahim Rəisi. illustrasiya: mikroskop media

31 yanvarda Daxili İşlər Nazirliyinin əməkdaşları xüsusi əməliyyat keçirib. Əməliyyatla bağlı paylaşılan qısa məlumatda İranın Azərbaycanda olduğu iddia edilən casus şəbəkəsinin aşkar edildiyi bildirilir.

Məlumata görə “SalamNews” və “İnteraz” informasiya agentliklərindəki axtarışlarda ümumilikdə 7 nəfər şübhəli şəxs qismində saxlanılıb. Əməliyyat tədbirləri Bakı və respublikanın digər bölgələrində aparılıb.

Bu əməliyyat Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinə silahlı hücumdan 4 gün sonra keçirilib. Həmin hücum nəticəsində bir nəfər ölüb, 2 nəfər yaralanıb. Səfirlik öz fəaliyyətini müvəqqəti olaraq dayandırıb.

Azərbaycanla İran arasında vaxtaşırı baş verən gərginliklərdə Xüsusi Xidmət Orqanları bu tip əməliyyatlar keçirir və əməliyyat nəticəsində “İran agentləri” saxlanılır. Onlar barədə cinayət işi açılır. Mikroskop Media son illərdə baş tutan bu tip əməliyyatların hansı gərginlik fonunda edildiyini toplayıb.

1 Noyabr 2022-ci il. Dövlət Təhlükəsizlik Xidməti iddia edib ki, İranın xüsusi xidmət orqanlarının nəzarətində olan silahlı birləşməni ifşa edib. Rəsmi məlumata görə, qruplaşma üzvü olan Azərbaycan vətəndaşları İranın xüsusi xidmət orqanlarının ölkədən kənardakı hərbi təlimlərinə cəlb olunub və maliyyələşdiriliblər. 

Əməliyyat nəticəsində 19 nəfər Azərbaycan vətəndaşı istintaqa cəlb olunub, təlimlər barədə sübutlar, Azərbaycanda yayılması qadağan olan dini kitablar və videomateriallar götürülüb.

DTX-nın yaydığı rəsmi məlumatda həm də İranın Azərbaycandakı səfirliyi ittiham olunub. Bildirilib ki, hərbi təlimlərdə iştirak edən Fəqan Məmmədov üzərində dini şüarlar yazılan köynəkləri ölkənin bəzi rayonlarında keçirilməsi planlaşdırılan aksiyaların iştirakçılarına paylayıb. Onun həmin köynəkləri səfirliyə məxsus maşınla Azərbaycana gətirdiyi iddia edilib.

Həmin vaxt İranla gərginlik nə idi: 17 oktaybr 2022-ci ildə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH-ın) Quru Qoşunları Araz çayı yaxınlığında  hərbi təlimlərə başlayıb.  Təlimlərin hərbi gücün artırılması məqsədilə və illik proqrama əsasən keçirildiyi bildirilib. Azərbaycanda isə məhz Araz çayı sahilində təlimlər keçirilməsini deputatlar, eləcə də Qafqaz Müsəlmanları İdarəsi tənqid edib və bəyanat yayıb. 

Hətta İlham Əliyev təlimləri qınayaraq Azərbaycanın da bu təlimlərə cavab verərək hərbi təlimlər keçirdiyini qeyd edib.

“Mən İranın üç prezidenti – Hatəmi, Əhmədinejad və Ruhani ilə işləmişəm. Bütün bu illər ərzində bugünkünə bənzər vəziyyət yaranmamışdı. Heç vaxt İran bizim sərhədimizdə bir neçə ay müddətində iki hərbi təlim keçirməmişdi. Heç zaman Azərbaycana qarşı bu qədər nifrət və hədə-qorxu ilə dolu bəyanat verilməmişdi. Bu səbəbdən biz İran ilə sərhəddə hərbi təlimlər keçirməli olduq ki, onlardan qorxmadığımızı nümayiş etdirək”.

14 noyabr 2022-ci il.  Dövlət Təhlükəsizlik Xidmətinin 14 noyabrda keçirdiyi digər əməliyyatda isə İranın casusu olmaqda ittiham olunan 5 nəfər  – Zahir Əsgərov, Elnur Rəsulov, Arif Rəsulov, Mirhafiz Cəfərzadə və Bəxtiyar Ağazadə həbs olunub. Onlar Azərbaycanla bağlı müxtəlif məlumatların telefon vasitəsilə İrana ötürülməsində ittiham olunub və barələrində Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi açılıb. 

Həmin vaxt İranla gərginlik nə idi: Adıçəkilən əməliyyatdan bir həftə əvvəl İranla Ermənistan arasında elektrik və qaz mübadiləsi üzrə yeni saziş imzalanması barədə məlumat yayılıb. Sazişə əsasən İranın Ermənistana ixrac etdiyi 1 milyon kubmetr qazın həcmi iki dəfə artırılacaq.

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia