Çərşənbə, 20 May 2026
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

ABŞ-ın Ukraynanın 20%-ni Rusiyaya vermək qarşılığında sülh təklif etdiyi iddia olunur

03 Fevral 2023
A A
ABŞ-ın Ukraynanın 20%-ni Rusiyaya vermək qarşılığında sülh təklif etdiyi iddia olunur

Foto: Sergey Quneev / Ria / kremlin.ru, Andreas Gebert / Reuters, Getty Images. İllustrasiya: Mikroskop Media

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Berns yanvar ayında Kiyev və Moskvaya səfər edib və Ukrayna-Rusiya arasındakı münaqişənin nizamlanma ehtimalı barədə danışıqlar aparıb. Bu barədə Meduza İsveçrənin “Neue Zurcher Zeitung” qəzetinə istinadən məlumat yayıb. 

Məlumatda deyilir ki, ABŞ rəsmisinin səfəri yanvarın ortasında prezident Co Baydenin Uilyam Bernsə iki ölkənin sülhə nə qədər hazır olduğunu müəyyənləşdirmək barədə tapşırığından sonra baş tutub. Rəsmi Kiyev və Moskvanın reaksiyaları isə Ukraynaya ABŞ və Almaniya tanklarının verilməsi ilə nəticələnib.

Almaniyanın yüksək rütbəli 2 məmuruna istinad edən “Neue Zurcher Zeitung” yazır ki, Uilyam Berns Kiyevə “sülh qarşılığında torpaq”, Moskvaya isə “torpaq qarşılığında sülh” təklifi ilə gedib. Söhbət Ukrayna ərazisinin 20%-nin Rusiyaya verilməsi qarşılığında sülhün əldə olunmasından gedir.

Hər iki tərəf bu təklifi rədd edib. Ukrayna tərəfi ərazi itkisini qəbul etmədiyini, Rusiya isə uzaq gələcəkdə müharibədə qalib gələcəyini deyib.

Qəzetin istinad etdiyi mənbələr danışıqların uğursuz olması nəticəsində ABŞ-ın Ukraynaya Abrams, Almaniyanın isə Leopard tanklarının verildiyini iddia edir.

Mərkəzi Kəşfiyyat İdarəsinin adı açıqlanmayan əməkdaşı isə “Newsweek”ə açıqlamasında İsveçrə qəzetinin yazdığı xəbərin tamamilə yalan olduğunu deyib.

Bernsin yanvar ayında Kiyevə getməsi ilə bağlı məlumatı bundan əvvəl “The Washington Post” yazıb. Qəzetin xəbərinə görə, Berns Zelinskini “Rusiyanın yaxın həftə və aylardakı hərbi planları barədə məlumatlandırmaq” üçün Kiyevə səfər edib.  

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia