Cümə, 13 İyun 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Rusiyanın “agent” elan etdiyi hüquq müdafiəçisi Gürcüstana buraxılmayıb

18 Fevral 2023
A A
Rusiyanın “agent” elan etdiyi hüquq müdafiəçisi Gürcüstana buraxılmayıb

Qadın hüquq müdafiəçisi Anna Rivina. Foto: Sergey Fadeichev/TASS

Gürcüstanda yaşayan rusiyalı qadın hüquq müdafiəçisi Anna Rivina Rusiya tərəfindən “xarici agent” elan edildikdən bir neçə gün sonra ölkəyə girişinə qadağa qoyulub. Bu barədə bazar günü Rusiyanın müstəqil “Xolod” jurnalı məlumat yayıb. Bildirilib ki, Yerevandakı işgüzar səfərindən qayıdan Rivinaya rədd cavabı verməzdən əvvəl bir neçə saat sərhəddə gözlədiblər. OC Media yazır ki, Gürcüstan Daxili İşlər Nazirliyi məsələ ilə bağlı şərh verməkdən imtina edib.

Rusiyalı bloger Nikolay Levşitsin sözlərinə görə, Gürcüstana buraxılmayan Rivina daha sonra İsrailə uçub. Levşits deyib ki, ona “Gürcüstan qanunlarında nəzərdə tutulmuş digər hallar” əsasında ölkəyə giriş qadağan edilib.

Rivina kimdir: O, məişət zorakılığı qurbanlarına yardım göstərən, onlara sığınacaq verən Nasiliu.Net (Zorakılığa Yox) təşkilatının təsisçisi və direktorudur. Rivina bir neçə aydır Gürcüstanda yaşadığını deyir. Rusiyanın Ədliyyə Nazirliyi “xarici agent” kimi fəaliyyət göstərməklə ittiham etdiyi təşkilatlar siyahısına 2020-ci ildə Nasiliu.Net-i də daxil edib. Bu il fevralın 10-da isə Rivinanın özünü də “xarici agent” elan ediblər.

İndiyədək kimlər Gürcüstana buraxılmayıb: 2022-ci il fevralın 24-də Rusiyanın Ukraynaya hücumundan sonra yüz minlərlə Rusiya vətəndaşı Gürcüstana üz tutub. Rusiya vətəndaşlarından viza tələb olunmasa da, Rusiya hökumətini tənqid edənlər bəzən heç bir izahat verilmədən ölkəyə buraxılmayıblar və bu barədə məlumatlar yayılıb.

“Xolod” jurnalı dekabrın 10-da yazıb ki, nəşrin podkastlarının redaktoru Aleksey Ponomarev Latviyanın Riqa şəhərindən Tbilisiyə uçub və hava limanından Gürcüstana buraxılmayıb. 2021-ci ilin sonundan Gürcüstanda yaşayan rusiyalı fotojurnalist Vasili Krestyaninov iki dəfə Gürcüstana buraxılmayıb. Elə həmin ay “Nujna Pomoş” fondunun və “Takie Dela” internet nəşrinin yaradıcısı Mitya Aleşkovski də ölkəyə buraxılmayıb. İyun ayında isə sərhəd polisi “Pussy Riot” qrupunun üzvü Olqa Borisovaya heç bir izahat vermədən Gürcüstana girişini qadağan edib.

Tanınmış jurnalist, Rusiyanın müstəqil “Dojd” telekanalının aparıcısı Mixail Fişman da martın 5-də bənzər hadisə ilə bağlı danışıb. Martın 10-da isə “Mediazona” nəşrinin müxbiri David Frenkelin analoji halla üzləşərək Gürcüstana buraxılmayıb. Bu hadisə onun çalışdığı portalın bloklanmasından 4 gün sonra baş verib. Nəşr Rusiya hakimiyyətinin Ukraynadakı müharibə ilə bağlı xəbərlərə qoyduğu senzuradan imtina etdiyinə görə blok edilib.

Bu yazı OC Media ilə əməkdaşlığın tərkib hissəsidir. Mətnin orijinalını ingilis dilində buradan oxuya bilərsiniz.

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025
Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA
Araşdırma

Bəylər Eyyubovun qardaşının 4 ölkədə 60 milyonluq mülkləri və biznes fəaliyyəti – ARAŞDIRMA

10 Mart 2025
Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar
Detallı

Frank Peloniyə qarşı aksiya keçirən QHT-lər Azərbaycan hökumətindən 3 il ərzində 124 min manatdan çox qrant alıblar

18 Noyabr 2024
Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya
Detallı

Azərbaycan hökumətinin yeni propaqanda maşını: ANEWZ – 11 milyon manata yaranan televiziya

12 Noyabr 2024
Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib
Detallı

Dövlət büdcəsi hesabına “SeaBreeze” üçün 4 milyon 700 min manata yol çəkilib

11 Noyabr 2024

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia