Bazar ertəsi, 5 İyun 2023
Mikroskop
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1
No Result
View All Result
Mikroskop
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1
No Result
View All Result
Mikroskop
No Result
View All Result

Münhen Təhlükəsizlik Konfransının yayımını kim, necə dayandırıb? İzah edirik!

20 Fevral 2023
6 min read
Münhen Təhlükəsizlik Konfransının yayımını kim, necə dayandırıb? İzah edirik!

Ermənistan Baş naziri Nikol Paşinyan. foto: Münhen Təhlükəsizlik Konfransı. İllustrasiya: Mikroskop Media

Münhen Təhlükəsizlik Konfransı çərçivəsində 18 fevralda keçirilən panel müzakirənin canlı yayımı Azərbaycan Dövlət Televiziyası və İctimai Tv-də yarımçıq kəsilib. Yayım Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsindəki seçkilərin demokratik keçirilməsi ilə bağlı danışarkən dayanıb. 

AzTV bunu konfrans təşkilatçılarının yayımı kəsməsi ilə əsaslandırıb. Mikroskop Media həm konfrans təşkilatçılarından bu barədə soruşub, həm də qonşu ölkələrdəki yayımlarda kəsintinin olub-olmadığını araşdırıb. 

⚡️AZTV-nin Paşinyanın çıxışını kəsdiyi an. Paşinyan Ermənistanda demokratik seçkilərin keçirildiyi barədə danışırdı. pic.twitter.com/WNMXgKkEVR

— Mikroskop Media (@MikroskopMedia) February 18, 2023

Almaniyanın Münhen şəhərində hər il keçirilən Münhen Təhlükəsizlik Konfransında bu il də Azərbaycan prezidenti İlham Əliyev iştirak edib və fevralın 18-də keçirilən “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” adlı panel müzakirəyə qoşulub. Həmin müzakirədə Ermənistanın Baş naziri Nikol Paşinyan və Gürcüstanın Baş naziri İrakli Qaribaşvili də suallara cavab verib. 

Görüşdə moderator, Münhen Təhlükəsizlik Konfrasının rəhbəri Kristof Hoysgen iştirakçılara suallar ünvanlayıb və onlar növbə ilə cavab veriblər. Ən sonda jurnalistlərə imkan verilib ki, sual versinlər, amma panel müzakirəyə ayrılan vaxt çərçivəsində yalnız bir jurnalist – GlobSec Kiyev bürosundan Yuliya Osmolovskaya sual verə bilib. O sual isə hər 3 ölkə rəhbərinə ünvanlanıb və onlar da növbə ilə cavablarını səsləndiriblər. 

Konfransın panel müzakirəsi canlı yayımlanıb və bu yayımı Azərbaycan televiziyaları, AzTV və İctimai TV də yayımlayıb. Lakin yayım Ermənistan Baş naziri Nikol Paşinyan müharibədən sonra ölkəsindəki seçkilərdən və bu seçkilərin demokratik və azad rəqabət mühitində keçməsi barədə danışarkən kəsilib. Eləcə də Azərbaycan prezidentinin rəsmi YouTube kanalında yayım eyni yerdə dayandırılıb. 

Paşinyanın çıxışının Azərbaycan televiziyalarında kəsildiyi hissə: 

Fəxr edirəm ki, bizim hökumətimiz hətta dəhşətli müharibədən sonra ölkəmizdə azad demokratik seçkilər keçirdi. Həmin seçki bütün dünya tərəfindən azad, şəffaf, demokratik seçki kimi tanındı. Bizim mövqeyimiz odur ki, həll yolu demokratiyadır. Həll yolu şəffaflıqdır…

Yayım efirdə dayandırıldıqdan qısa müddət sonra Azərbaycan Dövlət Televiziyasının yaydığı rəsmi açıqlamada bildirilib ki, kəsintiyə səbəb konfrans təşkilatçıları olub, yəni yayımı onlar dayandırıb. 

Münhen Təhlükəsizlik Konfransında “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” adlı panel müzakirə. foto: president.az

Bəs əslində nə baş verib? 

Konfransın yayımı onun rəsmi saytı ilə yanaşı bir neçə sosial şəbəkədə baş tutub. Eləcə də Azərbaycanla yanaşı Ermənistan və Gürcüstanda da həmin panel müzakirə canlı yayımlanıb. 

Münhen Təhlükəsizlik Konfransının rəsmi Facebook səhifəsində yayım müzakirənin sonuna qədər davam edib.

Konfransın Twitter sosial şəbəkəsindən etdiyi canlı yayımda kəsinti olub və bu da Paşinyanın çıxışına təsadüf edib. Lakin kəsintinin olduğu konkret hissə Azərbaycan mediasındakından fərqlidir. Burada kəsinti olan cümlə: 

Yeri gəlmişkən bizim ölkədə müsəlman icması yaşayır, məscid fəaliyyət göstərir və bu reallıqdır. Azərbaycan tərəfi demək olar ki, təhqiramis olan kapitulyasiya kimi sözlər istifadə edir. Elə təəssürat yaranır ki, Azərbaycan qisas siyasəti qəbul edib.

Paşinyanın nitqinin demokratik seçki barədə olan hissəsi isə yuxarıdakı cümlədən 1 dəqiqə 30 saniyə sonra səslənir. Yəni, təşkilatçıların təkcə Twitterdəki yayımı kəsiləndə ümumiyyətlə AzTV-də kəsinti olan hissədəki cümlələr səsləndirilməmişdi. 

Ermənistandakı yayım 

Ermənistanın da bir neçə mediası tədbiri canlı yayımlayıb və onların da bir qismində kəstinti olub, amma panel müzakirənin fərqli hissələrində. Həmin yayımların bir qismi: 

Azadlıq Radiosunun Ermənistan bürosunda yayım panel müzakirənin sonuna qədər davam edib. 

Ermənistanın digər bir mediası Factor TV-nin YouTube kanalında isə yayım ukraynalı jurnalistin iştirakçılara sual ünvanladığı hissəyə qədər efirə verilib. Bu zaman artıq Paşinyan nitqini tamamlamışdı. 

Armenia Today-in canlı yayımında da efir ukraynalı jurnalistin sual verməyə başladığı hissədə dayandırılıb. 

1in.am isə yayımı ukraynalı jurnalistin sualına Paşinyan və Qaribaşvili cavab verəndən sonra dayandırıb.

Gürcüstandakı yayım 

Gürcüstanda bu tədbirin canlı yayımını təkcə medialar yox, eləcə də hökumətin və baş nazirin rəsmi Facebook səhifələri həyata keçirib. 

Gürcüstan İctimai Televiziyasının yayımı sona qədər davam edib və kəsinti olmayıb. 

Gürcüstan Baş naziri İrakli Qaribaşvilinin rəsmi Facebook səhifəsində gürcü dilinə birbaşa tərcümə ilə görüş canlı yayımlanıb. Buradakı yayım isə ukraynalı jurnalistin sualını səsləndirdikdən sonra kəsilib. 

Gürcüstan Hökumətinin rəsmi Facebook səhifəsi isə yayımı ölkə rəhbərlərinin jurnalistin suallarına cavab verməyə başladığı anda dayandırıb. 

Təşkilatçılar nə deyir? 

Mikroskop Media baş verən kəsinti ilə əlaqədar olaraq Münhen Təhlükəsizlik Konfransının mətbuat xidmətinə sorğu göndərib. Sorğuya cavab olaraq bildirilib ki, müzakirə gec başladığından rəsmi saytda yayımla bağlı texniki problemlər yaranmış ola bilər. AzTV-dəki yayımın kəsilməsi ilə bağlı suala cavabda isə bildirilib: 

Ehtimal edirik ki, AzTV yayımı saytımızdan götürüb, amma bunu təsdiq edə bilmərik. 

Nəticə etibarilə müxtəlif medialardakı yayım müzakirənin müxtəlif hissələrində kəsilib, yalnız AzTV,  İTV və Azərbaycan prezidentinin rəsmi YouTube kanalında yayım Paşinyanın demokratiya barədə danışdığı hissədə dayandırılıb. 

Son yazılar

Azərbaycanın Pegasus vasitəsilə Ermənistanın rəsmi şəxslərini izlədiyi ehtimal olunur

by Mikroskop
25 May 2023
0
Azərbaycanın Pegasus vasitəsilə Ermənistanın rəsmi şəxslərini izlədiyi ehtimal olunur

Rəqəmsal təhlükəsizlik üzrə mütəxəssislər və qeyri-hökumət təşkilatlarının birgə araşdırması nəticəsində məlum olub ki, Ermənistandan olan vətəndaş cəmiyyəti fəalları NSO Group...

Read more

Azərbaycandakı McDonalds-ın sahibi 230 milyon dollar çirkli pul yumaqda ittiham olunur

by Mikroskop
16 May 2023
0
Azərbaycandakı McDonalds-ın sahibi 230 milyon dollar çirkli pul yumaqda ittiham olunur

Böyük Britaniya Milli Cinayət Agentliyi İran əsilli britaniyalı biznesmen Cavad Marandinin şübhəli ofşor şirkətlərdən 230 milyon dollar aldığını aşkarlayıb. OCCRP...

Read more

Azərbaycan tərəfi açıqlamır, amma medianı nəzarətdə saxlamaq barədə İranla razılığa gəlinib

by Mikroskop
10 Aprel 2023
0
Azərbaycan tərəfi açıqlamır, amma medianı nəzarətdə saxlamaq barədə İranla razılığa gəlinib

7-8 apreldə Azərbaycan və İran Xarici İşlər Nazirliyinin rəhbərləri arasında son günlərdə iki ölkə arasındakı gərginliyi müzakirə etmək məqsədilə ilə...

Read more

Gürcü xalqı Aİ-yə üzv olmaq üçün hökumətin çalışdığına nə qədər inanır?

by Mikroskop
19 Mart 2023
0
Gürcü xalqı Aİ-yə üzv olmaq üçün hökumətin çalışdığına nə qədər inanır?

Gürcüstan uzun müddətdir ki, həm Avropa İttifaqına, həm də NATO-ya üzv olmaq istədiyini bildirir. Qafqaz Araşdırma Resurs Mərkəzinin (The Caucasus...

Read more

Venesiya Komissiyası “Siyasi Partiyalar haqqında” yeni Qanunda nəyi bəyənməyib?

by Mikroskop
15 Mart 2023
0
Venesiya Komissiyası “Siyasi Partiyalar haqqında” yeni Qanunda nəyi bəyənməyib?

Venesiya komissiyası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu Azərbaycanda yeni qəbul olunan “Siyasi Partiyalar haqqında” Qanunla bağlı birgə...

Read more
Facebook Twitter Youtube Instagram Telegram

"Keçmişdə senzura informasiya axınını blok edərək işləyirdi. 21-ci əsrdə isə senzura insanları lazımsız informasiya axınına məruz qoyaraq işləyir. İnsanlar sadəcə bilmirlər ki, nəyə diqqət eləsinlər, onlar tez-tez vaxtlarını əhəmiyyətsiz məsələləri araşdırmağa, müzakirə etməyə sərf edirlər. Qədimdə gücə malik olmaq informasiyaya çıxışa malik olmaq anlamına gəlirdi. Bu gün isə güc nəyi iqnor etməyi bilmək anlamına gəlir". (c) Yuval Noah Harari.
Biz lazımsız informasiyanı iqnor edib, bilməli olduğunuz məlumatları çatdırırıq. Bunu da bacardıqca ən qısa, ən izahlı və ən yaxşı vizuallaşdırılmış şəkildə edirik.

Abunə ol

Yeniliklərimizdən xəbərdar ola bilmək üçün saytımıza abunə ola bilərsiniz.

  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • Vərəqələr
  • Detallı
  • İnfoqrafika
  • Sinifdən xaric oxu
  • 535.1

© MikroskopMedia

  • Azərbaycan