Bazar, 16 Noyabr 2025
  • English
Mikroskop - Qısa, vizual, izahlı

support independent journalism

müstəqil jurnalistikanı dəstəklə

ianə et
donate
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
No Result
View All Result
Mikroskop - Qısa, vizual, izahlı
ianə et
donate
No Result
View All Result

Rusiya ABŞ-la olan “strateji hücum silahları” haqda müqavilədə iştirakını dayandırıb

23 Fevral 2023
A A
Rusiya ABŞ-la olan “strateji hücum silahları” haqda müqavilədə iştirakını dayandırıb

Rusiya prezidenti Vladimir Putinin Federal Məclisə müraciəti. 21 Fevral 2023. mənbə: kremlin.ru

Rusiya Amerika Birləşmiş Ştatları ilə olan Strateji Hücum Silahları Haqqında (START) Müqavilədə iştirakını dayandırdığını bəyan edib. Bunu ölkə prezidenti Vladimir Putin Federal Məclisə müraciəti zamanı açıqlayıb. Çıxışı zamanı Putin bildirib ki, 2012-ci ildə Rusiyanın xarici siyasəti ilə bağlı imzaladığı fərmanı ləğv edib və qərar bu gündən qüvvəyə minib. 

Qərarda nə deyilir: Putinin bu gün imzaladığı fərman Hüquqi İnformasiya rəsmi portalında dərc olunub. Rəsmi sənəddə qeyd olunub ki, prezidentin bu qərarı beynəlxalq münasibətlərdə baş verən mühüm dəyişikliklər qarşısında Rusiyanın maraqlarını müdafiə etmək məqsədi daşıyır.

“Meduza” yazır ki, 2012-ci ildə imzalanmış fərmanda, xüsusilə ABŞ-la Strateji Silahların Məhdudlaşdırılması Müqaviləsinin (START) “ardıcıl şəkildə həyata keçirilməsi” nəzərdə tutulurdu. 

START müqaviləsi nədir: Rusiya və ABŞ arasında strateji hücum silahlarına dair imzalanan müqavilə hər iki tərəfdəki nüvə başlıqlarının sayını 1550, qitələrarası ballistik raketlərin, sualtı qayıqlardakı ballistik raketlərin və ağır bombardmançı təyyarələrin sayını 700-ə qədər məhdudlaşdırır. Saziş 2010-cu ildə Barak Obama və Dmitri Medvedev tərəfindən imzalanıb və 2021-ci ildə tərəflər müqavilənin müddətini 2026-cı il fevralın 5-dək uzadıb.

Putin müqaviləni dayandırmaq haqda nə deyib: Federal Məclis, Duma deputatları və digər dövlət rəsmiləri qarşısında çıxış edən Putin sazişdən çıxmadıqlarını, sadəcə iştirakı dayandırdıqlarını vurğulayıb. O, həm də iddia edib ki, ABŞ hazırda nüvə silahlarının yeni növlərini hazırlayır və Rusiya nüvə sınaqları keçirməyə hazır olmalıdır:

Əgər ABŞ sınaqlar keçirsə, biz də edəcəyik. Heç kim qlobal strateji paritetin məhv edilə biləcəyi illüziyasına qapılmamalıdır.

deyib

Meduza-nın yaydığı məlumata görə, 11 il əvvəl imzalanmış fərman Rusiyanın Avropa İttifaqı və ABŞ-a yaxınlaşacağını, Moldovanın suverenliyinə və bütün ölkələrin ərazi bütövlüyünə hörmət edəcəyini nəzərdə tuturdu. Lakin bu gün, “2012-c il fərmanının ləğvi ilə bağlı” qərar Rusiyanın xarici siyasətinin 2012-ci ildə müəyyən edilmiş bəzi müddəalarını ləğv edir. Ləğv edilən tələblərin bir qismi aşağıdakılardır: 

  • Rusiya Federasiyasının uzunmüddətli inkişafı üçün əlverişli xarici şəraitin yaradılması;
  • NATO ilə Rusiya Federasiyası arasında münasibətləri mütənasib şəkildə inkişaf etdirmək;
  • BMT Nizamnaməsinin “dövlətlər arasında dostluq əlaqələrində bərabərlik, onların suverenliyinə və ərazi bütövlüyünə hörmət əsasında dostluq münasibətlərinin inkişaf etdirilməsi”ni tələb edən fundemantal prinsipi dəstəkləmək ;
  • Moldovanın suverenliyinə, ərazi bütövlüyünə və bitərəf statusuna hörmət əsasında Dnestryanı probleminin həlli yollarını fəal şəkildə axtarmağa davam etmək;
  • İttifaq dövləti çərçivəsində Belarusla əməkdaşlığı aktiv şəkildə genişləndirməyə davam etmək;
  • Qismən tanınan Abxaziyanın və Cənubi Osetiyanın müasir demokratik dövlətlər kimi formalaşmasına fəal yardım etmək;
  • ABŞ-la münasibətlərdə bərabərlik, daxili işlərə qarışmamaq, sabit və qarşılıqlı əlaqəni saxlamaq, həmçinin viza rejiminin daha da liberallaşdırılması ilə bağlı təşəbbüsləri dəstəkləmək;
  • Çinlə bərabərhüquqlu və etibarlı tərəfdaşlığı, strateji əməkdaşlığı, Hindistan və Vyetnamla strateji tərəfdaşlığı dərinləşdirmək. Yaponiya, Koreya, Avstraliya, Yeni Zelandiya ilə qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirmək.
“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma
Araşdırma

“Şuşa ili”ndən qazanan QHT-lər. 585 min manat nəyə xərclənib? – Araşdırma

14 Noyabr 2025
İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!
İzah edirik

İşğaldan azad olunan ərazilərə qayıdanlara öz evlərini tikməyə icazə verilmir. Burada problem nədir? İzah edirik!

11 Noyabr 2025
AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb
Detallı

AMEA prezidentinin qızının Almaniyada 1 milyon avrosu oğurlanıb, özü isə polisə getmək yerinə Bakıya qaçıb

20 Oktyabr 2025
REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb
Detallı

REAL TV Rusiya əleyhinə “Z-nin siması” adlı sənədli film hazırlayıb

15 Sentyabr 2025
AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb
Detallı

AŞPA əleyhinə sosial media kampaniyası necə təşkil olunub? DFRLab araşdırıb

30 May 2025
Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması
Detallı

Yeni Kaledoniyadakı iğtişaşları qızışdırmaqda Azərbaycan sosial mediadan necə istifadə edir? DFRLab-ın araşdırması

16 May 2025

ianə et

Müstəqil jurnalistikanı dəstəklə

Partners

OCCRP Organized Crime and Corruption Reporting Project, Member Center
Global Investigative Journalism Network

Follow us

  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik

© MikroskopMedia

No Result
View All Result
  • Xəbər
  • İzah edirik
  • Detallı
  • Araşdırma
  • 535.1
  • #Seçki2024
  • Biz kimik
  • English

© MikroskopMedia